Gözdə yaranan ləkə

Gözdə yaranan ləkəSon zamanlar yayılan oftalmoloji problemlərin içərisində gözdə yaranan ləkələr, şişliklər yer alır. Göz isə yaranan bu kimi problemlərdən təsirlənir. Bəzən isə görmə zəifliyi belə yarana bilir.

Bəs gözdə infeksiyalar, ləkələr nədən qaynaqlanır?

Bu halların bir çox səbəbi ola bilər.

Göz.az xəbər verir ki, gözdə çıxan çibanın əsas səbəbi bakterial və virusdan qaynaqlana bilər. Xüsusilə su çiçəyi, herpes xəstəliyi, buynuz qişada, göz bəbəklərində yaralara yol aça bilər.

Həddindən çox yorğunluq, halsızlıq, immunitetin kəskin aşağı düşməsi, yuxusuzluq nəticəsində də bu növ ləkələr yarana bilir. Belə halla qarşılaşan zaman təcili oftalmoloqa müraciət edilməlidir.

Bundan başqa yorğun düşmək, halsızlıq, yuxusuzluq, immunitetin aşağı düşməsi ilə bərabər gözdə şişliklər yarana bilər. Bu, itdirsəyi ola bilər ki, bəzi halda bu, xalazionla nəticələnir. Düzgün diaqnoz qoyulmalı və səbəbə görə müalicə edilməlidir. Viral kökənli infeksiyalarda orqanizmdə su çiçəyinin digər əlamətləri də görülə bilər. Bakterial səbəbli ləkələr zamanı isə sadəcə gözdə ləkələr görünür.
Gözdə yaranan ləkəBəs bu halların yaşanmaması üçün nələr edilməlidir?

İlk olaraq immun sistemi gücləndirilməlidir. Bunun üçün gərək duyularsa vitamin kompleksi qəbul edilməlidir. Kirli əllərlə gözü ovalamaq olmaz. Əllər yaxşı yuyulmalıdır. Qida rejiminə diqqət edilməlidir.

Bəs hansı hallar ciddiyə alınmalıdır?

Buynuz qişada yaranan ağ dairə - Gözün irisini və göz bəbəyini əhatə edən nazik qoruyucu təbəqə olan buynuz qişanın ətrafında ağ ləkə yarana bilər. Bu yaşlılığının göstəricisi ola bilər. Ancaq 40 yaşdan kiçiksinizsə, bu dairə yüksək xolesterolun (hiperkolesterolemiya) əlaməti ola bilər.

Göz qapaqlarının titrəməsi – Göz qapağınız bükülə bilər. Bu adətən keçici normal vəziyyət olsa da bəzən sinirlərdə yaranan problemin göstəricisi ola bilər. Göz qapaqlarını açıb bağlayan əzələlərin sinirlərində bir növ yanlış atəş nəticəsində yaranır. Əgər titrəmə epizodları bir neçə həftədən çox davam edərsə və ya daha güclü sancılar göz qapaqlarını bağlayarsa, həkimə müraciət edilməlidir. İdiopatik üz iflici və ya daha nadir hallarda əsas blefarospazm, görmə qabiliyyətinə mane ola bilən və dərman və ya cərrahi müdaxilə tələb edə bilən nevroloji pozğunluq ola bilər.
Gözdə yaranan ləkəGözdə yaranan ləkə - Gözünüzün ağ hissəsində qırmızı qan ləkəsi yaranırsa buna diqqət etməlisiniz. Bu hal adətən zərərsiz olur. Öskürərkən, asqırdığınızda və ya çox səy göstərdiyiniz zaman gözdəki bir damar partlaya bilər, buna ssubkonjunktival qanaxma deyilir. Gözün ağının şəffaf qoruyucu təbəqəsi altında qan toplanır və hətta hər yerə yayıla bilər. Keçməsi üçün 2- 3həftə zaman lazılmdır. Əgər bu ləkələr yayılarsa, vücudun başqa nahiyəsində də yaranarsa gecikdirmədən həkimə müraciət etməyiniz tövsiyə edilir.


GOZ.AZ
Göz Məlumatları       Tarix: 04 oktyabr 2024

Oxşar xəbərlər

Sulfasil göz damlası

Sulfasil damlasının tərkibi:. Natrium sulfasetamid. Köməkçi maddələr:. Natrium tiosulfat, 1 M xlorid turşusu məhlulu (pH 8,0-ə qədər), inyeksiya üçün su. İstifadə sahəsi:. Oftalmologiyada istifafə edilir. Antibakterial madd

Göz allergiyası

Son zamanlarda göz problemləri geniş vüsət alıb. Bu halların birdən çox səbəbi ola bilər. Əksər göz xəstəliklərində isə əlamətlər bənzər olur. Göz.az xəbər verir ki, mövsüm dəyişkənlikləri ilə bağlı gözdə allergiya hallar

Göz üçün eynək seçimi

Eynək, aksesuar olaraq istifadə edilə biləcəyi kimi ehtiyac olaraq da istifadə edilə bilər. Göz.az xəbər verir ki, uzaq və ya yaxın görməsində problem olan şəxslər və ya ancaq bəzək məqsədilə bu məhsulu istifadə edənlər günümüzd

Göz daşı əlamətləri

Vücudda daş ancaq böyrəkdə və ya öd kisəsində yaranmır. Gözlərdə yaranan yanma, batma və ya qaşıntının səbəbi gözdəki daş ola bilər. Göz.az xəbər verir ki, hər 10 şəxsdən birində görülən göz daşı, siqaret, spirtli içki istifadəsi

Göz üçün vitaminlər

Müasir həyat tərzi, qidalanma vərdişləri və artan digital ekran istifadəsi, göz sağlamlığına mənfi təsir göstərə bilər. Doğru qidalar və vitaminlərlə göz sağlamlığını dəstəkləmək mümkündür. Göz.az xəbər verir ki, sağlam gözlər

Göz yaralanması nədir?

Göz yaralanmaları arasında deşilmələr, yanıqlar və xətlər yer alır. Bunlar travmatik qəzalardan, kimyəvi maddələrə məruz qalmaqdan və ya gözə yad cismin qaçmasından qaynaqlana bilər. Göz.az xəbər verir ki, bir göz yaralanmas

Göz müayinəsinin qiyməti

Göz müayinəsi kiçikdən böyüyə hər kəsin müraciət etməli olduğu yoxlanışdır. Göz.az xəbər verir ki, göz müayinəsi 20 dəqiqə kimi davam edir. Müayinə nəticəsində torlu qişada problem aşkar edilərsə gözə damcı tökülərək gö

Göz səyirməsi nədir?

Göz səyirməsi, nəzarət edilə bilməyən göz əzələsi ya da göz qapağının anidən hərəkəti olaraq bilinir. Göz.az xəbər verir ki, tibbi adı miyokimi olan göz səyirməsində, qapaq bir neçə saniyədən bir hərəkət edə bilər. Bu vəziyyə

Göz qaşınmasının səbəbləri

Gündəlik işlər zamanı insanı narahat edən problemlərdən biri də gözlərin qaşınmasıdır. Bundan bir çox insan əziyyət çəkir. Göz qaşıntısının altında bir neçə faktorlar və xəstəliklər yata bilir. Göz qaşıntısının əsas faktor