Göz qaşınmasının səbəbləri

Göz qaşınmasının səbəbləriGündəlik işlər zamanı insanı narahat edən problemlərdən biri də gözlərin qaşınmasıdır. Bundan bir çox insan əziyyət çəkir. Göz qaşıntısının altında bir neçə faktorlar və xəstəliklər yata bilir. Göz qaşıntısının əsas faktoru gözdə meydana gələn allergiyalardır. Belə ki, allergiyalar adətən mövsüm keçişlərində yaşanmaqla birlikdə qaşıntı ilə yanaşı qızarıqlıq və gözdə şişmə meydana gətirir. Allergiyalarla yanaşı immun sisteminin düşməsi ilə əlaqədar olaraq qrip, soyuqdəymə, quru göz və yorğunluq da göz qaşıntısının səbəbləri arasında yer alır.

Göz.az xəbər verir ki, gözlərin qaşıntısının adətən ciddi səbəbi olmaz. Göz təmizliyi, göz damlaları və bəzi təbii üsullarla yaxşılaşmaq ehtimalı yüksəkdir.

Göz qaşıntısının yaranması

Göz qaşıntısının sebebi nədir?

Polen

Ev heyvan tükü kimi allergiyalar,

Toz və duman kimi narahatedici maddələr,

Lasyonlar kimi məhsullar və mövsümi dəyişikliklərdir. Əsas səbəb olan allergiyalarla yanaşı göz qaşıntısına səbəb olan vəziyyətlər qırmızı göz xəstəliyi, quru göz sindromu, blefarit, gözə girən bir sıra yad maddələrdir.

Gözdə allergiya yarandığı zaman avtomatik vücud buna reaksiya verir. Bu, vəziyyət gözdəki qan damarlarının genişlənməsinə və sinir uclarının zədələnməsi nəticəsində sulanmasına yol açır.

Ümumi olaraq göz qaşıntısı nə üçün olur?

Faktorları qeyd edirik:

Mövsümi allergiyalar

İnfeksiyalar

Qırmızı göz xəstəliyi

Quru göz sindromu

Makiyaj məhsulları

Kornea

Göz yorğunluğu

Blefarit

Xüsusilə bahar aylarında polenlərlə birlikdə ortaya çıxan mövsümi allergiyalar gözlərdə qaşıntıya səbəb olan vəziyyətlərin başında gəlir. Tək çarəsi allergenlərdən uzaq durmaqdır. Həmçinin antihistaminik dərmanlar bu müddətdə kömək edəcəkdir.

Qalıcı allergiyalar isə kif, toz, heyvan tükləridir. Həmçinin evdəki gigiyenik məhsullar, sabun və şampunlar da qalıcı allergiyaları ortaya çıxara bilər və bunlar göz qaşıntısına səbəbiyyət verir.
Göz qaşınmasının səbəbləriİnfeksiyalar – Göz qaşıntısına səbəb olan ən yayğın infeksiya növü konyuktivit olaraq bilinən çəhrayı gözdür. Bu sadəcə konyuktivanın və ya gözün daxili zərinin iltihablanması mənasına gəlir. Bu infeksiya hər yaşda ortaya çıxa bilər, ancaq adətən uşaqlarda görülür.

Göz qaşıntısı əlamətləri nələrdir?

Asqırma

Burun axıntısı

Gözdə yanma, qızarıqlıq, şişlik

Yaşıl və ya sarı irin və s.

Göz qaşıntısının keçməsi üçün istifadə ediləcək vasitələr:

Soyuq ya da isti kompres tətbiq etmək

Gözləri dincəltmək

Göz damlalarından istifadə etmək

Göz ətrafını təmiz tutmaq

Allergenlərdən uzaq durmaq

Antihistamin dərmanlar

Gözü qaşımamaq

Gözlərin qurumasının qarşısını almaq üçün nəmləndiricilərdən istifadə etmək.


GOZ.AZ
Göz Məlumatları       Tarix: 06 sentyabr 2024

Oxşar xəbərlər

Gözə çay kompresi etmək olarmı?

Göz müayinəsində göz həkimləri tez-tez "Gözümə çay kompresi etdim" ya da "Etsəm olar" deyə ifadələr eşidir. Bəs gözə çay kompresi faydalıdırmı?. Göz.az xəbər verir ki, elmi cəhətdən xüsusilə yaşıl çayı

Göz yaralanmaları

Bəzi göz yaralanmaları dərhal müdaxilə edilməzsə qalıcı zədə və görmə itkisi ilə nəticələnə bilər. Göz.az xəbər verir ki, bəsit bəzi yaralanmalarda isə sadəcə infeksiyasından qoruyucu damlalar yetərlidir. Göz yaralanmalar

Göz sulanmasının səbəbləri

Göz sulanması, yaşarmasının səbəbləri və müalicə üsulları. Göz.az xəbər verir ki, göz səthinin nəmlənməsi və göz içindəki, ətrafındakı toz və yad cismlərin atılması üçün mütəmadi göz yaşı istehsal edilir. Müxtəlif səbəblərl

Tetrasiklin göz mazı

Tetraskilin göz mazı nədir?. Tetrasiklin antibiotik hesab edilir. Göz.az xəbər verir ki, 1% Tetrasiklin məlhəmi infeksion lezyonlarda gözlərin müalicəsində istifadə edilir. Oftalmoloji problemlər zamanı istifadə edilir. Hans

Göz daşı əlamətləri

Vücudda daş ancaq böyrəkdə və ya öd kisəsində yaranmır. Gözlərdə yaranan yanma, batma və ya qaşıntının səbəbi gözdəki daş ola bilər. Göz.az xəbər verir ki, hər 10 şəxsdən birində görülən göz daşı, siqaret, spirtli içki istifadəsi

Uşaqlarda göz qızarması

Uşaqlarda göz qızarması nədir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Gözlərin qızarıq, sulanmış və qaşınmış görünməsinə bir çox səbəb ola bilər. İnfeksiyalar, allergiyalar, uzun müddətli ekran istifadəs

Göz üçün vitaminlər

Müasir həyat tərzi, qidalanma vərdişləri və artan digital ekran istifadəsi, göz sağlamlığına mənfi təsir göstərə bilər. Doğru qidalar və vitaminlərlə göz sağlamlığını dəstəkləmək mümkündür. Göz.az xəbər verir ki, sağlam gözlər

Göz yaralanması nədir?

Göz yaralanmaları arasında deşilmələr, yanıqlar və xətlər yer alır. Bunlar travmatik qəzalardan, kimyəvi maddələrə məruz qalmaqdan və ya gözə yad cismin qaçmasından qaynaqlana bilər. Göz.az xəbər verir ki, bir göz yaralanmas

Göz qapağının şişməsi

İnsanın hər orqanı kimi göz qapağı da olduqca böyük əhəmiyyətə sahibdir. Göz qapağı kirpik, göz yaşı vəzləri, tər vəzləri və yağ vəzlərindən yaranan dəri toxumasıdır. Göz.az xəbər verir ki, bu toxumalara təsir edən inflamatua