Göz səyirməsi nədir?

Göz səyirməsi nədir?Göz səyirməsi, nəzarət edilə bilməyən göz əzələsi ya da göz qapağının anidən hərəkəti olaraq bilinir.

Göz.az xəbər verir ki, tibbi adı miyokimi olan göz səyirməsində, qapaq bir neçə saniyədən bir hərəkət edə bilər. Bu vəziyyət göz xəstəlikləri ya da nevroloji bir pozğunluğun əlaməti olaraq ortaya çıxa bilir. Gözdə yüngül çəkilmə kimi simptomları olan göz səyirməsi, bir neçə həftədən uzun çəkdiyi vəziyyətdə göz həkiminə getmək gərəklidir.

Göz səyirməsi nədir?

Tibbi adı miyokimi olaraq bilinən göz səyirməsi geniş olaraq yayılıb.Yuxusuzluq və gün ərzində həddindən çox göz yorğunluğu yaşanması nəticəsində göz qapağı əzələlərinin anidən təkrarlayan səyirməsinə deyilir.

Stress, artıq kafein istifadəsi, elektrolit, vitamin və mineral əksiklikləri də göz səyirməsinin səbəblərindəndir.

Göz səyirməsi bir neçə saniyə çəkdiyi kimi və ya iki dəqiqə ərzində də davam edə bilər. Adətən göz səyirməsi yüngül olur, başqaları tərəfindən fərq edilməyəcək dərəcədə sürətlə səyirə bilər və göz səyirməsi göz qapağında yüngül çəkilmə hissiyyatı verir.
Göz səyirməsi nədir?Göz seyirmesi nə üçün olur?

Göz səyirməsi, adətən gözün yorulmasına səbəb olan uzun müddət ekrana baxma, yuxusuzluq, göz quruluğu, stress, artıq kafein istifadəsi, elektrolitlər, B12 vitamini, D vitamini və ya maqnezium əksikliyi və bəzi dərmanların istifadəsi nəticəsində ortaya çıxan əzələ gərginləşməsidir. Ani və qısa müddətli spazmalar səbəbiylə ortaya çıxan göz səyirməsi, beyinin motorika sinirlərindən də qaynaqlana bilər.

Göz səyirməsinə səbəb olan vəziyyətlər bu formadadır:

Parlaq işıq, külək, hava kirliliyinə məruz qalma

Həddindən çox spirtli içki qəbulu

Göz yorğunluğu

Həddindən çox kafein qəbulu

Yorğunluq

Siqaret çəlmək

Stresə məruz qalmaq

Maqnezium əksikliyi

B12 vitamini və D vitamini əksikliyi

Göz səyirməsinə səbəb ola biləcək beyin və sinir sistemi pozğunluqları hansılardır?

Servikal distoni

Distoni

Multipl Skleroz

Parkinson

Tourette sindromu

Sol göz səyirməsinin sebebi:

Beyinin motorika sinirləri

Yuxusuzluq

Göz quruluğu

Stress

Vitamin əksikliyi

Sağ göz səyirməsinin səbəbləri:

İşığa qarşı həssaslıq

Göz quruluğu

Göz zədələnməsi

Tez-tez kafeindən istifadə

Xroniki dərman istifadəsinə görə dərman istifadəsi

Göz səyirməsinin diaqnozu necə qoyulur?

Həkim pasiyent haqqında anamnez toplayır. Daxili göz quruluşu müayinə edilir. Digər yaratdığı əlamətlər də öyrənildikdən sonra oftalmoloq diaqnoz qoyur.

Yüngül seyr edilən göz səyirməsi üçün bunlar edilə bilər:

Göz səyirməsi nədir?Spirtli içki istifadəsi azaldılmalı

Yuxu rejimi tənzimlənməli

Gərəkdiyi zaman günəş eynəyindən istifadə edilməlidir

Mütəmadi olaraq göz damlası istifadə edilməlidir.

B və ya B12 vitaminli qidalar qəbul edilməli

Uzun müddət kompüter, televiziyaya baxılmamalıdır.

Həkimə nə zaman müraciət edilməlidir?

Göz səyirməsinin ən gec bir həftə içində keçmədiyi vəziyyətlərdə

Göz qapağının hər səyirmədə tamamilə qapandığı vəziyyətlərdə göz qapağını açmaqda çətinliyin olması

Gözdə qızarıqlıq, şişlik, axıntının gəlməsi.


GOZ.AZ
Göz Məlumatları       Tarix: 09 sentyabr 2024

Oxşar xəbərlər

Sulfasil göz damlası

Sulfasil damlasının tərkibi:. Natrium sulfasetamid. Köməkçi maddələr:. Natrium tiosulfat, 1 M xlorid turşusu məhlulu (pH 8,0-ə qədər), inyeksiya üçün su. İstifadə sahəsi:. Oftalmologiyada istifafə edilir. Antibakterial madd

Göz allergiyası

Son zamanlarda göz problemləri geniş vüsət alıb. Bu halların birdən çox səbəbi ola bilər. Əksər göz xəstəliklərində isə əlamətlər bənzər olur. Göz.az xəbər verir ki, mövsüm dəyişkənlikləri ilə bağlı gözdə allergiya hallar

Göz üçün eynək seçimi

Eynək, aksesuar olaraq istifadə edilə biləcəyi kimi ehtiyac olaraq da istifadə edilə bilər. Göz.az xəbər verir ki, uzaq və ya yaxın görməsində problem olan şəxslər və ya ancaq bəzək məqsədilə bu məhsulu istifadə edənlər günümüzd

Göz daşı əlamətləri

Vücudda daş ancaq böyrəkdə və ya öd kisəsində yaranmır. Gözlərdə yaranan yanma, batma və ya qaşıntının səbəbi gözdəki daş ola bilər. Göz.az xəbər verir ki, hər 10 şəxsdən birində görülən göz daşı, siqaret, spirtli içki istifadəsi

Göz üçün vitaminlər

Müasir həyat tərzi, qidalanma vərdişləri və artan digital ekran istifadəsi, göz sağlamlığına mənfi təsir göstərə bilər. Doğru qidalar və vitaminlərlə göz sağlamlığını dəstəkləmək mümkündür. Göz.az xəbər verir ki, sağlam gözlər

Göz yaralanması nədir?

Göz yaralanmaları arasında deşilmələr, yanıqlar və xətlər yer alır. Bunlar travmatik qəzalardan, kimyəvi maddələrə məruz qalmaqdan və ya gözə yad cismin qaçmasından qaynaqlana bilər. Göz.az xəbər verir ki, bir göz yaralanmas

Göz müayinəsinin qiyməti

Göz müayinəsi kiçikdən böyüyə hər kəsin müraciət etməli olduğu yoxlanışdır. Göz.az xəbər verir ki, göz müayinəsi 20 dəqiqə kimi davam edir. Müayinə nəticəsində torlu qişada problem aşkar edilərsə gözə damcı tökülərək gö

Göz səyirməsi nədir?

Göz səyirməsi, nəzarət edilə bilməyən göz əzələsi ya da göz qapağının anidən hərəkəti olaraq bilinir. Göz.az xəbər verir ki, tibbi adı miyokimi olan göz səyirməsində, qapaq bir neçə saniyədən bir hərəkət edə bilər. Bu vəziyyə

Göz qaşınmasının səbəbləri

Gündəlik işlər zamanı insanı narahat edən problemlərdən biri də gözlərin qaşınmasıdır. Bundan bir çox insan əziyyət çəkir. Göz qaşıntısının altında bir neçə faktorlar və xəstəliklər yata bilir. Göz qaşıntısının əsas faktor