Korluq yaradan xəstəliklər

Korluq yaradan xəstəliklərKorluq nədir?

Göz.az xəbər verir ki, korluq, gözün görmə funksiyasını yerinə yetirməməsi deməkdir. Ancaq tam korluqdan bəhs edilən şəxsin işığı görməməsi gecə-gündüz fərqini o gözlə edə bilməməsi deməkdir.

Qismən görmədən əziyyət çəkirsinizsə gündəlik işlərinizi çətinləşdirəcək qədər azalmış, məhdud görməniz vardır deməkdir.

Korluq əlamətləri

Tam korluq zamanı baxma olsa da görmə tamamilə olmur. Qismi korluqdan əziyyət çəkən şəxslərdə bulanıq görmə, şəkilləri ayırd etməmə, sadəcə kölgəli görmə hissi yaranır.

Uşaqlarda korluq əlamətləri isə, işığa qarşı həssaslığın yaranması, gözlərini bir şəkilə və ya nöqtəyə cəmləşdirə bilməmək, göz titrəmələrinin olması, mütəmadi axıntı, göz bəbəyinin xaricdən qara olması gərəkli olsa da bəyaz görünməsidir.

Korluğa səbəb olan xestelikler nələrdir?
Korluq yaradan xəstəliklərQlaukoma

Katarakta

Sarı nöqtə xəstəliyi

Göz siniri iltihabları

Endoftalmi

Göz yaralanmaları

Qlaukoma – Görsəl effekti gözdən beyinə daşıyan görmə sinir üzərində zədələnmə meydana gətirir və müalicə edilmədiyində qalıcı korluqla nəticələnir.

Sarı nöqtə xəstəliyi – Adətən yaşlılara təsir göstərən bu xəstəlik retinada sarı nöqtə dediyimiz görmə hüceyrələrinin ən çox olduğu nahiyədə xəstəlik meydana gələrək baxılan əşya üzərinə qara ləkə yaranmasına və qırıq, əyri görməyə səbəb olur. Xəstəlik irəlilədikcə qara ləkə gedərək böyüyür və şəxsin sağlam görməsini imkansız hala gətirir.

Atar damar tıxanıqlıqları – Mərkəzi ana damarlar tıxanıldığında retinanın qidalanması pozulur və qidalana bilməyən retina görmə bacarığını itirir.

Katarakta – Müalicə edilə bilir korluq səbəblərinin başında gəlir. Müalicəsi əməliyyatdır. Müalicə edilmədiyi təqdirdə korluqla nəticələnir.

Görmə siniri iltihabları – Bir qismi müalicə edilə bilir, ancaq müalicəyə cavab verməyən ya da müalicə edilməkdə gec qalınan hallarda keçici ya da qalıcı görmə itikisinə səbəb olur.

Göz siniri ya da retina şişləri – Bir qismi müalicə edilə bilir, ancaq müalicə edilə bilməyən bir qrup xəstədə qalıcı korluq səbəbidir.

Endoftalmi – Gözün bütün təbəqələrinə təsir göstərən infeksiyadır. Müalicə edilmədiyində korluqla nəticələnir.

Korluq üçün risk qrupları hansılardır?
Korluq yaradan xəstəliklərSarı nöqtə xəstəliyi ya da qlaukoması olanlar

Nəzarətə alınmayan şəkər xəstəliyi olanlar

Beyin qanaxması keçirib görmə mərkəzi təsirlənmiş şəxslər

Erkən doğulmuş və oksigen müalicəsinə məruz qalmış uşaqlar

Kəskin alətlərlə düzgün çalışmayan şəxslər.


GOZ.AZ
Göz Xəstəlikləri       Tarix: 18 sentyabr 2024

Oxşar xəbərlər

Sarı nöqtə xəstəliyi

Makula degenerasiyası olaraq da bilinən sarı nöqtə xəstəliyi, inkişaf etmiş ölkələrdə 65 yaş üzəri şəxslərdə mərkəzi görmə itkisinin ən əhəmiyyətli səbəbidir. Cəmiyyətdə görünmə sıxlığı 1,2 ilə 1,7 faiz arasındadır. Göz.a

Hipermetropiya xəstəliyi

Hipermetropiya cəmiyyətdə miopiyadan sonra çox böyük bir faizi təşkil edir. Göz.az xəbər verir ki, hipermetropiyalı göz uzaqdakı əşyaya baxarkən gələn görüntünün retinann arxasında cəmlənməsidir. Hipermetropiya nədir?. Hipermetropiy

Göz xərçənginin əlamətləri

Göz ətrafı toxumalarda, göz qapaqlarında, gözün içərisində yer alan quruluşlarda, iris olaraq adlandırılan gözün rəngli hissəsində, ağ təbəqə olaraq da bilinən retinada və retinanın altında yer alan toxumada və göz kürəsini

Diabetik retinopatiya

Diabet (şəkər xəstəliyi) olan şəxslərdə diabetin fəsadı olaraq ortaya çıxa biləcək olan göz problemlərinə diabetik göz xəstəliyi deyilir. Diabetik göz xəstəliyində görülə biləcək problemlər:. Diabetik retinopatiya: Retin

Astiqmatizm göz xəstəliyi

Astiqmatizm, bulanıq görməyə səbəb olan bir göz qüsurudur. Göz.az xəbər verir ki, astiqmatizmdə kornea tam olaraq yumru deyil, işıq natamam formada qırılır və bu da uzaq və ya yaxın fərq edilmədən görməni bulanıqlaşdırır

Uşaqlarda konyuktivit

Uşaqlarda konyuktivit nədir?. Konyuktivit, gözün konyuktivitasının iltihablanmasıdır. Göz.az xəbər verir ki, konyuktivit göz qapaqlarının iç qismini və göz kürəsini əhatə edən pərdədir. Konyuktivit "çəhrayı göz xəstəliyi"

Göz üzərində kista, xalazyon xəstəliyi nədir?

Göz qapağının altında ya da üstündə yaranan kistalar şalazyon olaraq adlandırılır. Göz.az xəbər verir ki, gözdə mövcud olan yağ vəzlərinin tıxanması ya da iltihablanması ilə yaranan şalazyon ağrısızdır. Bu kistalar qısa müddətdə

Göz quruluğunun əlamətləri

Göz quruluğu nədir?. Göz.az xəbər verir ki, göz quruluğu, gözlərin sulu qalmağa yetəcək qədər göz yaşı yaratmadığında ortaya çıxan, yanma, batma, qaşıntı kimi əlamətlərə səbəb olan göz sağlamlığı problemidir. Gözün yetərl

Gecə korluğu

Cəmiyyətdə tez-tez izlənilən görmə problemləri bəzən müəyyən vəziyyətlərdə özünü daha qabarıq göstərir. Erkən zaman təsbit edilən bu əlamətlər, işarət etdiyi ciddi sağlamlıq problemlərinin erkən müdaxilə ilə müalicə edil