Göz ağrısının səbəbləri

Göz ağrısının səbəbləriGöz ağrısı bir çox göz probleminə bağlı olaraq ortaya çıxa bilən şikayətdir.

Göz.az xəbər verir ki, göz ağrısı bəzən ciddi göz problemlərinin əlaməti ola bilər.

Göz ağrısının sebebleri nələrdir?

Çox yüksək göz təzyiqi

Sklerit kimi gözün xarici divarının iltihablanmaları

Üveit

Optik Nevrit

Astiqmatizm

Hipermetropiya

Göz quruluğu

Göz ağrısına nə yaxşı təsir göstərir?

Göz ağrısı olan şəxsə müayinə etmədən hansısa məsləhət vermək doğru deyildir. Çünki göz ağrısının səbəbləri arasında gerçəkdən ciddi xəstəliklər də vardır. Məsələn, üveit olan bir şəxsdə müalicə mənasında evdə edilən bir neçə tətbiqlər gec diaqnoz və qalıcı görmə itkisinə səbəb ola bilər. Bu səbəblər göz ağrısının ciddi əlamət olduğunun qəbul edilməsi və belə bir vəziyyət varlığında göz müayinəsi olunması ən doğru qərardır.

Göz təzyiqi (Qlaukoma) və göz ağrısı

Göz ağrısının səbəbləriGöz təzyiqinin bir çox alt tipi mövcuddur. Göz təzyiqi yüksəkliyinin göz ağrısını yaratması üçün çox yüksəlmiş olması gərəklidir. Göz təzyiqinin normal üst sərhəddinin 21 mmHg olduğu qəbul edilir. Ağrı formasında qəbul edilməsi üçün 35-40 mmHg üzərinə çıxması gərəklidir.

Ağrı göz təzyiqindən qaynaqlanırsa bu vəziyyət göz cəhətdən təcili bir vəziyyətdir.

Göz təzyiqinin bir çox al tipi mövcuddur. Qlaukoma ən çox görülən tipdir. Bu tipdə gözdaxili təzyiq yüksəli və bəzən ani yüksəlmələr ola bilir. Bu zaman baş ağrısı, bulantı, qusma kimi əlamətlərlə yanaşı bulanıqlıq da görülə bilər.

Üveit – Qısaca göz içində iltihablanma olmasıdır. Ağrı, üveitin ən çox görülən öndə gələn əlamətlərdən biridir. Üveit gözün iç qismində öncə ya da arxada olmaqdadır. Ön üveit vəziyyətində göz ağrısı ilə birlikdə adətən işıqdan narahatlıq hissi, qızarıqlıq və görmə də azalma da birlikdə görülməkdədir. Arxa üveit vəziyyətində isə ağrı adətən olmaz, ancaq görmədə bulanıqlıq olur. Üveitin altında bəzən başqa xəstəliklər vardır, bəzən isə tək başına görülməkdədir. Bu problem görməyi təhdid edən vəziyyətdir.

Sklerit – Gözün bəyaz rəngli olan xarici divarıdır. Bu divara sklera adı verilir. Skleranın iltihablanmasına isə sklerit adı verilir. Sklerit gözdə ağrı yaradan əhəmiyyətli səbəblərdəndir. Bəzən xəstənin müayinəsində hansısa narahatlıq görülməyə bilər. Bu vəziyyətdə sklerit ağıla gətirilməlidir. Göz divarının ön qismində ya da arxa qismində görülə bilir. Ön sklerit vəziyyətində gözdə qızarıqlıq da varkən, arxa sklerit vəziyyətində gözdə qızarıqlıq adətən yoxdur. Çünki iltihablanma gözün arxa qismindədir. Sklerit müalicəsində adətən kortizol tərkibli dərmanlar istifadə edilməkdədir.

Astiqmatizm – Göz ağrısının ən çox görülən səbəblərindən biridir. Astiqmatizm gözə girən işıq şüaları fərqli diqqət nöqtələri üzərinə toplanır. Bu da gözdə ağrıya yol açır.

Optik Nevrit – Göz sinirinin iltihablanmasıdır. Bir çox səbəbi ola bilər. Amma nəticədə göz ilə beyin arasında münasibəti təmin edən sinir iltihablandığından ağrı ilə birlikdə görmədə bulanıqlıq da ortaya çıxar. Optik nevritin altında skleroz xəstəliyi, infeksiyalar, sarkoidoz kimi xəstəliklər ola bilər. Müalicə səbəbinə bağlı olaraq edilir.

Göz quruluğu – Bəzən elə şiddətli ola bilər ki, mütəmadi göz qırpması yaranır. Şəxsin sosial həyatına təsir göstərə bilər və göz ağrısı formasında xəstələr tərəfindən şikayət də mövcud ola bilər.

Sağ göz ağrısı nə üçün olur?

Göz ağrısının sağ gözdə ya da sol gözdə olması yuxarıda bəhs edilən səbəblər cəhətdən fərq edilir. Sağ göz ağrısına üveit, göz təzyiqi, göz quruluğu, hipermetropiya kimi səbəbləri saya bilərik.

Sol göz ağrısı nə üçün olur?

Göz ağrısının səbəbləriSəbəbi olaraq göz təzyiqi, üveit, sklerit, göz quruluğu problemlərini saya bilərik.

Tək göz ağrısı nə üçün olur?

Ağrının tək gözdə ya da iki gözdə birlikdə olması mümkündür. Məsələn, hipermetropiya adətən hər iki gözdə olduğu üçün şəxsin hər iki gözündə də ağrıya yol aça bilər. Üveit, sklerit bəzən iki gözdə bəzən də tək gözdə görülə bilər. Göz quruluğu isə çox böyük miqdarda iki gözdə də ortaya çıxa bilər.

Göz ağrısının səbəbini tapmaqla onun düzgün müalicəsinə başlamaq olar.


GOZ.AZ
Göz Məlumatları       Tarix: 09 sentyabr 2024

Oxşar xəbərlər

Uşaqlarda göz infeksiyları

Uşaqlarda görülən göz infeksiyları nələrdir?. Göz.az xəbər verir ki, uşaqlarda tez-tez görülən göz infeksiyaları arasında konyuktivit, dakriyosistit və kornea infeksiyaları mövcud olur. Konyuktivit, gözün xarici səthini əhat

Göz yaralanması nədir?

Göz yaralanmaları arasında deşilmələr, yanıqlar və xətlər yer alır. Bunlar travmatik qəzalardan, kimyəvi maddələrə məruz qalmaqdan və ya gözə yad cismin qaçmasından qaynaqlana bilər. Göz.az xəbər verir ki, bir göz yaralanmas

Göz qapağının əsməsi

Bir ya da iki gözün sürətli şəkildə müxtəlif istiqamətlərə doğru hərəkət etməsi, əsməsi nistaqmus adlanır. Göz.az xəbər verir ki, bu, göz ilə beyin arasındakı yanlış bağlantıdan da qaynaqlanır. Göz titrəməsi ya da göz qapağ

Gözə yad cismin qaçması

Gözlər ən həssas orqanlardan biridir. Göz.az xəbər verir ki, bu səbəbdən xüsusilə gözə yad cismin qaça biləcəyi işlər edərkən qoruyucu eynək taxmaq çox əhəmiyyətlidir. Xüsusilə gözə sürətlə gələn metal, daş parçası kimi kiçi

Tetrasiklin göz mazı

Tetraskilin göz mazı nədir?. Tetrasiklin antibiotik hesab edilir. Göz.az xəbər verir ki, 1% Tetrasiklin məlhəmi infeksion lezyonlarda gözlərin müalicəsində istifadə edilir. Oftalmoloji problemlər zamanı istifadə edilir. Hans

Sulfasil göz damlası

Sulfasil damlasının tərkibi:. Natrium sulfasetamid. Köməkçi maddələr:. Natrium tiosulfat, 1 M xlorid turşusu məhlulu (pH 8,0-ə qədər), inyeksiya üçün su. İstifadə sahəsi:. Oftalmologiyada istifafə edilir. Antibakterial madd

Göz ağrısının səbəbləri

Göz ağrısı bir çox göz probleminə bağlı olaraq ortaya çıxa bilən şikayətdir. Göz.az xəbər verir ki, göz ağrısı bəzən ciddi göz problemlərinin əlaməti ola bilər. Göz ağrısının sebebleri nələrdir?. Çox yüksək göz təzyiqi. Skleri

Göz allergiyası

Son zamanlarda göz problemləri geniş vüsət alıb. Bu halların birdən çox səbəbi ola bilər. Əksər göz xəstəliklərində isə əlamətlər bənzər olur. Göz.az xəbər verir ki, mövsüm dəyişkənlikləri ilə bağlı gözdə allergiya hallar

Gözdə itdirsəyi niyə çıxır?

Gözdə itdirsəyi geniş yayılmış göz problemlərindən biridir. Göz.az xəbər verir ki, Herpes Simplex adı verilən bir virusun təsir göstərdiyi infeksiyadır. Təkrarlayan sızaqlara səbəb olur. Tez-tez dodaq, gözlər və genital orqanlar