Üveit xəstəliyi nədir?

Üveit xəstəliyi nədir?Üveit, göz kürəsi qabığının orta təbəqəsi olan və damardan zəngin olan uvea toxumasının iltihabıdır.

Göz.az xəbər verir ki, üveitlərin gözdə olduğu yerə bağlı dəyişik adlarla adlandırılır. Əgər uveanın ön qismi olan iris və ön kamera tutuldusa buna iritis və ya ön üveit deyilir. Üveitlərin 90%-i ön qismini tutar. Uveanın orta qisminin tutulmasına siklit deyilir.

Uveanın arxa hissəsinin xəstələnməsinə koroidit deyilir. Bəzi vəziyyətlərdə bütün uvea təsirlənir və buna panüveit adı verilir. Xəstənin 80%-də iki gözü də tutar. Üveit gizli və xroniki xəstəlikdir.

Üveit ciddi bir xəstəlikdir, müalicə edilmədiyində gözdə ciddi zədələnməyə və korluğa səbəb olur.

ABŞ-dakı korluğun 10%-nin səbəbi üveitdir. Doğru və erkən müalicə başlamışsa xəstəliyin gedişatı adətən yaxşıdır. Ancaq katarakta, qloukoma, band keratopatisi və retina ödəmi kimi ciddi problemlərə səbəb ola bilir. Erkən diaqnoz və müalicə əhəmiyyətlidir. Əgər şəxsin gözündə qızarıqlıq, ağrı və işığa qarşı həssaslıq olarsa mütləq oftalmoloqa müraciət edilməlidir. Bu şikayətlərin altından üveit çıxma ehtimalı vardır.
Üveit xəstəliyi nədir?Xəstələrin çox və yaxşı izlənməsi çox əhəmiyyətlidir, çünki bəzi əhəmiyyətli əlamətlər izlənmə sırasında ortaya çıxa bilər. Xəstələrin bir çoxunda üveitin səbəbi ola bilməz. Üveitlər viruslar, göbələklər, parazitlər kimi infeksiya agentliklərinə bağlı ola biləcəyi kimi otoimmun kökənli bağ toxuması xəstəliyinin gözdəki tutulumu olaraq ortaya çıxa bilər. Buna misal olaraq Behçet xəstəliyi və bəzi oynaq xəstəliklərini göstərmək olar. Arxa-arxaya keçirilmiş göz əməliyyatları və ya göz travmaları da üveit səbəbləri arasındadır. Gözdə ağrı ilə bərabər qızarıqlıq formasında anidən ortaya çıxa bilər. İşığa qarşı həssaslıq yaranar, görmədə uçuşlar görünə bilər. Xəstəliyin aktiv olduğu alovlanma müddəti tətbiq edilən müalicələrlə və ya bəzən özlüyündən keçər və xəstəlik ikinci bir krizə qədər səssiz bir müddətə keçər.

Üveit diaqnozu üçün göz müayinəsi gərəklidir. Gizli xəstəlik olan üveit bəzi vəziyyətlərdə heç əlamət vermədən ancaq müayinədə təsdiqlənir.

Tam əhatəli göz müayinəsi xaricində bəzən göz dibi fundus anjiyosuna gərək duyulur. Sistemik xəstəliyi ortaya çıxarmaq üçün daxiliyyə mütəxəssislərinin konsultasiyası, müxtəlif növ qan analizlərinə və bəzi radioloji araşdırmalarına gərək duyulur.
Üveit xəstəliyi nədir?Dəqiq müalicəsi yoxdur. Xəstəlik hər xəstədə dəyişik klinik xəritə göstərdiyi kimi eyni şəxsdə alovlanmanın şiddətinə görə də fərqli müalicələr gərəkdirir.

Medikal müalicədə məqsəd iltihabi reaksiyanı azaltmaq, xəstəni rahatlamaq, görməyi qorumaq və görmə itkisinə səbəb ola biləcək fəsadlara maneə olmaqdır.

Dərman müalicəsində ən geniş yayılmış vasitə steroidlərdir. Bunlar göz damlası və ya oral tablet formasında verilir.

Bundan əlavə bir sıra əlavə dərmanlardan da şiddətli üveit zamanı istifadə edilə bilər. Səbəbi olaraq infeksiyadan şübhələnilirsə mikroorqanizmləri yox etmək istiqamətində dərmanlar tətbiq edilə bilər. Əgər üveitlə birlikdə qlaukoma və katarakta diaqnozu qoyulmuşsa gərəkdiyində müdaxilə edilməlidir.


GOZ.AZ
Göz Xəstəlikləri       Tarix: 29 sentyabr 2024

Oxşar xəbərlər

Göz təzyiqi, Qlaukoma xəstəliyi

Göz təzyiqi adlandırılan qlaukoma, göziçi təzyiqinin yüksəlməsi nəticəsində yaranan göz siniri zədələnməsi fonunda xarakterizə edilir. Erkən aşkarlanıb müalicə edilmədiyi vəziyyətdə qalıcı görmə itkisinə yol açan göz xəstəliyidir

Göz qapağı iltihabı, blefarit nədir?

Göz qapaqları, gözlərin üzərini örtən və yad maddələrin girişinə, qurumağa, yaralanmalara qarşı gözləri qoruyan dəri zədələnməsidir. Göz.az xəbər verir ki, bu qapaqlar, kənar qismlərində yer alan incə və qıvrım tüklərdə

Çəpgözlük nədir?

Çəplik xalq arasında da bilinən adıyla hər iki gözün paralelliyinin pozulmasıdır. Bir göz qarşıya baxarkən digər göz fərqli istiqamətlərə baxa bilər. Erkən müalicə əhəmiyyətlidir. Ceplik nedir?. Göz.az xəbər verir ki, bi

Göz soyuqdəyməsi

Göz kürəsi 2,5 sm miqyasında kürə formasında kiçik bir orqan olmasına baxmayaraq görmə kimi çox əhəmiyyətli bir hissiyyat funksiyasını yerinə gətirir. Göz.az xəbər verir ki, gözün vücudumuzda eyni ilə şəkil çəkən aparat kim

Göz qripinin əlamətləri

Gözlərin çəhrayı və qırmızıya bənzər rəngə bürünməsi ilə ortaya çıxan göz qripi, göz qapağı və göz kürəsini əhatə edən şəffaf zər olan konyuktivitın iltihablanması vəziyyətidir. Göz.az xəbər verir ki, allergiyalar və ya bakteria

Gözün qanlanması, qan damarlarının partlaması nədir?

Bilinən tibbi adıyla subkonjonktival hemoraji xalq arasında gözə qan gəlməsi olaraq adlandırılır. Göz.az xəbər verir ki, gözə qan gəlməsi gözün bəyaz qismində yer alan incə damarlardan hansısa birinin yırtılması və içind

Kornea xəstəlikləri

Kornea 5 ayrı təbəqədən yaranır. Ən üstdəki təbəqə 24-48 saat içində özünü yeniləyən bir toxumadır. Kornea, quruluşunda bir çox sinir lifi olduğundan xarici faktorlara qarş çox həssasdır. Kornea xəstəlikləri nələrdir?. Korne

Uşaqlarda göz sulanması

Uşaqlarda göz sulanması adətən, gözə yad bir cism qaçması ilə olur. Onun xaricində, göz qapaqlarındakı pozğunluqlar, göz təzyiqi xəstəliyi, gözdə cızılma və göz yaşı kanalı tıxanıqlığı da sulanma əlaməti ilə özünü göstərir

Diabetik retinopatiya

Diabet (şəkər xəstəliyi) olan şəxslərdə diabetin fəsadı olaraq ortaya çıxa biləcək olan göz problemlərinə diabetik göz xəstəliyi deyilir. Diabetik göz xəstəliyində görülə biləcək problemlər:. Diabetik retinopatiya: Retin