Göz qapağının əsməsi

Göz qapağının əsməsiBir ya da iki gözün sürətli şəkildə müxtəlif istiqamətlərə doğru hərəkət etməsi, əsməsi nistaqmus adlanır.

Göz.az xəbər verir ki, bu, göz ilə beyin arasındakı yanlış bağlantıdan da qaynaqlanır. Göz titrəməsi ya da göz qapağı əsməsi olaraq da bilinir. Uşaqlıq dövründən ya da daha sonrakı həyatda anidən ortaya çıxa bilər. Görmədə azalma və ya görmədə azalma ola bilər. Patoloji və fizioloji nistaqmus olmaq üzrə iki növü vardır. Patoloji nistaqmus öz-özünə daxilində də növlərə ayrılır.

Nistaqmus göz xəstəlikləri, mərkəzi sinir sistemi xəstəlikləri, spirtli içki qəbulu və dərmanlar səbəbiylə ortaya çıxa bilər. Görmə pozuntusu, tarazlıqda problem, halsızlıq, baş gicəllənməsi, baş ağrısı kimi əlamətlər göstərə bilər. Bəzi vəziyyətdə əlamət göstərməyə bilər. Doğuşdan ya da sonradan əldə edilmiş bir xəstəlik olan nistaqmus, adətən bir təhlükə yaratmaz. Ancaq göz qapağının titrəməsi, beyin şişi, beyin travması kimi mərkəzi sinir sistemi qaynaqlı xəstəliklərlə bağlantılı ola bilər.

Nistaqmusun əlamətləri nələrdir?

Göz qapağı titrəməsi olaraq da bilinən nistaqmusun ən geniş yayılan əlamətləri:

Vertiqo

Bulanıq görmə

Tarazlıqda itki

İşığa qarşı həssaslıq

Ani və sürətli ortaya çıxan, sağa, sola, yuxarı, aşağıya ya da dairəvi göz hərəkətləri

Hiss və güc itkisi

Halsızlıq

Baş ağrısı

Nistaqmus, göz qapağı titrəməsinin səbəbləri:

Beyindən qaynaqlanan xəstəliklər

Sinir sistemi xəstəlikləri

Katarakta və çəplik kimi göz xəstəlikləri

Göz və ya beyin travması

Genetika

Mənfi vərdişlər və s.

Nistaqmus xəstəliyinin müxtəlif növləri vardır: Vertikal,latent, vestibüler, torsiyonel və s.
Göz qapağının əsməsiGöz titrəməsi probleminin diaqnozu necə qoyulur?

Tomoqafiya

MRT

Genetik testlər

Göz yoxlanışı.

Göz titrəməsinin müalicəsi

Nistaqmusun səbəb olduğu tarazlıq itkisi, halsızlıq, baş gicəllənməsi ya da ba ağrısı kimi şikayətləri azaldıla billəcək dərman müalicəsinə başlanıla bilər. Daxili qulağın səbəb olduğu bir vəziyyətdirsə qulaq burun boğaz həkimi tərəfindən uyğun müalicə təyin oluna bilər.

Bütün bu üsulların xaricində xəstəliyin altında yatan problemlərə bağlı olaraq antibiotik müalicəsinə və ya cərrahi üsullara da müraciət edilə bilər. Bulanıq görmə, dəqiq görəməmə kimi şikayətlərin ağarılması üçün özəl eynək şüşələri, kontakt linzalar tövsiyə edilə bilər. Şiddətli göz hərəkətlərinə maneə olmaq məqsədiylə göz əzələlərinə botoks tətbiqi də edilə bilər.


GOZ.AZ
Göz Məlumatları       Tarix: 02 oktyabr 2024

Oxşar xəbərlər

Sulfasil göz damlası

Sulfasil damlasının tərkibi:. Natrium sulfasetamid. Köməkçi maddələr:. Natrium tiosulfat, 1 M xlorid turşusu məhlulu (pH 8,0-ə qədər), inyeksiya üçün su. İstifadə sahəsi:. Oftalmologiyada istifafə edilir. Antibakterial madd

Göz allergiyası

Son zamanlarda göz problemləri geniş vüsət alıb. Bu halların birdən çox səbəbi ola bilər. Əksər göz xəstəliklərində isə əlamətlər bənzər olur. Göz.az xəbər verir ki, mövsüm dəyişkənlikləri ilə bağlı gözdə allergiya hallar

Göz üçün eynək seçimi

Eynək, aksesuar olaraq istifadə edilə biləcəyi kimi ehtiyac olaraq da istifadə edilə bilər. Göz.az xəbər verir ki, uzaq və ya yaxın görməsində problem olan şəxslər və ya ancaq bəzək məqsədilə bu məhsulu istifadə edənlər günümüzd

Göz daşı əlamətləri

Vücudda daş ancaq böyrəkdə və ya öd kisəsində yaranmır. Gözlərdə yaranan yanma, batma və ya qaşıntının səbəbi gözdəki daş ola bilər. Göz.az xəbər verir ki, hər 10 şəxsdən birində görülən göz daşı, siqaret, spirtli içki istifadəsi

Göz üçün vitaminlər

Müasir həyat tərzi, qidalanma vərdişləri və artan digital ekran istifadəsi, göz sağlamlığına mənfi təsir göstərə bilər. Doğru qidalar və vitaminlərlə göz sağlamlığını dəstəkləmək mümkündür. Göz.az xəbər verir ki, sağlam gözlər

Göz yaralanması nədir?

Göz yaralanmaları arasında deşilmələr, yanıqlar və xətlər yer alır. Bunlar travmatik qəzalardan, kimyəvi maddələrə məruz qalmaqdan və ya gözə yad cismin qaçmasından qaynaqlana bilər. Göz.az xəbər verir ki, bir göz yaralanmas

Göz müayinəsinin qiyməti

Göz müayinəsi kiçikdən böyüyə hər kəsin müraciət etməli olduğu yoxlanışdır. Göz.az xəbər verir ki, göz müayinəsi 20 dəqiqə kimi davam edir. Müayinə nəticəsində torlu qişada problem aşkar edilərsə gözə damcı tökülərək gö

Göz səyirməsi nədir?

Göz səyirməsi, nəzarət edilə bilməyən göz əzələsi ya da göz qapağının anidən hərəkəti olaraq bilinir. Göz.az xəbər verir ki, tibbi adı miyokimi olan göz səyirməsində, qapaq bir neçə saniyədən bir hərəkət edə bilər. Bu vəziyyə

Göz qaşınmasının səbəbləri

Gündəlik işlər zamanı insanı narahat edən problemlərdən biri də gözlərin qaşınmasıdır. Bundan bir çox insan əziyyət çəkir. Göz qaşıntısının altında bir neçə faktorlar və xəstəliklər yata bilir. Göz qaşıntısının əsas faktor