Göz qaralması nə üçün olur?

Göz qaralması nə üçün olur?Göz qaralmasının bir çox növü ola bilər.

Göz.az xəbər verir ki, gündəlik həyatda tez-tez qarşılaşılan, bəzən baş gicəllənməsi ilə birlikdə olan görmədə azalma vəziyyətinə, göz ətrafında tündləşməyə də göz qaralması deyilə bilər. Hər ikisinin yaranmasında da fərqli səbəblər ola bilər.

Ayağa qalxan zaman göz qaralması

Bunun əsas səbəbi sürətlə qalxıldığı zaman qan təzyiqində ani düşmənin olmasıdır. Ürək qan ötürmək üçün daha çox çalışar və qanın ayaqlarda toplanmasının qarşısını almaq üçün də damarlar daralır. Bu səbəblərdən ötrü göz qaralması yarana bilər:

Dehidrasyon

Bəzi kimyaterapiya dərmanları

Qan damarlarını daraldan dərmanlar

Sakitləşdirici dərmanlar

Qandakı maye miqdarının az olması

Spirt qəbulu

Diabet.

Göz qaralmasıyla birlikdə, baş gicəllənməsi, görmədə bulanıqlıq, ürək döyüntüsündə sürətlənmə, mədə bulantısı, tərləmə əlamətləri görülə bilər. Həmçinin sinə, boyun və çiyin ağrısı kimi nadir görünən əlamətlər də ortaya çıxa bilər.

Mütəmadi olaraq göz qaralması nə üçün olur?
Göz qaralması nə üçün olur?Mütəmadi göz qalması bir çox səbəbdən ortaya çıxa bilər.

Göz qaralmasının səbəbləri:

Yüksək və aşağı qan təzyiqi :Aşağı şəkər göstəricisi: Vücuddakı şəkər miqdarında düşmə olduğunda, beyinə yetərli oksigen getmədiyi üçün göz qaralmasına yol aça bilər.

Göz təzyiqi: Göz içindəki təzyiqin artması gözdə qaralmağa və görmədə itkiyə səbəb ola bilər.

Anemiya: Vücudda qansızlıq olması yetərli miqdarda oksigen daşınmasına maneə ola bilər və bu formada gör qaralmaları ola bilər.

Bu növ xəstəliklərdən səbəb mütəmadi göz qaralması yaşana biləcəyi kimi stres və anksiyete vəziyyətlərində də gözdə qaralma yaşana bilər.
Bu tür hastalıklardan dolayı sürekli göz kararması yaşanabileceği gibi stres ve anksiyete durumlarında da gözde kararma yaşanabilir.

Ayağa qalxılan zaman göz qaralmasının qarşısı necə alınır?

Qan təzyiqiniz aşağıdırsa kompresyon corabları geyə bilərsiniz. Ancaq bu corabların yatarkən çıxarılması gərəkdiyini unutmamalısınız.

Yetərli maye qəbulu aşağı təzyiqin qarşısını ala bilər. Uzun müddət ayaqda durursunuzsa durmadan öncə su içməyə diqqət göstərə bilərsiniz.
Spirt beyinə təsir göstərdiyi üçün göz qaralmalarına səbəb ola bilər. Bu səbəbdən spirti daha az istifadə edə bilər və tərgidə bilərsiniz.

Yeməklərinizi azaldaraq, karbonhidrat azaldaraq göz qaralmasının qarşısını ala bilərsiniz.

Göz qaralmasının əks təsirləri nələrdir?

Göz qaralması bəsit bir problem kimi görünsə də həyati yan təsirlərə yol aça bilər. Bu səbəbdən mütəmadi olan göz qaralmasının səbəbini araşdırmaq və həkiminizə danışmaq sağlamlığınızın davamlılığını təmin etmədə ən yaxşı yoldur. Xüsusilə yaşlılarda göz qaralması tarazlılığı itirmə və davamında düşməklə nəticələnə bilər və ya ürək getməklə birlikdə düşmə yaşana bilər. Bu göz qaralmasının ən çox görülən yan təsirlərindəndir deyilə bilər. Bir digər vəziyyət isə ayaqda və oturma pozisiyasında təzyiqdə dalğalanmalar olduğunda, beyinə gedən qan axışında azalma olmasıdır. Bu insult riskini artıra bilər. Təzyiqdəki fərqliliklər sinə ağrısı, ürək ritmi problemləri ya da ürək çatışmazlığı kimi ürək xəstəliklərinə yol aça bilər.
Göz qaralması nə üçün olur?Baş gicəllənməsi göz qaralması nə üçün olur?

Göz qaralmasının səbəbləri ilə yanaşı baş gicəllənməsi də yaşayırsınızsa, daxili qulaq problemləriniz ola bilər. Ancaq hər dəfə daxili qulaq problemlərinə gərək yoxdur. Heç bir səbəb olmadan gözünün qaraldığında başınız da gicəllənə bilər.

Göz qaralması, ürək döyüntüsü nə üçün olur?

Göz qaralması və ürək döyüntüsü, aşağı və ya yüksək qan təzyiqi, ürəkdə ritm pozğunluqları kimi səbəblərdən ötrü ortaya çıxa bilər. Ancaq uzman həkimə müraciət etməlisiniz.

Göz ətrafı qaralması qalıcıdır?

Göz ətrafındakı qaralmalar qalıcı da ola bilər keçici də. Bu vəziyyət problemin qaynağına görə dəyişiklik göstərir.


GOZ.AZ
Göz Məlumatları       Tarix: 02 oktyabr 2024

Oxşar xəbərlər

Göz yaralanmaları

Bəzi göz yaralanmaları dərhal müdaxilə edilməzsə qalıcı zədə və görmə itkisi ilə nəticələnə bilər. Göz.az xəbər verir ki, bəsit bəzi yaralanmalarda isə sadəcə infeksiyasından qoruyucu damlalar yetərlidir. Göz yaralanmalar

Tobreks damcı

Tobreks damcı tərkibi:. 1 ml məhlulda 3 mq tobramisin. Köməkçi maddələr: benzalkonium xlorid, bor turşusu, susuz natrium sulfat, natrium xlorid, tiloksapol, sulfat turşusu və/və ya natrium hidroksid, təmizlənmiş su. Görünüşü:

Göz üçün vitaminlər

Müasir həyat tərzi, qidalanma vərdişləri və artan digital ekran istifadəsi, göz sağlamlığına mənfi təsir göstərə bilər. Doğru qidalar və vitaminlərlə göz sağlamlığını dəstəkləmək mümkündür. Göz.az xəbər verir ki, sağlam gözlər

Uşaqlarda göz infeksiyları

Uşaqlarda görülən göz infeksiyları nələrdir?. Göz.az xəbər verir ki, uşaqlarda tez-tez görülən göz infeksiyaları arasında konyuktivit, dakriyosistit və kornea infeksiyaları mövcud olur. Konyuktivit, gözün xarici səthini əhat

Göz rəngləri necə yaranır?

Əksər zaman göz rəngi, uşaq inkişafında valideynlərə təsir göstərən genetik xüsusiyyətdir. Göz.az xəbər verir ki, uşağın gözləri qara, qəhvəyi rəng, mavi, boz, yaşıl, ala və ya bu rənglərin bir birləşməsi ola bilər. Uşağı

Neyrooftalmologiya nədir?

Neyrooftalmologiya nedir?. Bir obyektin görüntüsü əvvəlcə göz ilə, sonra beynin arxasındakı görmə mərkəzində gəbul olunduqda mümkün hala gəlir. Görmə yollarda problem olduqda ani və ya irəliləyən görmə itkisi baş verə bilər

Göz səyirməsi nədir?

Göz səyirməsi, nəzarət edilə bilməyən göz əzələsi ya da göz qapağının anidən hərəkəti olaraq bilinir. Göz.az xəbər verir ki, tibbi adı miyokimi olan göz səyirməsində, qapaq bir neçə saniyədən bir hərəkət edə bilər. Bu vəziyyə

Tənbəl gözün müalicəsi varmı?

Tənbəl göz bir çox insanlarda görülən problemdir. Erkən diaqnoz bu problemin həllində rol oynayır. Göz.az xəbər verir ki, tənbəl göz müalicəsində əməliyyata müraciət edilmir. Göz məşqləri tənbəl göz müalicəsində uğurlu təsir

Gözdə yaranan ləkə

Son zamanlar yayılan oftalmoloji problemlərin içərisində gözdə yaranan ləkələr, şişliklər yer alır. Göz isə yaranan bu kimi problemlərdən təsirlənir. Bəzən isə görmə zəifliyi belə yarana bilir. Bəs gözdə infeksiyalar, ləkələ