Göz allergiyası

Göz allergiyasıSon zamanlarda göz problemləri geniş vüsət alıb. Bu halların birdən çox səbəbi ola bilər. Əksər göz xəstəliklərində isə əlamətlər bənzər olur.

Göz.az xəbər verir ki, mövsüm dəyişkənlikləri ilə bağlı gözdə allergiya halları tez-tez müşahidə edilir. Gözlərdə sulanma, qaşıntı, qızartı varsa bu allergiyanın simptomları hesab edilə bilər. Bütün bədənin allergiyası kimi gözün də allergiyası var.

Göz allergiyasını yaradan faktorlar hansılardır?

Bir çox istifadə edilən əşya, vasitələr allergiyaya zəmin yarada bilər:

Məişət tozları

Polenlər

Heyvan tükləri

Yorğan və yastıq içlikləri və s.

Günəşə baxarkən gözdə yaranan allergiya da vardır.

Göz allergiyasının əlamətləri:

Qaşınma

Sulanma

Qızartı

Göz allergiyasıBatma hissi və s.

Göz allergiyası bəzən digər göz xəstəlikləri ilə qarışıq salınır. Bu zaman əlavə laborator testlərdən istifadə edilməlidir. Buna əsasən müalicə tərtib edilir.

Göz allergiyasının müalicəsi necə aparılır?

İlk olaraq təsir göstərən allergen tapılır. Daha sonra buna uyğun müalicə planı tərtib edilir. Müalicədə allergiya əleyhinə damlalardan istifadə edilir.

Göz allergiyasından əziyyət çəkənlər nə etməlidirlər?

Günəş eynəyi geyinməli

Günəşə birbaşa baxılmamalı

Kondisionerlərin filterlərini tez-tez dəyişdirməli

Sərin su ilə kompres edilməli.

Süni göz damcılarından istifadə edilməlidir.

Göz allergiyası üçün bir neçə qrup damlalar vardır:
Göz allergiyasıKəskin allergiyanı götürən damla,

Xroniki allergiyanı aradan qaldıran damla

Xroniki prosesi götürmək üçün bəzən bu damlalar tövsiyə edilir.

Həmçinin kortikosteroid, iltihab əleyhinə qeyri-steroid vasitələr təyin edilə bilər - onlar iltihabı müalicə edir, şişləri azaldır.

Allergiya nə üçün gözə zərər vura bilir?

Buna səbəb gözlərin allergenlərə qarı daha həssas olmasıdır. Allergenlərin böyük hissəsi havada olduğundan onlar gözlərin səthi və burunla asanlıqla təmasa girir. Əksər hallarda allergik reaksiyalar maddələrin bilavasitə göz qapağı və ya gözün səthi ilə təmasından ortaya çıxır.

Maz və damcı şəklində olan kortikosteroidlər bir qayda olaraq, xroniki proseslərdə əlavə terapiya kimi təyin edilir.
Qeyd edək ki, iltihab əleyhinə olan qeyri-steroid vasitələr ağır konyunktivitlərin, uveitlərin, bahar keratokonyunktivitlərinin kompleks müalicəsində geniş formada tətbiq olunur.


GOZ.AZ
Göz Məlumatları       Tarix: 27 sentyabr 2024

Oxşar xəbərlər

Sulfasil göz damlası

Sulfasil damlasının tərkibi:. Natrium sulfasetamid. Köməkçi maddələr:. Natrium tiosulfat, 1 M xlorid turşusu məhlulu (pH 8,0-ə qədər), inyeksiya üçün su. İstifadə sahəsi:. Oftalmologiyada istifafə edilir. Antibakterial madd

Göz allergiyası

Son zamanlarda göz problemləri geniş vüsət alıb. Bu halların birdən çox səbəbi ola bilər. Əksər göz xəstəliklərində isə əlamətlər bənzər olur. Göz.az xəbər verir ki, mövsüm dəyişkənlikləri ilə bağlı gözdə allergiya hallar

Göz üçün eynək seçimi

Eynək, aksesuar olaraq istifadə edilə biləcəyi kimi ehtiyac olaraq da istifadə edilə bilər. Göz.az xəbər verir ki, uzaq və ya yaxın görməsində problem olan şəxslər və ya ancaq bəzək məqsədilə bu məhsulu istifadə edənlər günümüzd

Göz daşı əlamətləri

Vücudda daş ancaq böyrəkdə və ya öd kisəsində yaranmır. Gözlərdə yaranan yanma, batma və ya qaşıntının səbəbi gözdəki daş ola bilər. Göz.az xəbər verir ki, hər 10 şəxsdən birində görülən göz daşı, siqaret, spirtli içki istifadəsi

Göz üçün vitaminlər

Müasir həyat tərzi, qidalanma vərdişləri və artan digital ekran istifadəsi, göz sağlamlığına mənfi təsir göstərə bilər. Doğru qidalar və vitaminlərlə göz sağlamlığını dəstəkləmək mümkündür. Göz.az xəbər verir ki, sağlam gözlər

Göz yaralanması nədir?

Göz yaralanmaları arasında deşilmələr, yanıqlar və xətlər yer alır. Bunlar travmatik qəzalardan, kimyəvi maddələrə məruz qalmaqdan və ya gözə yad cismin qaçmasından qaynaqlana bilər. Göz.az xəbər verir ki, bir göz yaralanmas

Göz müayinəsinin qiyməti

Göz müayinəsi kiçikdən böyüyə hər kəsin müraciət etməli olduğu yoxlanışdır. Göz.az xəbər verir ki, göz müayinəsi 20 dəqiqə kimi davam edir. Müayinə nəticəsində torlu qişada problem aşkar edilərsə gözə damcı tökülərək gö

Göz səyirməsi nədir?

Göz səyirməsi, nəzarət edilə bilməyən göz əzələsi ya da göz qapağının anidən hərəkəti olaraq bilinir. Göz.az xəbər verir ki, tibbi adı miyokimi olan göz səyirməsində, qapaq bir neçə saniyədən bir hərəkət edə bilər. Bu vəziyyə

Göz qaşınmasının səbəbləri

Gündəlik işlər zamanı insanı narahat edən problemlərdən biri də gözlərin qaşınmasıdır. Bundan bir çox insan əziyyət çəkir. Göz qaşıntısının altında bir neçə faktorlar və xəstəliklər yata bilir. Göz qaşıntısının əsas faktor