Uşaqlarda göz qızarması

Uşaqlarda göz qızarması

Uşaqlarda göz qızarması nədir?

Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Gözlərin qızarıq, sulanmış və qaşınmış görünməsinə bir çox səbəb ola bilər. İnfeksiyalar, allergiyalar, uzun müddətli ekran istifadəsi kimi faktorlar yol aça bilər. Uşaqlarda göz qızarması çox görülən problemdir və adətən müalicə edilə bilər. Ancaq ciddi vəziyyətlərdə həkimlə məsləhətləşmək vacibdir.

Uşaqlarda göz qızarmasının sebebleri

Bir çox fərqli səbəblərlə ortaya çıxa bilər. Göz qızarması tək başına bir əlamət ola biləcəyi kimi, başqa simptomlarla birlikdə də görülə bilər.

Yayğın səbəblərdən biri konyuktivitdir. Gözlərdə infeksiya nəticəsində qızarma yarana bilər. Bakterial və ya virus qaynaqlı ola bilir. Gözlərdə sulanma, qaşıntı, yanma hissi və axıntı kimi digər əlamətlər də müşahidə edilə bilər. Polen, toz, ev heyvan tükləri ilə təmas nəticəsində yaranan allergik reaksiyalar səbəb olur. Bu vəziyyətdə adətən hər iki gözdə birdən qızarma görülür. Uşağın gözünə gələn zərbə və ya fiziki travmalar nəticəsində meydana gələ bilər.
Uşaqlarda göz qızarmasıUzun müddət televiziya və kompüterə baxma kimi göz yorucu hərəkətlər səbəb ola bilər. Kifayətsiz göz yaşı istehsalı və ya göz səthinin nəm yetərsizliyi göz quruluğuna səbəb ola bilir. Bu vəziyyətdə qızarma, yanma və qaşıntı görülə bilər. Göz qızarması, uşağın bir göz xəstəliyi və ya infeksiyası, üveit kimi daha ciddi vəziyyətin əlaməti ola bilər. Uşaqlarda göz qızarması əlamətləri mövcuddursa bir həkimə müraciət edilməlidir. Düzgün diaqnoz üçün uşaqda ciddi göz müayinəsi gərəklidir.

Uşaqlarda göz qızarmasının risk faktorları

Göz infeksiyaları, xüsusilə bakterial və ya virus konyuktivit, səbəb ola bilər. Kimyəvi maddə, tozlar, duman və ya yad cismlər kimi uşağın gözlərini zədələyən ünsürlərə yol açır.

Uşaqların oyun əsnasında gözlərinə alacaqları zərbələr və yaralanmalar səbəb ola bilər. Blefarit adı verilən göz qapağı iltihabı, uşaqlarda göz qızarması və qaşıntıya səbəb ola bilir. Uyğun olmayan kontakt linzalar istifadə edilərsə ortaya çıxar.

Bəzi sistemik xəstəliklər, xüsusilə otoimmun xəstəliklər səbəb ola bilər. Hansısa bir əlamət və ya problem olduğunda uşağınızın göz sağlamlığı mütəxəssisinə görünməsi əhəmiyyətlidir.

Uşaqlarda göz qızarmasının müalicəsi

Düzgün diaqnoz, professional dəyərləndirmə gərəklidir. Bunun üçün göz damlaları tövsiyə edilə bilər. Göz infeksiyaları üçün antibiotik tərkibli damlalardan istifadə edilir. Allergik reaksiyaları müalicə etmək üçün antihistaminik damlalar istifadə edilir.

Soyuq kompreslər tətbiq etmək faydalı ola bilər. Təmiz bezi və ya pambıqlı əskini soyuq suya batırın. Artıq suyu sıxın və ardından uşağın gözlərinin üzərinə yüngülcə basaraq tətbiq edin. Bununla gözlərdəki şişlik azaldıla bilər və rahatlama təmin edilə bilir.
Uşaqlarda göz qızarmasıGöz qızarmasının qarşısın almaq və ya müalicə etmək üçün göz gigiyenasına diqqət etmək əhəmiyyətlidir.

Uşaqlarda göz qızarıqlığının səbəbi allergik reaksiyalardan da qaynaqlana bilər. Bu səbəbdən evdəki toz miqdarını azaltmağa çalışın. Yanlış və ya çirkli linzalar göz qızarmasına səbəb ola bilir. Uşağınızın gözlərini xarici təsirlərdən qorumaq üçün günəş eynəyi taxmasını təmin edin.

Günəşin zərərli ultrabənövşəyi şüalarına məruz qalmaq, göz qızarmasına və digər göz problemlərinə səbəb ola bilir. Bu üsullar ümumi müalicə prinsipləridir və uşağınızn vəziyyətinə və göz qızarmasının səbəbinə bağlı olaraq dəyişə bilər. Hər vəziyyətdə, bir həkimə danışmaq ən yaxşısıdır.


GOZ.AZ
Göz Məlumatları       Tarix: 09 sentyabr 2024

Oxşar xəbərlər

Uşaq göz xəstəlikləri

Uşaqlarda göz xəstəlikləri son zamanlar geniş formada vüsət alıb. Göz.az xəbər verir ki, göz xəstəlikləri müxtəlif faktorlardan qaynaqlana bilər. Bəs ən çox görülən uşaq göz xəstəlikləri hansılardır?. Gözdə qanaxma – Körpələrd

Göz səyirməsi nədir?

Göz səyirməsi, nəzarət edilə bilməyən göz əzələsi ya da göz qapağının anidən hərəkəti olaraq bilinir. Göz.az xəbər verir ki, tibbi adı miyokimi olan göz səyirməsində, qapaq bir neçə saniyədən bir hərəkət edə bilər. Bu vəziyyə

Göz üçün vitaminlər

Müasir həyat tərzi, qidalanma vərdişləri və artan digital ekran istifadəsi, göz sağlamlığına mənfi təsir göstərə bilər. Doğru qidalar və vitaminlərlə göz sağlamlığını dəstəkləmək mümkündür. Göz.az xəbər verir ki, sağlam gözlər

Göz yorğunluğunun qarşısını alan vasitələr

Bir çox orqan kimi gözləri də yormamaq, yükləməmək lazımdır. Göz, insan orqanizmində yadda qalan nişan hesab edilir. Gözləri bir çox faktor yora bilər:. Gərgin iş rejimi. Monitora çox baxmaq. Xəstəliklər. İnfeksiylar. Gö

Kontakt linza istifadəsi

Linza taxma üsulu. Linzanı qabından çıxardın. Linzanın daxili səthinin xaricə dönməmiş olmasına diqqət edin, dönübsə düzəldin. (Kənarları yuxarı baxmalıdır). Sol orta barmağınızla göz qapağınızı qaşınıza doğru çəkin. Sa

Allergik konyuktivit bu problemə yol açır

Allergik konyuktivit gözaltı göyərmlərə səbəb ola bilər. Göz.az xəbər verir ki, quru və ilıq iqlimlərdə daha çox görülür. Allergiya gözaltı göyərmə kimi ciddi həssaslıqlar yaradır. Göz altı göyərmələri göz altndakı dəridək

Göz yaralanması nədir?

Göz yaralanmaları arasında deşilmələr, yanıqlar və xətlər yer alır. Bunlar travmatik qəzalardan, kimyəvi maddələrə məruz qalmaqdan və ya gözə yad cismin qaçmasından qaynaqlana bilər. Göz.az xəbər verir ki, bir göz yaralanmas

Göz qaralması nə üçün olur?

Göz qaralmasının bir çox növü ola bilər. Göz.az xəbər verir ki, gündəlik həyatda tez-tez qarşılaşılan, bəzən baş gicəllənməsi ilə birlikdə olan görmədə azalma vəziyyətinə, göz ətrafında tündləşməyə də göz qaralması deyil

Gözə çay kompresi etmək olarmı?

Göz müayinəsində göz həkimləri tez-tez "Gözümə çay kompresi etdim" ya da "Etsəm olar" deyə ifadələr eşidir. Bəs gözə çay kompresi faydalıdırmı?. Göz.az xəbər verir ki, elmi cəhətdən xüsusilə yaşıl çayı