Kornea xəstəlikləri

Kornea xəstəlikləriKornea 5 ayrı təbəqədən yaranır. Ən üstdəki təbəqə 24-48 saat içində özünü yeniləyən bir toxumadır. Kornea, quruluşunda bir çox sinir lifi olduğundan xarici faktorlara qarş çox həssasdır.

Kornea xəstəlikləri nələrdir?

Kornea nədir?

Göz.az xəbər verir ki, gözün ən ön qismində yer alan, işığı cəmləşdirmək və gözü xarici faktorlardan qorumaq üçün xüsusiləşmiş toxumadır. Saat şüşəsinə bənzəyir. Qarşıdan baxıldığı zaman hiss edilməz, xaricdən baxıldığında gözün iris təbəqəsi və gözün ortasındakı açıqlıq göz bəbəyi görünür. Kornea və linza xarici ortamdan gələn işığın təsirli bir formada görmə hüceyrələrinin olduğu retinaya cəmləşməsini təmin edir. Korneanın qırıcılıq gücü dəyişkən deyildir, buna qarşılıq linzanın qırıcılıq gücü dəyişkəndir və müəyyən məsafələrdəki əşyaların retinaya düşməsi üçün cəmləşməni yerinə yetirər. Kornea, görüntünün dəqiq formada gözdaxilinə çatdırılması üçün şəffaf olmalıdır. Bu səbəblə quruluşunda qan damarları olmaz.

Korneanın oksigenləşməsini və qidalanmasını xaricdə göz yaşı istehsalını təmin edir. Kornea quruluşunda bir çox sinir lifi olduğundan xarici faktorlara qarşı çox həssasdır. Sinir lifləri, göz qırpma refleksi və dəstəkləyici xüsusiyyətləri ilə korneanın sağlamlığını qoruyur və davamını təmin edir. Kornea çox narin bir quruluş kimi görünür, ancaq bir dırnaq qədər sərtdir, çünki quruluşu bir dırnaq quruluşunun bənzəridir. Ancaq toxumaya qarşı çox həssasdır.

Kornea 5 ayrı təbəqədən yaranır. Ən üstdəki təbəqə 24-48 saat ərzində özünü yeniləyən toxumadır. Kornea gözün ən önündə mövcud olan toxuma olduğu və göz xaricə açıq bir orqan olduğu üçün travmalardan ilk təsirlənən toxuma korneadır.

Əksər göz yaralanmaları ya da infeksiyaları korneanın bu üst təbəqəsinə təsir göstərdiyi və bu təbəqə özünü yeniləmə bacarığına sahib olduğu üçün kornea təkrar əvvəlki halına çevrilə bilər. Ancaq yaralanma ya da hansısa bir kornea infeksiyası daha altdakı təbəqələrə də təsir göstərmişsə sağalma gözün önündə ləkə buraxaraq olur və şəffaf olan korneanın şəffaflığı pozulduğu üçün görüntü də pozulur, bulanıqlaşır. Çünki ən üst təbəqə xaricində digər 4 təbəqənin tam olaraq özünü yeniləmə bacarığı yoxdur və xəstəliklər iz buraxaraq sağalır.

Kornea xəstəliklərinin elametleri:

Ağrı

Sulanma

Qızarıqlıq

İşıq həssaslığı

Bulanıq görmə.

Kornea infeksiyaları

Bakterial, vital

Göbələk infeksiyaları

Allergik keratokonyuktivitlər.

Kornea müalicələri
Kornea xəstəlikləriMedikal müalicəsi: Dərman müalicəsi adətən infeksiya vəziyyətlərində ya da quru göz vəziyyətlərində tətbiq edilir və xəstəyə gərəkli dərman müalicələri tənzimlənir.

Cərrahi müalicə: Korneanın bütövlüyünü, şəffaflığını və ya optik xüsusiyyətlərini dəyişdirmək məqsədi ilə edilir.

Korneaya tətbiq edilən cərrahi müalicələr əsnasında:

Gözün refraktiv vəziyyətini dəyişdirmək üçün tətbiq edilən Excimer lazer

Gözün önündəki səthi ləkələrin müalicəsi isə yenə excimer lazerlə edilən fototerapötik keratektomiya əməliyyatıdır.

Kornea nəqli: Kornea təbəqəsinin şəffaflığının pozulduğu vəziyyətlərdə tətbiq edilən ölüdən alınan şəffaf kornea toxumasının pozulmuş kornea toxuması ilə yer dəyişdirildiyi nəql əməliyyatıdır.


GOZ.AZ
Göz Xəstəlikləri       Tarix: 21 sentyabr 2024

Oxşar xəbərlər

Göz təzyiqi, Qlaukoma xəstəliyi

Göz təzyiqi adlandırılan qlaukoma, göziçi təzyiqinin yüksəlməsi nəticəsində yaranan göz siniri zədələnməsi fonunda xarakterizə edilir. Erkən aşkarlanıb müalicə edilmədiyi vəziyyətdə qalıcı görmə itkisinə yol açan göz xəstəliyidir

Göz qapağı iltihabı, blefarit nədir?

Göz qapaqları, gözlərin üzərini örtən və yad maddələrin girişinə, qurumağa, yaralanmalara qarşı gözləri qoruyan dəri zədələnməsidir. Göz.az xəbər verir ki, bu qapaqlar, kənar qismlərində yer alan incə və qıvrım tüklərdə

Çəpgözlük nədir?

Çəplik xalq arasında da bilinən adıyla hər iki gözün paralelliyinin pozulmasıdır. Bir göz qarşıya baxarkən digər göz fərqli istiqamətlərə baxa bilər. Erkən müalicə əhəmiyyətlidir. Ceplik nedir?. Göz.az xəbər verir ki, bi

Göz soyuqdəyməsi

Göz kürəsi 2,5 sm miqyasında kürə formasında kiçik bir orqan olmasına baxmayaraq görmə kimi çox əhəmiyyətli bir hissiyyat funksiyasını yerinə gətirir. Göz.az xəbər verir ki, gözün vücudumuzda eyni ilə şəkil çəkən aparat kim

Göz qripinin əlamətləri

Gözlərin çəhrayı və qırmızıya bənzər rəngə bürünməsi ilə ortaya çıxan göz qripi, göz qapağı və göz kürəsini əhatə edən şəffaf zər olan konyuktivitın iltihablanması vəziyyətidir. Göz.az xəbər verir ki, allergiyalar və ya bakteria

Gözün qanlanması, qan damarlarının partlaması nədir?

Bilinən tibbi adıyla subkonjonktival hemoraji xalq arasında gözə qan gəlməsi olaraq adlandırılır. Göz.az xəbər verir ki, gözə qan gəlməsi gözün bəyaz qismində yer alan incə damarlardan hansısa birinin yırtılması və içind

Kornea xəstəlikləri

Kornea 5 ayrı təbəqədən yaranır. Ən üstdəki təbəqə 24-48 saat içində özünü yeniləyən bir toxumadır. Kornea, quruluşunda bir çox sinir lifi olduğundan xarici faktorlara qarş çox həssasdır. Kornea xəstəlikləri nələrdir?. Korne

Uşaqlarda göz sulanması

Uşaqlarda göz sulanması adətən, gözə yad bir cism qaçması ilə olur. Onun xaricində, göz qapaqlarındakı pozğunluqlar, göz təzyiqi xəstəliyi, gözdə cızılma və göz yaşı kanalı tıxanıqlığı da sulanma əlaməti ilə özünü göstərir

Diabetik retinopatiya

Diabet (şəkər xəstəliyi) olan şəxslərdə diabetin fəsadı olaraq ortaya çıxa biləcək olan göz problemlərinə diabetik göz xəstəliyi deyilir. Diabetik göz xəstəliyində görülə biləcək problemlər:. Diabetik retinopatiya: Retin