Göz quruluğunun əlamətləri

Göz quruluğunun əlamətləriGöz quruluğu nədir?

Göz.az xəbər verir ki, göz quruluğu, gözlərin sulu qalmağa yetəcək qədər göz yaşı yaratmadığında ortaya çıxan, yanma, batma, qaşıntı kimi əlamətlərə səbəb olan göz sağlamlığı problemidir. Gözün yetərli miqdarda göz yaşı yaratmaması, gözləri infeksiyaya qarşı qoruyucu təsirinin azalmasına səbəb olur. Bu hal irəliləyərək daha da ciddi problemlərə yol aça bilər.

Həmçinin mövcud göz yaşının buxarlaşması da quru göz sindromuna yol aça bilir. Gözün sümük divarının üst xarici künclərində mövcud olan göz yaşı vəzləri gün ərzində mütəmadi olaraq istehsal edir.

Göz quruluğunun bir neçə tipi vardır:

Su əksikliyi olan göz quruluğu-gözlərdə yer alan lakrimal vəz göz yaşı istehsal edə bilmədiyi zaman gözlərdə quruluq meydana gəlir. Bəzi otoimmun xəstəliklər ya da problemlər lakrimal vəzində iltihaba səbəb olur və yetərli miqdarda sulu göz yaşı istehsalının qarşısını alır.

Buxarlaşmalı tipi göz quruluğu – Göz yaşları tez buxarlaşdığı zaman şəxsdə buxarlaşmalı göz quruluğu görülür. Ən geniş yayılan səbəb meibomian vəzində meydana gələn funksiya pozğunluğudur.

Qarışıq tipli göz quruluğu – Gözlərin həm yetərli səviyyədə yaratmadığı həm də göz yaşının normal olmadığı mənasını əks etdirir. Bu problemlərin hər ikisi də quru göz simptomlarına yol açar.

Göz quruluğu nə üçün olur?

Göz quruluğunun səbəbləri yaşlılıq, hormonal dəyişikliklər, gözləri çox qırpma, quru hava, lazer əməliyyatları, infeksiya, diabet, tiroid pozğunluqları, A vitamini əksikliyidir.

Ümumiyyətlə göz quruluğunun geniş yayılmış səbəbləri aşağıdakılardır:

Hamiləlik kimi hormonal dəyişikliklər

Kontakt linza istifadəsi

Havanın quru olması

Göz infeksiyaları
Göz quruluğunun əlamətləriGöz damlalarına və məlhəmlərinə qarşı allergiya

Duman, günəş, külək, nəm səviyyəsi kimi ətraf faktorlar

İltihabi xəstəliklər

Gözün zərərli işıqlara məruz qalması və s.

Göz quruluğuna səbəb olan, zəmin yaradan faktorlar:

Yaşın irəliləməsi

Revmatik xəstəliklər

Tiroid vəzi funksiyalarının yaxşı çalışmaması

Depressiya və s.

Göz quruluğunun elametleri

Gözlərdə yanma şikayəti

Göz içində yad cismin varmış hissi

Gözlərdə qızarıqlıq və qaşıntı

İşığa qarşı həssaslıq

Görmədə bulanıqlıq

Göz ağrısı

Oxuma əsnasında tez yorulma

Gecə maşın istifadədə çətinliyin olması.

Göz quruluğunun müalicə üsulları nələrdir?
Göz quruluğunun əlamətləriQuru göz müalicəsində ilk mərhələ ətraflı göz müayinəsidir. Quru göz sindromunun müalicəsi səbəbi istiqamətində tərtib edilir. Quru göz sindromunda gözü nəmli tuta bilmək üçün süni göz yaşı damlası və gel tövsiyə edilir. Gündə 4-5 dəfədən daha çox istifadə etmək ya da tək istifadə üçün uyğun preparatlar tövsiyə edilir.

Mövcud göz yaşının buxarlaşması ilə quru göz sindromu olanlara da bəzən qoruyucu eynəklər də tövsiyə edilə bilər.

Göz quruluğu şikayətinə məruz qalmamaq üçün alına biləcək bəzi tövsiyələr belə sıralana bilər:

3 saniyədə bir göz qırpmaq normal olandır. Müəyyən aralıqlarla şüurlu olaraq göz qırpmaq göz sağlamlığı üçün vacibdir.

Göz yaşlarının buxarlaşmasını yavaşlatmaq, qarşısını almaq məqsədiylə saç qurutma feni, kondisionerlər və pərvanələr kimi vasitələrin gözlərə hava buraxmasından qaçınılmalıdır.

Gözlər ovuşdurulmamalıdır.

Ofis çalışanları 5-10 dəqiqəlik aralarla gözləri dincəltməlidirlər.


GOZ.AZ
Göz Xəstəlikləri       Tarix: 14 sentyabr 2024

Oxşar xəbərlər

Miopiya nədir?

Miopiya, görüntülərin göz retinası yerinə, retinanın önündə cəmləşməsi səbəbiylə yaxındakı əşyaların dəqiq, uzaqdakı əşyaları bulanıq görüldüyü yayğın görmə qüsurudur. Göz.az xəbər verir ki, ən əsas əlaməti uzaq görünüşü

Korluq yaradan xəstəliklər

Korluq nədir?. Göz.az xəbər verir ki, korluq, gözün görmə funksiyasını yerinə yetirməməsi deməkdir. Ancaq tam korluqdan bəhs edilən şəxsin işığı görməməsi gecə-gündüz fərqini o gözlə edə bilməməsi deməkdir. Qismən görmədə

Gecə korluğu

Cəmiyyətdə tez-tez izlənilən görmə problemləri bəzən müəyyən vəziyyətlərdə özünü daha qabarıq göstərir. Erkən zaman təsbit edilən bu əlamətlər, işarət etdiyi ciddi sağlamlıq problemlərinin erkən müdaxilə ilə müalicə edil

Üveit xəstəliyi nədir?

Üveit, göz kürəsi qabığının orta təbəqəsi olan və damardan zəngin olan uvea toxumasının iltihabıdır. Göz.az xəbər verir ki, üveitlərin gözdə olduğu yerə bağlı dəyişik adlarla adlandırılır. Əgər uveanın ön qismi olan iri

Gözün qanlanması, qan damarlarının partlaması nədir?

Bilinən tibbi adıyla subkonjonktival hemoraji xalq arasında gözə qan gəlməsi olaraq adlandırılır. Göz.az xəbər verir ki, gözə qan gəlməsi gözün bəyaz qismində yer alan incə damarlardan hansısa birinin yırtılması və içind

Göz təzyiqi, Qlaukoma xəstəliyi

Göz təzyiqi adlandırılan qlaukoma, göziçi təzyiqinin yüksəlməsi nəticəsində yaranan göz siniri zədələnməsi fonunda xarakterizə edilir. Erkən aşkarlanıb müalicə edilmədiyi vəziyyətdə qalıcı görmə itkisinə yol açan göz xəstəliyidir

Uşaqlarda göz iltihabı

Göz sağlamlığı uşaqlarda diqqət edilməsi gərəkən həssas bir mövzudur. Göz.az xəbər verir ki, xüsusilə uşaqlıq çağında qarşılaşılan bəzi sağlamlıq problemləri, gözlərdə iltihablanmalara səbəb ola bilir. Bu növ vəziyyətlə

Çəpgözlük nədir?

Çəplik xalq arasında da bilinən adıyla hər iki gözün paralelliyinin pozulmasıdır. Bir göz qarşıya baxarkən digər göz fərqli istiqamətlərə baxa bilər. Erkən müalicə əhəmiyyətlidir. Ceplik nedir?. Göz.az xəbər verir ki, bi

Uşaqlarda göz sulanması

Uşaqlarda göz sulanması adətən, gözə yad bir cism qaçması ilə olur. Onun xaricində, göz qapaqlarındakı pozğunluqlar, göz təzyiqi xəstəliyi, gözdə cızılma və göz yaşı kanalı tıxanıqlığı da sulanma əlaməti ilə özünü göstərir