Göz qapağının şişməsi

Göz qapağının şişməsiİnsanın hər orqanı kimi göz qapağı da olduqca böyük əhəmiyyətə sahibdir. Göz qapağı kirpik, göz yaşı vəzləri, tər vəzləri və yağ vəzlərindən yaranan dəri toxumasıdır.

Göz.az xəbər verir ki, bu toxumalara təsir edən inflamatuar reaksiyalar səbəbiylə göz qapağı şişməsi yaranır. Göz qapağı şişməsi yaşandığı vəziyyətdə şişliyi azaltmaq üçün soyuq kompres tətbiq etmək ya da çay paketi qoymaq effektiv nəticəni əldə etməyə kömək edə bilər. Şişliyin davam etməsi və gündən-günə azalmaması vəziyyətində doğru müalicə üsulu üçün uzman həkimə görünmək əhəmiyyətlidir.

Göz qapağının şişməsi

Goz qapağı şişməsi daha çox allergiya, yorğunluq və infeksiya qaynaqlı göz qapağında ya da ətrafındakı toxumalarda meydana gələn iltihablanmanın nəticəsi ortaya çıxan bir vəziyyətdir.

Göz qapağı həssas quruluşa sahib olduğundan çox görülə bilər. Göz qapağında yaranan şişlik bir neçə gün ərzində müalicəsiz düzəlsə də irəlilədiyi vəziyyətdə uzman həkimə görünmək, müayinə olunmaq vacibdir. Beləliklə göz qapağı şişməsinin səbəbinə görə müalicə tətbiq edilir. Göz qapağı toxumalarında yaranan bu şişliklər, tək gözdə ola biləcəyi kimi iki gözə birdən təsir göstərə bilər.

Goz qapagi niyə şişir

Göz qapağı şişməsi adətən allergiya, yorğunluq, yuxusuzluq, müxtəlif bakteriyaların səbəb olduğu infeksiyaların bir nəticəsidir. Konyuktivit graves xəstəliyi kimi tiroid problemləri göz qapağında şiməyə səbəb ola bilir.

Göz qapağı şişməsinin ən geniş yayılan səbəbləri:

Allergiyalar

Konyuktivit

Orbital selülit

Göz qapağı ekzeması

Zona xəstəliyi

Graves xəstəliyi

Göz qapağının şişliyi zamanı hansı hallarda həkimə müraciət edilməlidir?

Yüksək hərarət

Görmə pozğunluğu

Gözün heç hərəkət etməməsi

Gözdə çıxıntının olması

Dil və boğaz şişməsi

Şüur itkisi

Mədə bulantısı

Nəfəs alıb-vermədə çətinlik

Baş gicəllənməsi və s.

Göz qapağı şişməsinə yol açan digər sebebler:

Yuxu əksikliyi

Yorğunluq

Göz yad maddənin girməsi

Allergen maddəsi

Həşərat dişləməsi

Travma

Yaralanma

Televiziya, telefon, kompüterə çox baxmaq
Göz qapağının şişməsiGöz qapağı şişməsi necə keçər?

Göz qapağı şişməsi müalicəsi səbəbinə bağlı olaraq fərqlilik göstərir. Göz infeksiyası yaşandığı vəziyyətdə simptomların yüngülləşməsi üçün antibiotik göz damlası, məlhəm və ya başqa bir tropikal dərman istifadə edilə bilər. Tropikal müalicə təsir göstərmədiyi vəziyyətdə həkim ağızdan qəbul edilən antibiotik və ya steroid verilə bilər.

Göz qapağı şişməsini yüngülləşdirmək və göləri sağlam tutmaq üçün bu üsullardan istifadə edə bilərsiniz:

Kompress tətbiq edin: Təmiz bezi ilıq su altında tutaraq, yüngül gözlərə tutmaq vəzləri tıxayan yağlarda xilas olmağa və qabıq axıntısının azalmasını təmin edər. Bunu gündə 2 dəfə 15 dəqiqə ərzində tətbiq edə bilərsiniz.

Kompress tətbiqindən sonra gözlərinizi bez köməyi ilə yüngülcə təmizləyin.

Kirpik nahiyəsində axıntı ya da qabıqlanma varsa nahiyəni təmizləmək üçün duzlu sudan yararlana bilərsiniz.

Nahiyəni incə formada yuyun

Makiyaja və linza istifadəsinə ara verin.

Göz şişməsi yaşandığı vəziyyətdə göz makiyajı etməmək və kontakt linza istifadə etməmək gərəklidir.

Gözlərinizi nəmli tutmaq və şişliyi azaltmaq üçün süni göz yaşından istifadə etmək tövsiyə edilir.

Bununla yanaşı gözləri dincəltmək üçün bol-bol yataraq günəş işığından qaçınmaq olduqca əhəmiyyətlidir.

Göz damlasından faydalana bilərsiniz.


GOZ.AZ
Göz Məlumatları       Tarix: 06 sentyabr 2024

Oxşar xəbərlər

Göz dibi müayinəsi

Göz dibi müayinəsi nədir?. Göz.az xəbər verir ki, göz dibi müayinəsi, gözün arxa qismində yer alan retina, damar təbəqə və gel formalı olan vitreus tərkibli qismin müayinəsidir. Göz dibi müayinəsi əslində hər göz müayinəsind

Hansı ağrılarda hansı göz damlası istifadə edilməlidir?

İstər göz quruluğu, istər konyuktivit, göz qızarıqlığı və ya qaşıntı probleminiz varsa, əksər göz probleminin əlamətlərini yüngülləşdirmək üçün bir göz damlası və ya məlhəm mövcuddur. Hansı göz damlasının və ya məlhəmin ə

Göz daşı əlamətləri

Vücudda daş ancaq böyrəkdə və ya öd kisəsində yaranmır. Gözlərdə yaranan yanma, batma və ya qaşıntının səbəbi gözdəki daş ola bilər. Göz.az xəbər verir ki, hər 10 şəxsdən birində görülən göz daşı, siqaret, spirtli içki istifadəsi

Gözdə itdirsəyi niyə çıxır?

Gözdə itdirsəyi geniş yayılmış göz problemlərindən biridir. Göz.az xəbər verir ki, Herpes Simplex adı verilən bir virusun təsir göstərdiyi infeksiyadır. Təkrarlayan sızaqlara səbəb olur. Tez-tez dodaq, gözlər və genital orqanlar

Göz müayinəsinin qiyməti

Göz müayinəsi kiçikdən böyüyə hər kəsin müraciət etməli olduğu yoxlanışdır. Göz.az xəbər verir ki, göz müayinəsi 20 dəqiqə kimi davam edir. Müayinə nəticəsində torlu qişada problem aşkar edilərsə gözə damcı tökülərək gö

Uşaqlarda göz şişməsi

Göz qapağı, allergiya, göz infeksiyası, göz yaralanması, göz qripi kimi səbəblərlə ortaya çıxa bilir. Göz.az xəbər verir ki, hər yaş qrupu insanlarda göz qapağı şişməsi meydana çıxa bilər. Uşaqlarda göz qapağı şişməsi n

Albucid damlası

Albucid oftalmologiya sahəsində geniş istifadə edilən dərman növüdür. Antibakterial xüsusiyyəti vardır. Göz.az xəbər verir ki, infeksiyaların, iltihabların müalicəsində geniş istifadə edilir. Belə ki, göz damlası patogenləri

Uşaq göz xəstəlikləri

Uşaqlarda göz xəstəlikləri son zamanlar geniş formada vüsət alıb. Göz.az xəbər verir ki, göz xəstəlikləri müxtəlif faktorlardan qaynaqlana bilər. Bəs ən çox görülən uşaq göz xəstəlikləri hansılardır?. Gözdə qanaxma – Körpələrd

Göz altı göyərmələri

Gözaltı göyərmələri, yorğunluq, yuxusuzluq və ya stress kimi faktorlara bağlı olaraq ortaya çıxa biləcək bir vəziyyətdir. Bütün bunlarla yanaşı gözaltı göyərmələri bəzən daha ciddi sağlamlıq problemlərinin bir əlaməti olm