Astiqmatizm göz xəstəliyi

Astiqmatizm göz xəstəliyiAstiqmatizm, bulanıq görməyə səbəb olan bir göz qüsurudur.

Göz.az xəbər verir ki, astiqmatizmdə kornea tam olaraq yumru deyil, işıq natamam formada qırılır və bu da uzaq və ya yaxın fərq edilmədən görməni bulanıqlaşdırır.

Astiqmatizm, bulanıq görməyə yol açır. Bulanıq görüş, göz yorğunluğu, baş ağrısı, dəqiq görə bilmək üçün gözləri qismən qıymaq ehtiyacı hiss etmə və gecə nəqliyyat istifadə etməkdə çətinlik çəkmək astiqmatizmin əlamətləridir.

Astiqmatizm nədir?

Uzaq və ya yaxın bütün məsafələrdə görüşün bulanıq olmasına səbəb olan optik sistem problemidir. Astiqmatizm olan şəxslərdə kornea və ya göz mərcəyinin şəffaf olan ön qismindəki nahiyə olması gərəkdiyi kimi deyildir.

Astiqmatizm probleminin ən geniş yayılan əlaməti bulanıq və dalğalı görmədir. Əlavə olaraq baş gicəllənməsi, baş ağrısı, göz yorğunluğu da astiqmatizm narahatlığında ortaya çıxan əlamətlər arasında sayıla bilər.

Astiqmatizmin diaqnozu üçün göz nəzarəti və göz testləri tətbiq edilir. Ortaya çıxan əlamətlərin də astiqmatizm müalicəsində əhəmiyyətli rol oynadığı qəbul edilir.
Astiqmatizm göz xəstəliyiAstiqmatizmin sebebleri:

Genetik faktor

Göz qapaqlarınn korneaya təzyiq etməsi

Göz əməliyyatı

Göz əməliyyatından sonra meydana gələn problemlər

Göz yaralanması

Keratokonus..

Astiqmatizmin əlamətləri nələrdir?

Görmənin bulanıqlaşması

Göz yorğunluğu və gözlərdə ağrı

Baş ağrısı

Baş gicəllənməsi

Gecə görmənin azalması

Gözlərdə sulanma və s.

Bu problemdən əziyyət çəkənlər necə görür?

Astiqmatta işıq şüaları gözün ön qisminə girərkən düzgün formada qırılmaz. İşıq şüalarının retinaya ya da retinanın arxasına düşməsi səbəbiylə astiqmatizmi olan şəxslərdə yaxın və uzaq görmə bulanıqlaşır və çox tez göz yorğunluğu yaşayarlar.
Astiqmatizm göz xəstəliyiAstiqmatizmin müalicəsi üçün tətbiq edilən müalicə üsulları bunlardır?

Astiqmatizm eynəyi

Kontakt linza istifadəsi

Lazer müalicəsi

Gözdaxili mərcəklər.


GOZ.AZ
Göz Xəstəlikləri       Tarix: 17 sentyabr 2024

Oxşar xəbərlər

Göz təzyiqi, Qlaukoma xəstəliyi

Göz təzyiqi adlandırılan qlaukoma, göziçi təzyiqinin yüksəlməsi nəticəsində yaranan göz siniri zədələnməsi fonunda xarakterizə edilir. Erkən aşkarlanıb müalicə edilmədiyi vəziyyətdə qalıcı görmə itkisinə yol açan göz xəstəliyidir

Göz qapağı iltihabı, blefarit nədir?

Göz qapaqları, gözlərin üzərini örtən və yad maddələrin girişinə, qurumağa, yaralanmalara qarşı gözləri qoruyan dəri zədələnməsidir. Göz.az xəbər verir ki, bu qapaqlar, kənar qismlərində yer alan incə və qıvrım tüklərdə

Çəpgözlük nədir?

Çəplik xalq arasında da bilinən adıyla hər iki gözün paralelliyinin pozulmasıdır. Bir göz qarşıya baxarkən digər göz fərqli istiqamətlərə baxa bilər. Erkən müalicə əhəmiyyətlidir. Ceplik nedir?. Göz.az xəbər verir ki, bi

Göz soyuqdəyməsi

Göz kürəsi 2,5 sm miqyasında kürə formasında kiçik bir orqan olmasına baxmayaraq görmə kimi çox əhəmiyyətli bir hissiyyat funksiyasını yerinə gətirir. Göz.az xəbər verir ki, gözün vücudumuzda eyni ilə şəkil çəkən aparat kim

Göz qripinin əlamətləri

Gözlərin çəhrayı və qırmızıya bənzər rəngə bürünməsi ilə ortaya çıxan göz qripi, göz qapağı və göz kürəsini əhatə edən şəffaf zər olan konyuktivitın iltihablanması vəziyyətidir. Göz.az xəbər verir ki, allergiyalar və ya bakteria

Gözün qanlanması, qan damarlarının partlaması nədir?

Bilinən tibbi adıyla subkonjonktival hemoraji xalq arasında gözə qan gəlməsi olaraq adlandırılır. Göz.az xəbər verir ki, gözə qan gəlməsi gözün bəyaz qismində yer alan incə damarlardan hansısa birinin yırtılması və içind

Kornea xəstəlikləri

Kornea 5 ayrı təbəqədən yaranır. Ən üstdəki təbəqə 24-48 saat içində özünü yeniləyən bir toxumadır. Kornea, quruluşunda bir çox sinir lifi olduğundan xarici faktorlara qarş çox həssasdır. Kornea xəstəlikləri nələrdir?. Korne

Uşaqlarda göz sulanması

Uşaqlarda göz sulanması adətən, gözə yad bir cism qaçması ilə olur. Onun xaricində, göz qapaqlarındakı pozğunluqlar, göz təzyiqi xəstəliyi, gözdə cızılma və göz yaşı kanalı tıxanıqlığı da sulanma əlaməti ilə özünü göstərir

Diabetik retinopatiya

Diabet (şəkər xəstəliyi) olan şəxslərdə diabetin fəsadı olaraq ortaya çıxa biləcək olan göz problemlərinə diabetik göz xəstəliyi deyilir. Diabetik göz xəstəliyində görülə biləcək problemlər:. Diabetik retinopatiya: Retin