Uşaqlarda göz iltihabı

Uşaqlarda göz iltihabıGöz sağlamlığı uşaqlarda diqqət edilməsi gərəkən həssas bir mövzudur.

Göz.az xəbər verir ki, xüsusilə uşaqlıq çağında qarşılaşılan bəzi sağlamlıq problemləri, gözlərdə iltihablanmalara səbəb ola bilir.

Bu növ vəziyyətlər həm uşağın gündəlik həyatna təsir göstərə bilər həm də uzun müddətdə daha ciddi problemlərə yol aça bilər. Uşaqlarda tez-tez rastlanılan göz iltihabi erkən müdaxilə edilmədiyində daha böyük problemlərin xəbərçisi ola bilər.

Göz iltihabı xüsusilə məktəbə yeni başlayan ya da bağça kimi çox adam olan məkanlarda zaman keçirən uşaqlar arasında yayılıb. Bu vəziyyətə səbəb olan bir çox faktor ola bilər, ancaq bütün bu səbəblər uşağın ümumi sağlamlıqlarını təhdid edəcək qədər ciddi ola bilər.

Uşaqlarda göz iltihabının əlamətləri

Hər uşağın immun sistemi fərqlidir və bu vəziyyət göz iltihabının əlamətlərinin növlərə ayrılmasına səbəb ola bilər.

Ancaq bəzi ümumi əlamətlərin çoxu uşaqda bənzər formada özünü göstərir. Valideynlərin bu əlamətləri fərq etmələri və gərəkli tədbirləri almaları uşağın sağlamlığı cəhətdən kritik ola bilir.

Qırmızı göz: Uşaqların gözlərində qızartının çox olması göz iltihabının ən geniş yayılmış əlamətlərindən biridir. Bu vəziyyət adətən gözdəki damarların genişlənməsi nəticəsində ortaya çıxar. Qızarıqlıq, uşağın gözündə narahatlıq yarada bilər və hətta işığa qarşı həssaslığa səbəb ola bilər.
Uşaqlarda göz iltihabıGözdə şişlik: Göz qapaqlarında ya da göz ətrafında şişliyin yaranması göz iltihabının başqa bir əlaməti ola bilər. Adətən gözdə bir infeksiyanın ya da allergik bir reaksiyanın nəticəsi olaraq ortaya çıxar. Bu vəziyyət uşağın göz hərəkətlərini məhdudlaşdıra bilər və görmə bacarığına mənfi təsir göstərə bilər.

Gözdə axıntı: Uşağın gözlərindən mütəmadi olaraq bir axıntının gəlməsi göz iltihabının xəbərçisi ola bilər. Axıntının rəngi adətən sarı ya da yaşıl olub, infeksiyanın növünə görə dəyişə bilər.

Gözdə yanma və qaşıntı: Uşaqların gözlərində mütəmadi bir qaşıntı ya da yanma hissinin olması göz iltihabının əlamətləri arasında yer alır. Belə bir vəziyyət adətən gözdəki bir zədələnmənin və ya allergiyanın nəticəsidir. Bu da vəziyyəti daha da pisləşdirə bilər.

Göz qapaqlarının yapışması: Xüsusilə səhər saatlarında uşağın göz qapaqlarının bir-birinə yapışmış halda olması, göz iltihabının bir digər əlamətidir. Bu vəziyyət gözdəki axıntının quruması və göz qapaqlarının bir-birinə yapışması nəticəsində yaranır. Uşaq gözlərini açmaqda çətinlik çəkə bilər və bu vəziyyət olduqca narahatedici ola bilər.

Görmədə bulanıqlıq: Göz iltihabi uşağın görmə bacarığında keçici bir bulanıqlığa səbəb ola bilər. Bu vəziyyət iltihabın gözdə yaratdığı zədənin nəticəsində ortaya çıxar və uşaq üçün çətin ola bilər. Görmə bulanıqlığı gündəlik fəaliyyətə mənfi təsir göstərə bilər.

Gözdə ağrı: Gözdə hiss edilən yüngül və ya şiddətli ağrı, göz iltihabın əlamətlərindən biri ola bilər. Bu ağrı infeksiyanın dərəcəsinə bağlı olaraq artış göstərə bilər və uşaq üçün olduqca narahat edici hala gələ bilər.

Uşaqlarda göz iltihabının sebebleri:

Bakteriyal infeksiyalar

Virus infeksiyaları

Allergik reaksiyalar

Göz yaralanmaları

Göz gigiyenasına diqqət edilməməsi

Göz yaralanmaları

Uşaqlarda göz iltihabının müalicəsi

Ən əsas faktor düzgün diaqnozun qoyulmasıdır. Diaqnozdan sonra həkim iltihabın növünə, səbəbinə görə ən uyğun müalicə üsulu tərtib edilməlidir. Müalicə üsulu adətən bir neçə gün ilə bir neçə həftə arasında dəyişşə bilər və iltihabın dərəcəsinə görə fərqlilik göstərə bilər.

Antibiotik müalicəsi göz iltihabının ən geniş yayılmış müalicə üsullarından biridir. Bakterial infeksiyalara qarşı təsirli olan bu müalicə, həkimin tövsiyə etdiyi formada tətbiq edilməlidir. Antibiotik damlalar gözdəki infeksiyalarına sürətli formada təsir göstərərək iltihabın yayılmasının qarşısını ala bilər.

Göz gigiyenası da bu mövzuda əhəmiyyət kəsb edir. Gözlərin təmiz tutulması, infeksiyanın digər nahiyələrə yayılmasının qarşısını alar və yaxşılaşma müddətini sürətləndirər. Uşaqların əllərini gözlərindən uzaq tutmaları, infeksiya riskini azalda bilər.

Uşaqlarda göz iltihabı nə qədər müddətdə keçər?
Uşaqlarda göz iltihabıMüalicəyə bağlı olaraq, göz iltihabı bir neçə gün ərzində sağala bilər. İltihabın şiddətinə görə, bu müddət uzana bilər.
Bu zaman göz ətrafı mütəmadi olaraq təmizlənməli və uşağın gözlərin ovuşdurulmasının qarşısı alınmalıdır. Bu sayədə infeksiyanın digər sözlərə ya da vücud bölgələrinə yayılmasının qarşısı alına bilər.

İlıq kompres tətbiqi, gözdəki iltihablanmağı yüngülləşdirmək üçün təsirli bir üsul ola bilər. Bir bezi ilıq suya batırıb uşağın gözlərinə tətbiq etmək iltihabı rahatlaşdıra bilər. Bu üsul gözdəki tıxanıqlıqlarının açılmasına kömək ola bilər.

Göz iltihabı yoluxucudur?

Bəli, bəzi göz iltihabları yoluxucu ola bilər. Bu səbəbdən infeksionlu uşaqlarla təmasdan qaçınmaq gərəklidir.


GOZ.AZ
Göz Xəstəlikləri       Tarix: 27 sentyabr 2024

Oxşar xəbərlər

Miopiya nədir?

Miopiya, görüntülərin göz retinası yerinə, retinanın önündə cəmləşməsi səbəbiylə yaxındakı əşyaların dəqiq, uzaqdakı əşyaları bulanıq görüldüyü yayğın görmə qüsurudur. Göz.az xəbər verir ki, ən əsas əlaməti uzaq görünüşü

Çəpgözlük nədir?

Çəplik xalq arasında da bilinən adıyla hər iki gözün paralelliyinin pozulmasıdır. Bir göz qarşıya baxarkən digər göz fərqli istiqamətlərə baxa bilər. Erkən müalicə əhəmiyyətlidir. Ceplik nedir?. Göz.az xəbər verir ki, bi

Gecə korluğu

Cəmiyyətdə tez-tez izlənilən görmə problemləri bəzən müəyyən vəziyyətlərdə özünü daha qabarıq göstərir. Erkən zaman təsbit edilən bu əlamətlər, işarət etdiyi ciddi sağlamlıq problemlərinin erkən müdaxilə ilə müalicə edil

Göz təzyiqi, Qlaukoma xəstəliyi

Göz təzyiqi adlandırılan qlaukoma, göziçi təzyiqinin yüksəlməsi nəticəsində yaranan göz siniri zədələnməsi fonunda xarakterizə edilir. Erkən aşkarlanıb müalicə edilmədiyi vəziyyətdə qalıcı görmə itkisinə yol açan göz xəstəliyidir

Göz üzərində kista, xalazyon xəstəliyi nədir?

Göz qapağının altında ya da üstündə yaranan kistalar şalazyon olaraq adlandırılır. Göz.az xəbər verir ki, gözdə mövcud olan yağ vəzlərinin tıxanması ya da iltihablanması ilə yaranan şalazyon ağrısızdır. Bu kistalar qısa müddətdə

Gözün qanlanması, qan damarlarının partlaması nədir?

Bilinən tibbi adıyla subkonjonktival hemoraji xalq arasında gözə qan gəlməsi olaraq adlandırılır. Göz.az xəbər verir ki, gözə qan gəlməsi gözün bəyaz qismində yer alan incə damarlardan hansısa birinin yırtılması və içind

Göz qripinin əlamətləri

Gözlərin çəhrayı və qırmızıya bənzər rəngə bürünməsi ilə ortaya çıxan göz qripi, göz qapağı və göz kürəsini əhatə edən şəffaf zər olan konyuktivitın iltihablanması vəziyyətidir. Göz.az xəbər verir ki, allergiyalar və ya bakteria

Kornea xəstəlikləri

Kornea 5 ayrı təbəqədən yaranır. Ən üstdəki təbəqə 24-48 saat içində özünü yeniləyən bir toxumadır. Kornea, quruluşunda bir çox sinir lifi olduğundan xarici faktorlara qarş çox həssasdır. Kornea xəstəlikləri nələrdir?. Korne

Uşaqlarda konyuktivit

Uşaqlarda konyuktivit nədir?. Konyuktivit, gözün konyuktivitasının iltihablanmasıdır. Göz.az xəbər verir ki, konyuktivit göz qapaqlarının iç qismini və göz kürəsini əhatə edən pərdədir. Konyuktivit "çəhrayı göz xəstəliyi"

doktorinfo
doktorinfo