Göz müayinəsinin qiyməti

Göz müayinəsinin qiymətiGöz müayinəsi kiçikdən böyüyə hər kəsin müraciət etməli olduğu yoxlanışdır.

Göz.az xəbər verir ki, göz müayinəsi 20 dəqiqə kimi davam edir. Müayinə nəticəsində torlu qişada problem aşkar edilərsə gözə damcı tökülərək göz bəbəyi böyüdülür və göz sinirlərinə daha yaxşı yoxlanış aparılır. Bu zaman müayinə müddəti daha da uzana bilər.

Bəs göz müayinəsinin mərhələləri hansılardır?

Ümumi göz müayinəsi

Göz dibinin yoxlanışı

Eynək müayinəsi

Görmə itiliyinin yoxlanışı

Göz qapaqlarının yoxlanışı

Göz təzyiqinin yoxlanışı

Biomikroskopik müayinə

Biometriya - Ön kameranın dərinliyini, büllurun qalınlığını, şüşəyəbənzər cismin ölçüsü və bütövlükdə göz ölçüsünün müəyyənləşdirməsi nəzərdə tutulur.
Göz müayinəsinin qiymətiGöz müayinəsi nə zaman aparılmalıdır?

Damcı tədbiqi ilə detallı göz müayinəsi ilə əldə etdiyiniz nəticələr uzun müddətlli göz sağlamlığınızın qorunması üçün həyati əhəmiyyət kəsb edir.

Pediatrik xəstələr üçün göz müayinəsi böyüklərdən daha tez-tez keçirilməlidir. 0 - 36 ayında, 36 - 48 ayında və məktəb dövründə ildə bir dəfə keçirilməlidir.

Erkən diaqnozla göz problemlərini aşkar etmək və müalicə etmək mümkündür.

Qeyd edək ki, hər göz müayinəsi fərdi formada aparıla bilər və şikayət əsasında davam etdirilə bilər.
Göz müayinəsinin qiymətiOftalmologiyada diaqnostika yüksək dəqiqlik və yaxşı avadanlıq təchizatını tələb edir. Göz qapağının ümumi müayinəsi üçün xüsusi işıqlandırıcı olan mikroskop - yarıq lampa və göz dibinin müayinəsi üçün bir neçə oftalmoskop növü (birbaşa və tərs formada) lazımdır.

Müayinə əsnasında gözün görmə səviyyəsini yoxlamaq məqsədilə hərf, rəqəm, şəkillər göstərilir. Buna əsasən zəifliyin dərəcəsi öyrənilərək gözə uyğun optik eynək təyin edilir. Həmçinin çox zəif gözlərdə pasiyentin əməliyyat üçün uyğun olub-olmadığı deyilir.

Ümumi göz müayinəsinin qiyməti

Bu həkimə, xəstəxanaya görə fərqlilik daşıyır. Ümumi həkim müayinə qiyməti isə 20 manatdan başlayır.


GOZ.AZ
Göz Məlumatları       Tarix: 01 oktyabr 2024

Oxşar xəbərlər

Uşaq göz xəstəlikləri

Uşaqlarda göz xəstəlikləri son zamanlar geniş formada vüsət alıb. Göz.az xəbər verir ki, göz xəstəlikləri müxtəlif faktorlardan qaynaqlana bilər. Bəs ən çox görülən uşaq göz xəstəlikləri hansılardır?. Gözdə qanaxma – Körpələrd

Göz səyirməsi nədir?

Göz səyirməsi, nəzarət edilə bilməyən göz əzələsi ya da göz qapağının anidən hərəkəti olaraq bilinir. Göz.az xəbər verir ki, tibbi adı miyokimi olan göz səyirməsində, qapaq bir neçə saniyədən bir hərəkət edə bilər. Bu vəziyyə

Göz üçün vitaminlər

Müasir həyat tərzi, qidalanma vərdişləri və artan digital ekran istifadəsi, göz sağlamlığına mənfi təsir göstərə bilər. Doğru qidalar və vitaminlərlə göz sağlamlığını dəstəkləmək mümkündür. Göz.az xəbər verir ki, sağlam gözlər

Göz yorğunluğunun qarşısını alan vasitələr

Bir çox orqan kimi gözləri də yormamaq, yükləməmək lazımdır. Göz, insan orqanizmində yadda qalan nişan hesab edilir. Gözləri bir çox faktor yora bilər:. Gərgin iş rejimi. Monitora çox baxmaq. Xəstəliklər. İnfeksiylar. Gö

Kontakt linza istifadəsi

Linza taxma üsulu. Linzanı qabından çıxardın. Linzanın daxili səthinin xaricə dönməmiş olmasına diqqət edin, dönübsə düzəldin. (Kənarları yuxarı baxmalıdır). Sol orta barmağınızla göz qapağınızı qaşınıza doğru çəkin. Sa

Allergik konyuktivit bu problemə yol açır

Allergik konyuktivit gözaltı göyərmlərə səbəb ola bilər. Göz.az xəbər verir ki, quru və ilıq iqlimlərdə daha çox görülür. Allergiya gözaltı göyərmə kimi ciddi həssaslıqlar yaradır. Göz altı göyərmələri göz altndakı dəridək

Göz yaralanması nədir?

Göz yaralanmaları arasında deşilmələr, yanıqlar və xətlər yer alır. Bunlar travmatik qəzalardan, kimyəvi maddələrə məruz qalmaqdan və ya gözə yad cismin qaçmasından qaynaqlana bilər. Göz.az xəbər verir ki, bir göz yaralanmas

Göz qaralması nə üçün olur?

Göz qaralmasının bir çox növü ola bilər. Göz.az xəbər verir ki, gündəlik həyatda tez-tez qarşılaşılan, bəzən baş gicəllənməsi ilə birlikdə olan görmədə azalma vəziyyətinə, göz ətrafında tündləşməyə də göz qaralması deyil

Gözə çay kompresi etmək olarmı?

Göz müayinəsində göz həkimləri tez-tez "Gözümə çay kompresi etdim" ya da "Etsəm olar" deyə ifadələr eşidir. Bəs gözə çay kompresi faydalıdırmı?. Göz.az xəbər verir ki, elmi cəhətdən xüsusilə yaşıl çayı