Göz üçün vitaminlər

Göz üçün vitaminlərMüasir həyat tərzi, qidalanma vərdişləri və artan digital ekran istifadəsi, göz sağlamlığına mənfi təsir göstərə bilər. Doğru qidalar və vitaminlərlə göz sağlamlığını dəstəkləmək mümkündür.

Göz.az xəbər verir ki, sağlam gözlərə sahib olmaq üçün öncəliklə düzgün qidalanma əhəmiyyətlidir. Gözlərin sağlamlığı, müxtəlif vitaminlər və qida maddələri tərəfindən dəstəklənir.

A vitamini gecə korluğunun qarşısını alır.

Gözlərinizin qaranlıqda normal olaraq görməsinə kömək edən A vitamini, yetərsiz alındığında gözün üç hissəsinə birdən təsir göstərir. Retinadakı hüceyrələrin A vitamini yetərsizliyinə qarşı həssas olduğunu deyən həkimlər A vitamini əksikliyinin gözün hissələrində quruluğa səbəb olaraq görməyə mənfi təsir etdiyini bildirirlər.

A vitamini adətən heyvan mənşəli qidalarda olur. Yumurta, süd məhsulları yeməyən vegeterian şəxslərdə A vitamini əksikliyi görülə bilir. Balıq yağı və qaraciyər, böyrək, süd, yumurta sarısı, kök, göbələk, fısdıq, pomidor, qoz-fındıq A vitamini ilə zəngin qidalardandır.

B2 vitamini əksikliyi gözlərdə qaşınma və yanmağa səbəb olur.

Enerji istehsalı, dəri, dırnaq, göz sağlamlığı üçün əhəmiyyətli, dəri və göz sağlamlığı üçün gərəkli olan B2 vitamini, göz yorğunluğunu azaldır. Həmçinin bu vitaminin əksikliyində gözlərdə yanma, qaşıntı, işığa qarşı həssaslıq və kornea xəstəlikləri kimi göz narahatlıqlarının yarada biləcəyinə işarət edir.
Göz üçün vitaminlərQaraciyər, yağsız, süd, qatıq, pendir, gicitkan, adaçayı, ispanaq, brokoli kimi yaşıl yarpaqlı tərəvəzlərlə balıq və taxıllarda bol olan B2-nin yetərli alınması gözlərdə kataraktanın yaranmasının qarşısını alır.

E vitamini, retina degenerasiyasına qarşı qoruyur.

Yağda əriyən, güclü antioksidant olan E vitamini, ürək, damar, beyin və sinir funksiyalarının tənzimlənməsi ilə yanaşı göz xəstəliklərindən qorunmada da faydalıdır. Badam, qırmızı ət, brokoli, ispanaq, kərə yağı, yaşıl yarpaqlı bitkilər, manqo, bananda olan E vitamini, retina degenerasiyasının qarşısını almaqda faydalı ola bilər.

C vitamini diabetik retinopatiyanın qarşısını alır

Vücud, göz sağlamlığı üçün gərəkli vitaminlərdən biri olan C vitamini gözləri kataraktaya qarşı qoruyur. Diabet xəstələrinin gözlərini qorumaq üçün həkimlər C vitamini almalarının qarşısını alır. Həmçinin şəkərin sinir və damarlarda etdiyi zədənin qarşısını alır.

Omega 3 və 6 göz quruluğunun qarşısını alır. Araşdırmalar, beyin və göz sinirlərinin inkişafında böyük əhəmiyyət kəsb edən omega 3 və 6 yağ asitlərinin göz quruluğunu azaltdığını ortaya qoyur.

Bəs gözün görmə gücünü nə artırır?

Kontakt və ya linza istifadəsi: Görmə gücündə problemlər yaşayanlar üçün eynək və ya kontakt linza istiadəsi görmə gücünü düzəldə bilər. Bu optik cihazlar, görüntünün keyfiyyətini artırar.
Göz üçün vitaminlərGöz idman hərəkətləri: Göz əzələlərini gücləndirərək görmə gücünü artıra bilər. Gözləri gücləndirmək üçün uzaq və yaxın nöqtələr arasında diqqəti yayındırmaq, gözləri saat istiqamətində və tərsinə çevirərək dairəvi hərəkətlər etdirərək edilə bilər.

Doğru işıq ortamı: Yaxşı işıq məkanlarında çalışmaq və ya oxumaq, gözlərin yorulmasını və görmə gücünün düşməsinin qarşısını ala bilər.

Göz gigiyenası: Göz sağlamlığı üçün vacibdir. Gözlərinizi təmiz tutmaq üçün əllərinizi müntəzəm olaraq yuyun və göz makiyajınızı uyğun formada təmizləyin.
Müntəzəm göz müayinələri olunmalıdır.

Görmə gücündə düşmə hiss edirsinizsə həkimə müraciət etməlisiniz.

Qeyd edək ki, trans yağlar, kafein, spirtli içkilər,duzlu qidalar göz sağlamlığı üçün olduqca zərəli qidalardan hesab edilir.


GOZ.AZ
Göz Məlumatları       Tarix: 04 oktyabr 2024

Oxşar xəbərlər

Sulfasil göz damlası

Sulfasil damlasının tərkibi:. Natrium sulfasetamid. Köməkçi maddələr:. Natrium tiosulfat, 1 M xlorid turşusu məhlulu (pH 8,0-ə qədər), inyeksiya üçün su. İstifadə sahəsi:. Oftalmologiyada istifafə edilir. Antibakterial madd

Göz allergiyası

Son zamanlarda göz problemləri geniş vüsət alıb. Bu halların birdən çox səbəbi ola bilər. Əksər göz xəstəliklərində isə əlamətlər bənzər olur. Göz.az xəbər verir ki, mövsüm dəyişkənlikləri ilə bağlı gözdə allergiya hallar

Göz üçün eynək seçimi

Eynək, aksesuar olaraq istifadə edilə biləcəyi kimi ehtiyac olaraq da istifadə edilə bilər. Göz.az xəbər verir ki, uzaq və ya yaxın görməsində problem olan şəxslər və ya ancaq bəzək məqsədilə bu məhsulu istifadə edənlər günümüzd

Göz daşı əlamətləri

Vücudda daş ancaq böyrəkdə və ya öd kisəsində yaranmır. Gözlərdə yaranan yanma, batma və ya qaşıntının səbəbi gözdəki daş ola bilər. Göz.az xəbər verir ki, hər 10 şəxsdən birində görülən göz daşı, siqaret, spirtli içki istifadəsi

Göz üçün vitaminlər

Müasir həyat tərzi, qidalanma vərdişləri və artan digital ekran istifadəsi, göz sağlamlığına mənfi təsir göstərə bilər. Doğru qidalar və vitaminlərlə göz sağlamlığını dəstəkləmək mümkündür. Göz.az xəbər verir ki, sağlam gözlər

Göz yaralanması nədir?

Göz yaralanmaları arasında deşilmələr, yanıqlar və xətlər yer alır. Bunlar travmatik qəzalardan, kimyəvi maddələrə məruz qalmaqdan və ya gözə yad cismin qaçmasından qaynaqlana bilər. Göz.az xəbər verir ki, bir göz yaralanmas

Göz müayinəsinin qiyməti

Göz müayinəsi kiçikdən böyüyə hər kəsin müraciət etməli olduğu yoxlanışdır. Göz.az xəbər verir ki, göz müayinəsi 20 dəqiqə kimi davam edir. Müayinə nəticəsində torlu qişada problem aşkar edilərsə gözə damcı tökülərək gö

Göz səyirməsi nədir?

Göz səyirməsi, nəzarət edilə bilməyən göz əzələsi ya da göz qapağının anidən hərəkəti olaraq bilinir. Göz.az xəbər verir ki, tibbi adı miyokimi olan göz səyirməsində, qapaq bir neçə saniyədən bir hərəkət edə bilər. Bu vəziyyə

Göz qaşınmasının səbəbləri

Gündəlik işlər zamanı insanı narahat edən problemlərdən biri də gözlərin qaşınmasıdır. Bundan bir çox insan əziyyət çəkir. Göz qaşıntısının altında bir neçə faktorlar və xəstəliklər yata bilir. Göz qaşıntısının əsas faktor