Göz yaralanmaları

Göz yaralanmalarıBəzi göz yaralanmaları dərhal müdaxilə edilməzsə qalıcı zədə və görmə itkisi ilə nəticələnə bilər.

Göz.az xəbər verir ki, bəsit bəzi yaralanmalarda isə sadəcə infeksiyasından qoruyucu damlalar yetərlidir.

Göz yaralanmaları nələrdir?

Başlıca göz travmaları:

Gözdə zədələnmə

Deşici yaralanmalar

Kimyəvi yanıqlar

Şişmələr

Qanaxmalar

Travmatik iritis

Gözdaxili qanaxmalar

İşıqlı ekran zərərləri.

Nələrə diqqət edilməlidir?
Göz yaralanmalarıZədələnmiş göz – Gözə dəyən cism və ya toz, qum kimi yad maddələrin göz içinə qaçması ilə yarana bilər. Metal əşyalarla edilən prosedurlar əsnasında sıçrayan metal parçası eyni zamanda isti olduğundan korneayı yandırar. Gözə dəyən yad cism korneaya və ya üst qapaq altına yapışar. Bu da gözdə batma, qızarıqlıq, işığa həssaslıq yaradar. Bu vəziyyətdə gözü qaşımaq, ovuşdurmaq, korneayı daha çox zədələyər. Göz içinə bir yad cismin qaçdığını düşünürsünüzsə göz bağlanılıb sürətlə göz həkiminə müraciət edilməlidir. Malicə edilməzsə infeksiya ciddi risk ola bilər və qalıcı göz itkisi ilə nəticələnə bilər.

Deşici gözdaxili yaralanmaları və ya gözdaxili yad cism

Bu tip yaralanmalar təcili cərrahi müdaxilə gərəkdirən vəziyyətlərdir. Xüsusillə deşici yaralanmalarda göz fiziologiyası sürətlə pozulur.

Xəstə bəzən gözünün deşildiyinin fərqində olmaz. Kiçik metal cism sıçrayıb sürətlə göz daxilinə girərsə, əgər linzaya toxunulmayıbsa və artıq qanaxma olmayıbsa ilk mərhələdə görmə pozula bilər və ağrı olmaya bilər. Xüsusilə dəmir kimi metallar göz daxilində 2-3 gün ərzində çox sürətlə toksik reaksiya yarada bilərlər və korluğa qədər gedən geri dönüşü olmayan zərər yarada bilərlər. Bəzən metal cism korneaya dəyər, ancaq gözü düşməz. Bu vəziyyətdə qalıcı kornea ləkəsi buraxmaması üçün yad cism sürətlə çaxarılmalıdır.

Kimyəvi travmalar

– Bu tip yaralanmaların əlamətləri arasında batma hissi, şiddətli ağrı, qızarıqlıq, görmədə azalma, konyuktivit, işıq həssaslığı, axıntı, yad cism hissi kimi əlamətlər olur.
Göz yaralanmaları

Gözdə qanaxma

– Adətən görüntü olaraq xəstələri qorxudan, ancaq əksər zaman müalicəsi ilə gərəkdirməyən gözün ən bəsit və təhlükəsiz travmalarıdır. Bu bir damar çatlaması nəticəsi ortaya çıxar. Adətən 10 gün ərzində özlüyündən düzəlir. Təkrarlayan qanaxmalarda xəstədə bir qan xəstəliyi, yüksək təzyiq, diabet cəhətdən araşdırılmalıdır.

Travmatik iritis

– İris gözün rəngli qisminə verilən addır. Travma sonrası bu hissədə yırtıq, insult və ya mikrobik olmayan bir inflamasiya ola bilər. Bu bəzən qalıcı zədə ilə nəticələnə bilər.

Ekranlı cihaz travması

– Günümüzdə ən vacib göz travmalarından birinin səbəbi də kompüterlərdir. Kompüter və mobil telefonları məktəb uşaqlarının, hətta məktəb öncəsi dövründəki uşaqların ayrılmaz parçası oldu.

Aparılan araşdırmalar, kompüter istifadəsinin, məktəb öncəsi uşaqlarda irəlidə məktəb dövründəki uğuru artırdığını göstərir. Ancaq bu mövzuda həddindən çoxunu etmək başqa problemləri də özü ilə bərabərində gətirir. Bu səbəbdən uzun müddət şüalara məruz qalmaq tövsiyə edilmir.

Miopiya riski necə azaldılmalı?

Uşaqlarda miopiya yaranmasında ən vacib faktor hansıdır?

Bəzi araşdırmalar uşaqlıqda gözü məcbur etmənin xüsusilə kompüter istifadəsinin miopiyanı sürətləndirdiyini göstərməkdədir. Kompüter arxasında oturulan zaman tez-tez ara vermək lazımdır. Hər 20 dəqiqədə bir uzaqlara doğru ən az 10 saniyə baxıb sonra istifadə davam edilməlidir. Bu, göz əzələlərini dincəldir.


GOZ.AZ
Göz Məlumatları       Tarix: 14 sentyabr 2024

Oxşar xəbərlər

Göz yorğunluğunun qarşısını alan vasitələr

Bir çox orqan kimi gözləri də yormamaq, yükləməmək lazımdır. Göz, insan orqanizmində yadda qalan nişan hesab edilir. Gözləri bir çox faktor yora bilər:. Gərgin iş rejimi. Monitora çox baxmaq. Xəstəliklər. İnfeksiylar. Gö

Sulfasil göz damlası

Sulfasil damlasının tərkibi:. Natrium sulfasetamid. Köməkçi maddələr:. Natrium tiosulfat, 1 M xlorid turşusu məhlulu (pH 8,0-ə qədər), inyeksiya üçün su. İstifadə sahəsi:. Oftalmologiyada istifafə edilir. Antibakterial madd

Romatek göz damcısı

Romatek göz damlasının tərkibi:. Tobramisin, Deksametazon. Təsviri:. Tərkibində yüngül çalxalanma zamanı sürətlə həll olan çöküntüsü olan ağ və ya demək olar ki, ağ rəngli suspenziyadır. Tərkib göstəricisi:. Tobramisin

Göz üçün eynək seçimi

Eynək, aksesuar olaraq istifadə edilə biləcəyi kimi ehtiyac olaraq da istifadə edilə bilər. Göz.az xəbər verir ki, uzaq və ya yaxın görməsində problem olan şəxslər və ya ancaq bəzək məqsədilə bu məhsulu istifadə edənlər günümüzd

Gözə çay kompresi etmək olarmı?

Göz müayinəsində göz həkimləri tez-tez "Gözümə çay kompresi etdim" ya da "Etsəm olar" deyə ifadələr eşidir. Bəs gözə çay kompresi faydalıdırmı?. Göz.az xəbər verir ki, elmi cəhətdən xüsusilə yaşıl çayı

Göz ağrısının səbəbləri

Göz ağrısı bir çox göz probleminə bağlı olaraq ortaya çıxa bilən şikayətdir. Göz.az xəbər verir ki, göz ağrısı bəzən ciddi göz problemlərinin əlaməti ola bilər. Göz ağrısının sebebleri nələrdir?. Çox yüksək göz təzyiqi. Skleri

Gözün quruluşu, anatomiyası

Göz anatomiyası. Göz, işığı qəbul edən və beyinə görmə siqnalları göndərən qarışıq bir orqan olaraq, insan vücudunun ən əhəmiyyətli hissiyyat orqanlarından biridir. İnsan gözünün anatomiyası, rəng və şəkil kimi detallar

Göz qaşınmasının səbəbləri

Gündəlik işlər zamanı insanı narahat edən problemlərdən biri də gözlərin qaşınmasıdır. Bundan bir çox insan əziyyət çəkir. Göz qaşıntısının altında bir neçə faktorlar və xəstəliklər yata bilir. Göz qaşıntısının əsas faktor

Gözdə itdirsəyi niyə çıxır?

Gözdə itdirsəyi geniş yayılmış göz problemlərindən biridir. Göz.az xəbər verir ki, Herpes Simplex adı verilən bir virusun təsir göstərdiyi infeksiyadır. Təkrarlayan sızaqlara səbəb olur. Tez-tez dodaq, gözlər və genital orqanlar

doktorinfo
doktorinfo