Göz təzyiqi, Qlaukoma xəstəliyi

Göz təzyiqi, Qlaukoma xəstəliyiGöz təzyiqi adlandırılan qlaukoma, göziçi təzyiqinin yüksəlməsi nəticəsində yaranan göz siniri zədələnməsi fonunda xarakterizə edilir. Erkən aşkarlanıb müalicə edilmədiyi vəziyyətdə qalıcı görmə itkisinə yol açan göz xəstəliyidir.

Göz.az xəbər verir ki, göz təzyiqi xəstəliyində, gözdaxili mayenin xaricə axın yolunda gözlə görülməyəcək ölçüdə tıxanıqlıq yaranır və bunun nəticəsində artan bu gözdaxili mayesi, təzyiqin armasına səbəb olur.

Göz müayinəsində göz təzyiqinin artışı ilkin əlamət ola bilər.

Göz təzyiqi nə üçün olur?

Göz təzyiqi, göz içindəki təzyiqin artması nəticəsində optik sinir olaraq da bilinən görmə sinirinin zərər görməsi ilə ortaya çıxan xəstəlikdir.

Kimlər risk altındadır?
Göz təzyiqi, Qlaukoma xəstəliyiİrəli yaş

Ailədə göz təzyiqi xəstəliyi olanlar

Siqaretdən istifadə edənlər

Şəkər xəstələri

Miopiyadan əziyyət çəkənlər.

Qlaukomanın əlamətləri:

Gözdaxili mayenin gün ərzindəki fərqliliyindən qaynaqlanan göz ətrafında ağrı, baş ağrısı

Gün ərzində gözdaxili təzyiqin artışları zamanı yaranan gəlib-keçici görmə bulanıqlığı

Gözdə sərtlik hissi

Gözdə qızarıqlıq

Bəzən gözlərin ölçülərində böyümə müşahidə edilə bilər.

Qlaukomanın diaqnozu necə qoyulur?

Göz müayinəsində ölçülən kornea qalınlığı, gözdaxili təzyiq, görmə sinir analizi və görmə testi nəticəsində diaqnoz qoyula bilər.

Qlaukoma (göz təzyiqi) müalicəsində hansı qaydalara diqqət yetirmək lazımdır?
Göz təzyiqi, Qlaukoma xəstəliyiGöz damlaları sadəcə həkimin dediyi zamanda istifadə edilməlidir. Bununla da effektlik dərəcəsini artırmış olarsınız. Həm də pasiyentin vəziyyətinin pisləşməsinin qarşısın almış olar.

Göz təzyiqini endirmək üçün istifadə edilən göz damlalarının müəyyən əks təsirləri mövcuddur. Ürək ağrısı, baş gicəllənmə və s. kimi yan təsirləri gördüyünüz zaman dərhal həkiminizlə məsləhətləşin. Bu zaman alternativ dərmanlar tövsiyə edilə bilər.

Müayinələr axsadılmamalıdır.

Qəbul etdiyiniz başqa dərmanlar varsa bunu həkiminizə bildirin. Çünki göz damlaları ilə birgə istifadəsinin əks göstərişləri ola bilər.

Qeyd edək ki, qlaukomanın erkən diaqnozu görmə qüsurunun qarşısını almaqda sizə kömək olacaqdır.


GOZ.AZ
Göz Xəstəlikləri       Tarix: 07 sentyabr 2024

Oxşar xəbərlər

Göz qripinin əlamətləri

Gözlərin çəhrayı və qırmızıya bənzər rəngə bürünməsi ilə ortaya çıxan göz qripi, göz qapağı və göz kürəsini əhatə edən şəffaf zər olan konyuktivitın iltihablanması vəziyyətidir. Göz.az xəbər verir ki, allergiyalar və ya bakteria

Göz xəstəliklərinin əlamətləri

Göz xəstəlikləri, ətraf ya da genetik faktorlara bağlı olaraq inkişaf edən və müxtəlif görmə problemlərinə yol aça bilən fiziki narahatlıqdır. Göz.az xəbər verir ki, göz qapaqlarında, gözü xarici faktorlara qarşı qoruya

Uşaqlarda göz iltihabı

Göz sağlamlığı uşaqlarda diqqət edilməsi gərəkən həssas bir mövzudur. Göz.az xəbər verir ki, xüsusilə uşaqlıq çağında qarşılaşılan bəzi sağlamlıq problemləri, gözlərdə iltihablanmalara səbəb ola bilir. Bu növ vəziyyətlə

Göz qapağı iltihabı, blefarit nədir?

Göz qapaqları, gözlərin üzərini örtən və yad maddələrin girişinə, qurumağa, yaralanmalara qarşı gözləri qoruyan dəri zədələnməsidir. Göz.az xəbər verir ki, bu qapaqlar, kənar qismlərində yer alan incə və qıvrım tüklərdə

Çəpgözlük nədir?

Çəplik xalq arasında da bilinən adıyla hər iki gözün paralelliyinin pozulmasıdır. Bir göz qarşıya baxarkən digər göz fərqli istiqamətlərə baxa bilər. Erkən müalicə əhəmiyyətlidir. Ceplik nedir?. Göz.az xəbər verir ki, bi

Hipermetropiya xəstəliyi

Hipermetropiya cəmiyyətdə miopiyadan sonra çox böyük bir faizi təşkil edir. Göz.az xəbər verir ki, hipermetropiyalı göz uzaqdakı əşyaya baxarkən gələn görüntünün retinann arxasında cəmlənməsidir. Hipermetropiya nədir?. Hipermetropiy

Astiqmatizm göz xəstəliyi

Astiqmatizm, bulanıq görməyə səbəb olan bir göz qüsurudur. Göz.az xəbər verir ki, astiqmatizmdə kornea tam olaraq yumru deyil, işıq natamam formada qırılır və bu da uzaq və ya yaxın fərq edilmədən görməni bulanıqlaşdırır

Uşaqlarda göz sulanması

Uşaqlarda göz sulanması adətən, gözə yad bir cism qaçması ilə olur. Onun xaricində, göz qapaqlarındakı pozğunluqlar, göz təzyiqi xəstəliyi, gözdə cızılma və göz yaşı kanalı tıxanıqlığı da sulanma əlaməti ilə özünü göstərir

Göz quruluğunun əlamətləri

Göz quruluğu nədir?. Göz.az xəbər verir ki, göz quruluğu, gözlərin sulu qalmağa yetəcək qədər göz yaşı yaratmadığında ortaya çıxan, yanma, batma, qaşıntı kimi əlamətlərə səbəb olan göz sağlamlığı problemidir. Gözün yetərl