Göz üzərində kista, xalazyon xəstəliyi nədir?

Göz üzərində kista, xalazyon xəstəliyi nədir?Göz qapağının altında ya da üstündə yaranan kistalar şalazyon olaraq adlandırılır.

Göz.az xəbər verir ki, gözdə mövcud olan yağ vəzlərinin tıxanması ya da iltihablanması ilə yaranan şalazyon ağrısızdır. Bu kistalar qısa müddətdən sonra özlüyündən keçə bilər. Gözdə çıxan şalazyon kistaları bəzən arpacıq ilə qarışdırılır. Ancaq fərqlər mövcuddur.

Xalazyon nedir?

Kirpiklərin köklərində mövcud olan meibomian yağ vəzlərinin kanal ağzının tıxanması, şişməsi və ya iltihablanması ilə göz qapaqlarında yumru və sərt kütlə formalaşır. Şalazyon adı verilən bu kista üst və ya alt göz qapağında yarana bilər. Şalazyon kistaları bakterial bir infeksiya deyil və ağrısız olur. Şalazyon göz qapağı kistası və ya meibomian kistası olaraq da adlandırılır. Bu kistalar qadın və kişilərdə eyni sıxlıqda görülür. Müalicədən sonra yenidən yarana bilər.

Xalazion, göz qapağı kistasının səbəbləri

Göz üzərində kista, xalazyon xəstəliyi nədir?Meibomian yağ vəzləri, gözlərin sulu və nəmli qalmasını təmin edir. Bu yağ vəzlərindəki tıxanma nəticəsində ortaya çıxan şalazyon yaranması ehtimalına zəmin yaradan bəzi faktorlar vardır. Xüsusilə göz və göz ətrafının təmizliyi şalazyon yaranmasının qarşısının alınmasında əhəmiyyətlidir. Kirli əllər ilə göz qapaqlarına toxunmaq, keyfiyyətsiz makiyaj məhsullarından istifadə, dermatit, gül xəstəliyi və s. risk faktorlarındandır.

Xalazyon, göz qapağı kistasının əlamətləri:

Göz qapaqlarında ya da göz kənarında ağrısız şişlik

Bulanıq görmə

Gözə toxunulduğunda ələ gələn çıxıntı

Gözdə yaşarma

Göz qapağında ağırlıq

İşığa qarşı həssaslıq

Göz qapağında həssaslıq

Yoluxmuş hala gələn şalazyon nahiyəsində qırmızılıq, şişlik və ağrı

Xalazion, göz qapağı kistasının müalicəsi
Göz üzərində kista, xalazyon xəstəliyi nədir?Şalazyon, müalicə etdirmədən öz-özlüyünə qısa müddətdə yox ola bilər. Gözdə yaranan narahatlığın irəliləməsini dayandırmaq və yaxşılaşmağını sürətləndirmək üçün oftalmoloq tərəfindən müalicə üsulları tətbiq edilməlidir. Dərman müalicəsində göz damlaları və antibiotiklər istifadə edilir.

Gündə 4-5 dəfə, 10-15 dəqiqə ediləcək isti kompres isə vəzlərin rahatlanmasını təmin edir.

Ancaq keçməyən şalazyon, göz pozğuntusuna ya da astiqmatizmə yol açırsa cərrahi müdaxilə gərəkə bilər. Lokal anesteziya altında edilə bilən şalazyon əməliyyatı olduqca qısa müddətdə edilən bir prosedurdur. Gündəlik həyata təsir göstərməz və eyni gündə evə buraxılar.

Əməliyyatdan sonra ötəri qızartı və şişlik görülə bilər.


GOZ.AZ
Göz Xəstəlikləri       Tarix: 25 sentyabr 2024

Oxşar xəbərlər

Göz qripinin əlamətləri

Gözlərin çəhrayı və qırmızıya bənzər rəngə bürünməsi ilə ortaya çıxan göz qripi, göz qapağı və göz kürəsini əhatə edən şəffaf zər olan konyuktivitın iltihablanması vəziyyətidir. Göz.az xəbər verir ki, allergiyalar və ya bakteria

Göz xəstəliklərinin əlamətləri

Göz xəstəlikləri, ətraf ya da genetik faktorlara bağlı olaraq inkişaf edən və müxtəlif görmə problemlərinə yol aça bilən fiziki narahatlıqdır. Göz.az xəbər verir ki, göz qapaqlarında, gözü xarici faktorlara qarşı qoruya

Uşaqlarda göz iltihabı

Göz sağlamlığı uşaqlarda diqqət edilməsi gərəkən həssas bir mövzudur. Göz.az xəbər verir ki, xüsusilə uşaqlıq çağında qarşılaşılan bəzi sağlamlıq problemləri, gözlərdə iltihablanmalara səbəb ola bilir. Bu növ vəziyyətlə

Göz qapağı iltihabı, blefarit nədir?

Göz qapaqları, gözlərin üzərini örtən və yad maddələrin girişinə, qurumağa, yaralanmalara qarşı gözləri qoruyan dəri zədələnməsidir. Göz.az xəbər verir ki, bu qapaqlar, kənar qismlərində yer alan incə və qıvrım tüklərdə

Çəpgözlük nədir?

Çəplik xalq arasında da bilinən adıyla hər iki gözün paralelliyinin pozulmasıdır. Bir göz qarşıya baxarkən digər göz fərqli istiqamətlərə baxa bilər. Erkən müalicə əhəmiyyətlidir. Ceplik nedir?. Göz.az xəbər verir ki, bi

Hipermetropiya xəstəliyi

Hipermetropiya cəmiyyətdə miopiyadan sonra çox böyük bir faizi təşkil edir. Göz.az xəbər verir ki, hipermetropiyalı göz uzaqdakı əşyaya baxarkən gələn görüntünün retinann arxasında cəmlənməsidir. Hipermetropiya nədir?. Hipermetropiy

Astiqmatizm göz xəstəliyi

Astiqmatizm, bulanıq görməyə səbəb olan bir göz qüsurudur. Göz.az xəbər verir ki, astiqmatizmdə kornea tam olaraq yumru deyil, işıq natamam formada qırılır və bu da uzaq və ya yaxın fərq edilmədən görməni bulanıqlaşdırır

Uşaqlarda göz sulanması

Uşaqlarda göz sulanması adətən, gözə yad bir cism qaçması ilə olur. Onun xaricində, göz qapaqlarındakı pozğunluqlar, göz təzyiqi xəstəliyi, gözdə cızılma və göz yaşı kanalı tıxanıqlığı da sulanma əlaməti ilə özünü göstərir

Göz quruluğunun əlamətləri

Göz quruluğu nədir?. Göz.az xəbər verir ki, göz quruluğu, gözlərin sulu qalmağa yetəcək qədər göz yaşı yaratmadığında ortaya çıxan, yanma, batma, qaşıntı kimi əlamətlərə səbəb olan göz sağlamlığı problemidir. Gözün yetərl