Göz damlası: Faydaları və istifadəsi

Göz damlası: Faydaları və istifadəsiMüxtəlif göz problemlərinin müalicəsini dəstəkləmək məqsədilə istifadə edilən göz damlaları istifadə səbəbinə bağlı olaraq uzun ya da qısa müddətli tətbiq edilə bilən məhsullardır.

Göz.az xəbər verir ki, göz damlaları gözdəki hansısa bir problem, göz quruluğu ya da kontakt linza istifadəsinə bağlı quruluq kimi narahatlıqların müalicəsi üçün həkimllər tərəfindən yazılır. Quruyan və qızaran gözlər ya da göz quruluğu üçün reseptsiz olaraq satılan göz damlası növləri də vardır. Göz damlalarının effekt verməsi üçün həkimin dediyi formada və saatda qəbul etmək gərəklidir.

Göz damlasının nə faydası var?

Bəzi göz damlası növlərində dərman mövcud olmaz və sadəcə göz quruluğunun qarşısını almaq ya da gözdəki yad cimsləri uzaqlaşdırmaq üçün istifadə edilə bilər. Normal şərtlər altında gözlər özünə yetəcək qədər nəm miqdarına sahibdir. Göz toxumasında yetərli göz yaşı istehsal edilmədiyində və ya göz yaşı normaldan artıq buxarlaşdığında gözün təbii nəmini qazanmasına kömək olmaq üçün steril nəmləndirici göz damları istifadə edilə bilər. Həmçinin gözdəki kirlədici ya da zərərli parça qalıntılarının təmizlənməsinə kömək edir və gözün nəmli tutulmasını dəstəkləyərək daha çox zərər görməsinin qarşısını ala bilər.

Göz damlasının novleri nələrdir?

Göz damlaları, istifadə səbəbinə görə fərqli növlərə ayrılır.

Ən yayğın istifadə edilən göz damlası növləri arasında aşağıdakılar yer alır:

Göz müayinəsini asanlaşdırmaq üçün göz həkimi tərəfindən tətbiq edilən göz bəbəklərini genişlədən damlalar,

Qızarıqlığı aparan damlalar

Quru göz üçün nəm verici damlalar

Qaşıntını həll edən antiallergik damlalar

Göz əməliyyatından öncə keyləşdirici damlalar

Bəzi infeksiyalar üçün istifadə edilən antibitoik damlalar

Qlaukoma müalicəsi üçün istifadə edilən göz üçün təzyiqi aşağı salan damlalar

Göz damlası hansı veziyyetlerde istifadə edilir?

Göz damlaları həkim tövsiyəsi ilə aşağıdakı vəziyyətlərdə yayğın olaraq istifadə edilə bilər:

Cərrahi prosedurdan öncə və sonrası

Göz əməliyyatından öncə həkim göz bəbəyini böyütmək və cərrahi prosedurun tətbiq olunacağı nahiyəni keyləşdirmək məqsədilə göz damlası istifadə edilə bilər. Əməliyyatdan
sonra da infeksiya riskini azaltmaq və müalicəni dəstəkləmək üçün də göz damlası tətbiqinə davam edə bilər.

Kontakt linza istifadəsi – Gözlərin qurumasına səbəb ola bilər. Linzaların gözə daha asan taxılıb çıxarılması üçün linzalara xüsusi olaraq qurulan göz damlaları istifadə edilə bilər.
Göz damlası: Faydaları və istifadəsiGöz damlasi nece istifade edilir?

Həm böyük həm də uşaq göz damlası növləri, həkim tövsiyəsi ilə istifadə edilməsi gərəkən və doğru tətbiq edilmədiyində göz problemlərinin müalicəsini dəstəkləyən məhsullardır.
İstifadədən öncə əllərin mütləq su və ilıq sabun ilə yuyulması ya da əl dezinfeksiya ilə təmizlənməsi infeksiyası riski cəhətdən olduqca əhəmiyyətlidir.

Göz damlasını öz-özünə rahatlıqla damlada bilərsiniz. Ancaq bu mövzuda uğursuz olsanız dostunuzdan ya da bir ailə üzvündən yardım ala bilərsiniz.

Göz damlasının yan təsirləri

Göz damlaları bəzi vəziyyətlərdə gözdə batma, qızarıqlıq, göz bəbəklərində genişləmə ya da bulanıq görmə kimi göz damlasının əks təsirlər yarada bilər. Bu təsirlərdən hansısa biri uzun müddət davam edərsə mütləq həkiminizi məlumatlandırmağınız gərəklidir.

Xüsusiyyətləri:

Gözlərdə ağrı

Göz içi ya da ətrafında pisləşən qızarıqlıq, şişmə, qaşıntı

Görmə pozğunluqları


GOZ.AZ
Göz Məlumatları       Tarix: 16 sentyabr 2024

Oxşar xəbərlər

Göz yaralanmaları

Bəzi göz yaralanmaları dərhal müdaxilə edilməzsə qalıcı zədə və görmə itkisi ilə nəticələnə bilər. Göz.az xəbər verir ki, bəsit bəzi yaralanmalarda isə sadəcə infeksiyasından qoruyucu damlalar yetərlidir. Göz yaralanmalar

Tobreks damcı

Tobreks damcı tərkibi:. 1 ml məhlulda 3 mq tobramisin. Köməkçi maddələr: benzalkonium xlorid, bor turşusu, susuz natrium sulfat, natrium xlorid, tiloksapol, sulfat turşusu və/və ya natrium hidroksid, təmizlənmiş su. Görünüşü:

Göz üçün vitaminlər

Müasir həyat tərzi, qidalanma vərdişləri və artan digital ekran istifadəsi, göz sağlamlığına mənfi təsir göstərə bilər. Doğru qidalar və vitaminlərlə göz sağlamlığını dəstəkləmək mümkündür. Göz.az xəbər verir ki, sağlam gözlər

Uşaqlarda göz infeksiyları

Uşaqlarda görülən göz infeksiyları nələrdir?. Göz.az xəbər verir ki, uşaqlarda tez-tez görülən göz infeksiyaları arasında konyuktivit, dakriyosistit və kornea infeksiyaları mövcud olur. Konyuktivit, gözün xarici səthini əhat

Göz rəngləri necə yaranır?

Əksər zaman göz rəngi, uşaq inkişafında valideynlərə təsir göstərən genetik xüsusiyyətdir. Göz.az xəbər verir ki, uşağın gözləri qara, qəhvəyi rəng, mavi, boz, yaşıl, ala və ya bu rənglərin bir birləşməsi ola bilər. Uşağı

Neyrooftalmologiya nədir?

Neyrooftalmologiya nedir?. Bir obyektin görüntüsü əvvəlcə göz ilə, sonra beynin arxasındakı görmə mərkəzində gəbul olunduqda mümkün hala gəlir. Görmə yollarda problem olduqda ani və ya irəliləyən görmə itkisi baş verə bilər

Göz səyirməsi nədir?

Göz səyirməsi, nəzarət edilə bilməyən göz əzələsi ya da göz qapağının anidən hərəkəti olaraq bilinir. Göz.az xəbər verir ki, tibbi adı miyokimi olan göz səyirməsində, qapaq bir neçə saniyədən bir hərəkət edə bilər. Bu vəziyyə

Tənbəl gözün müalicəsi varmı?

Tənbəl göz bir çox insanlarda görülən problemdir. Erkən diaqnoz bu problemin həllində rol oynayır. Göz.az xəbər verir ki, tənbəl göz müalicəsində əməliyyata müraciət edilmir. Göz məşqləri tənbəl göz müalicəsində uğurlu təsir

Gözdə yaranan ləkə

Son zamanlar yayılan oftalmoloji problemlərin içərisində gözdə yaranan ləkələr, şişliklər yer alır. Göz isə yaranan bu kimi problemlərdən təsirlənir. Bəzən isə görmə zəifliyi belə yarana bilir. Bəs gözdə infeksiyalar, ləkələ