Göz qapağı iltihabı, blefarit nədir?

Göz qapağı iltihabı, blefarit nədir?Göz qapaqları, gözlərin üzərini örtən və yad maddələrin girişinə, qurumağa, yaralanmalara qarşı gözləri qoruyan dəri zədələnməsidir.

Göz.az xəbər verir ki, bu qapaqlar, kənar qismlərində yer alan incə və qıvrım tüklərdən yaranan kirpiklər ilə birlikdə gözlər üçün təsirli bir qoruma təmin edərlər.

Kirpik diblərində mövcud olan folikulların içərisində eyni zamanda yağ vəzləri də vardır. Bu yağ vəzləri, bəzi vəziyyətlərdə tıxanaraq və ya zədələnərək bir neçə göz qapağı narahatlıqlarının yaranmasına zəmin yarada bilər. Bu narahatlıqlar arasında ən yayğın formada görülənlərdən biri tibbi adı blefarit olan göz qapağı iltihabıdır. Kirpiklərin daxili və ya xarici qismlərinə təsir göstərən göz qapağı iltihabı tək bir gözdə ortaya çıxa biləcəyi kimi bəzi vəziyyətlərdə hər iki gözə birdən təsir göstərə bilər. Şəxslər tərəfindən asanlıqla hiss edilən və gözə yaxından baxıldığından asanlıqla fərq edilə bilən göz qapağı iltihabı, müayinə və müalicə gərəkdirən bir xəstəlik olub göz sağlamlığının qoruna bilməsi cəhətdən bu xəstəliyə bağlı əlamətləri daşıyan şəxslərin dərhal göz xəstəlikləri həkiminə müraciət etmələrində fayda vardır.

Blefarit nədir?
Göz qapağı iltihabı, blefarit nədir?Blefarit, göz qapaqlarının müxtəlif səbəblərə bağlı olaraq iltihablanması ilə ortaya çıxan bir göz xəstəliyidir.

Göz, kirpiklər və göz qapaqlarında müəyyən narahatlıq və gözlə görülə bilən dəyişikliklərlə özünü müəyyən edən göz qapağı iltihabı olduqca yayğın görülən sağlamlıq problemidir.

Xəstəliyin irəliləməsi qalıcı zədələnmələrin ortaya çıxmasına yol aça bilər. Həmçinin xəstəlik sağaldıqdan sonra bəzən yenidən təkrarlayaraq xroniki hal ala bilər. Göz qapağı iltihabının müalicəsində qalıcı zədələnmənin olması çox aşağı ehtimaldır.

Blefarit, göz qapağı iltihabının əlamətləri nələrdir?

Göz qapağı iltihabının əlamətləri hər xəstədə bənzər formada görülsə də infeksiyanın şiddətinə bağlı olaraq simptomlar dəyişiklik göstərə bilər.

Gözlərdə yanma

Göz sulanması

Bulanıq görmə

Gözlərdə quruma, şişlik

Kirpiklərdə tökülmə

Həssaslıq

Gözdə qızarıqlıq

Göz qapağı iltihabının sebebleri nələrdir?
Göz qapağı iltihabı, blefarit nədir?Çirkli və tozlu ortamlarda uzun müddət qalmaq

Gözlərdə quruluq probleminin varlığı

Kontakt linza istifadəsi

Gül xəstəliyi

Kirpik bitləri

Dermatit

Allergiya

Göz qapağı iltihabının müalicəsi

Bəsit göz qapağı iltihablanmalarında ən yaxşı müalicə seçimi, şəxsin ev ortamında öz-özünə tətbiq edəcəyi təmizləmə prosedurları və isti kompreslərdir. Antibiotik tərkibli krem və məlhəmlər də xəstəliyin müalicəsində effektli rola malikdir.

Seboreik dermatit və gül xəstəliyi kimi altda yatan fərqli sağlamlıq problemlərindən qaynaqlı olaraq ortaya çıxan göz qapağı iltihalanmalarında isə öncəliklə u xəstəliklərə uyğun müalicə planı qurulmalı, plana uyğun blefarit müalicəsi edilməlidir. Təsirli müalicə ilə göz qapağı iltihablanmaları adətən tamamilə ortadan qalxır. Bu kimi vəziyyətlərdə şəxsin göz gigiyenasına diqqət edilməlidir.


GOZ.AZ
Göz Xəstəlikləri       Tarix: 13 sentyabr 2024

Oxşar xəbərlər

Gözün qanlanması, qan damarlarının partlaması nədir?

Bilinən tibbi adıyla subkonjonktival hemoraji xalq arasında gözə qan gəlməsi olaraq adlandırılır. Göz.az xəbər verir ki, gözə qan gəlməsi gözün bəyaz qismində yer alan incə damarlardan hansısa birinin yırtılması və içind

Göz qripinin əlamətləri

Gözlərin çəhrayı və qırmızıya bənzər rəngə bürünməsi ilə ortaya çıxan göz qripi, göz qapağı və göz kürəsini əhatə edən şəffaf zər olan konyuktivitın iltihablanması vəziyyətidir. Göz.az xəbər verir ki, allergiyalar və ya bakteria

Göz təzyiqi, Qlaukoma xəstəliyi

Göz təzyiqi adlandırılan qlaukoma, göziçi təzyiqinin yüksəlməsi nəticəsində yaranan göz siniri zədələnməsi fonunda xarakterizə edilir. Erkən aşkarlanıb müalicə edilmədiyi vəziyyətdə qalıcı görmə itkisinə yol açan göz xəstəliyidir

Korluq yaradan xəstəliklər

Korluq nədir?. Göz.az xəbər verir ki, korluq, gözün görmə funksiyasını yerinə yetirməməsi deməkdir. Ancaq tam korluqdan bəhs edilən şəxsin işığı görməməsi gecə-gündüz fərqini o gözlə edə bilməməsi deməkdir. Qismən görmədə

Miopiya nədir?

Miopiya, görüntülərin göz retinası yerinə, retinanın önündə cəmləşməsi səbəbiylə yaxındakı əşyaların dəqiq, uzaqdakı əşyaları bulanıq görüldüyü yayğın görmə qüsurudur. Göz.az xəbər verir ki, ən əsas əlaməti uzaq görünüşü

Astiqmatizm göz xəstəliyi

Astiqmatizm, bulanıq görməyə səbəb olan bir göz qüsurudur. Göz.az xəbər verir ki, astiqmatizmdə kornea tam olaraq yumru deyil, işıq natamam formada qırılır və bu da uzaq və ya yaxın fərq edilmədən görməni bulanıqlaşdırır

Diabetik retinopatiya

Diabet (şəkər xəstəliyi) olan şəxslərdə diabetin fəsadı olaraq ortaya çıxa biləcək olan göz problemlərinə diabetik göz xəstəliyi deyilir. Diabetik göz xəstəliyində görülə biləcək problemlər:. Diabetik retinopatiya: Retin

Gecə korluğu

Cəmiyyətdə tez-tez izlənilən görmə problemləri bəzən müəyyən vəziyyətlərdə özünü daha qabarıq göstərir. Erkən zaman təsbit edilən bu əlamətlər, işarət etdiyi ciddi sağlamlıq problemlərinin erkən müdaxilə ilə müalicə edil

Göz quruluğunun əlamətləri

Göz quruluğu nədir?. Göz.az xəbər verir ki, göz quruluğu, gözlərin sulu qalmağa yetəcək qədər göz yaşı yaratmadığında ortaya çıxan, yanma, batma, qaşıntı kimi əlamətlərə səbəb olan göz sağlamlığı problemidir. Gözün yetərl