Gözə yad cismin qaçması

Gözə yad cismin qaçmasıGözlər ən həssas orqanlardan biridir.

Göz.az xəbər verir ki, bu səbəbdən xüsusilə gözə yad cismin qaça biləcəyi işlər edərkən qoruyucu eynək taxmaq çox əhəmiyyətlidir. Xüsusilə gözə sürətlə gələn metal, daş parçası kimi kiçik cismlər gözü deşərək içinə girə girə bilər ya da gözdə deşiklər aça bilər. Gözün içinə yad cismin düşməsi böyük ehtimalla qalıcı görmə itkisinə yol açacaqdır.

Hətta gözün alınmasına qədər baş verən hallar ortaya çıxa bilər.

Gözə müxtəlif cismlər dəyə bilər və bu vəziyyətlərdə nələr edilə bilər?

Gözə yad cismin qaçması

İlk olaraq sakit olunmalı və aşağıdakı tədbirləri görmək lazımdır:

Əllərinizi su və sabunla yuyun. Gözünüzü açıq tutaraq, qapağınızın altında qalan yad cismin daha rahat çıxarılmasını təmin edə bilərsiniz. Gözünüzü yavaşca qırpıb açıb-bağlayın. Göz qırpma hərəkəti göz qapağının altına girmiş bir cismin çıxmasını təmin edə bilərsiniz.

Gözə kirpik, toz ya da bənzəri yad cism qaçması vəziyyətində nə edilməlidir?

Qaşıma hərəkəti doğru deyildir. Bu zaman daxil olan sərt cism gözün korneanızın xəttini cıza bilər. Hətta bəzən göz qapağının altına yapışaraq cızılmağa davam edər.
Bu vəziyyətdə edilməsi gərək, antibiotikli damlalardan istifadə etməkdir. 15-20 damla damladaraq gözü yumaq yad cismin axıb-getməsini təmin etməyə çalışmaqdır.

Gözə dəmir hissəsi kimi metal bir cismin qaçdığı zaman

Bu, təcili baş vermiş hadisədir və təcili yardıma ehtiyac vardır. Metal cismlər, gözdə ciddi zədələnməyə yol aça bilər və bu zədə qalıcı ola bilər. Bu səbəblə bir göz həkiminin müdaxiləsi gərəklidir.
Gözə yad cismin qaçması

Ancaq təcili tibbi yardım almadan öncə aşağıdakı tədbirlər görülməlidir:

Toxunmayın və ya ovalamayın: Gözdəki metal cismlə təmas etmək daha artıq zədə verə bilər. Bu səbəbdən gözü ovmaqdan və ya metal cismə toxunmaqdan qaçının.

Gözü açıq tutun: Gözü açıq tutaraq qapağın altında qalan metal cismin daha rahat bir formada çıxarılmasına kömək ola bilər.

Gözü çalxalamayın: Gözü çalxalamaq və ya suyla yumaq, metal cismin daha artıq gözün dərinliyinə daxil olması, toxumaya zərər verməsinə səbəb ola bilər.

Toxunub və ya çıxarmağa çalışmayın: Gözdəki metal cismi çıxarmağa və ya toxunmağa çalışmayın. Bu, gözə daha artıq zərər verə bilər və bu vəziyyəti daha da pisləşdirə bilər.

Təcili tibbi yardım alın.

Gözə kimyəvi maddə qaçdığı zaman:

Ediləcək təcili yardımlar:

Dərhal durulama edin: Gözü müntəzəm olaraq təmiz su və ya göz yuma toniki ilə durulayın. Başınızı yüngül formada əyib gözünüzü durulayın.

Göz qapaqlarını açıq tutun: Göz qapaqlarınızı açıq tutaraq, kimyəvi maddənin daha artıq gözə zərər verməsinə maneə ola bilər və təmiz suyun və ya yuma toniki daha effektli formada gözün içinə girməsini təmin edə bilərsiniz.

Gözünüzü ovalamayın: Gözü ovalamaq, kimyəvi maddənin yayılmasına, zədələnməsinə səbəb ola bilər.
Gözə yad cismin qaçmasıLinza istifadə edirsinizsə dərhal çıxarın: Əgər kontakt linza istifadə edirsinizsə dərhal çıxarın. Kontakt linza kimyəvi maddənin gözünüzdəki zədələnməsini artıra bilər.

Tibbi yardım alın: Gözə kimyəvi maddə qaçdığı zaman təcili oftalmoloqa müraciət edin.

Yuxarıda anladılan gözə yad cismin qaçması vəziyyətlərində, göz həkimləri ilk olaraq göz müayinəsi edilər. Gözdə görülən bir yad cism varsa onu çıxarırlar, göz qapağının altına baxaraq buraya sıxışmış "Bir yad cism varmı yoxdurmu?" deyə anlamağa çalışırlar.

Əgər kimyəvi yaralanma yaranıbsa, gözü steril serumlarla bir müddət yuyular. Daha sonra göz bir bandajla bağlayaraq, qapağının hərəkətinə maneə olaraq batma hissini azaldır ya da korneadakı zədə çoxdursa kontakt linza taxılaraq 1-2 gün xəstənin ağrısı keçirilə bilər. Bu arada göz qaçan cismin tipinə görə antibiotikli damlalar ya da süni göz yaşları istifadə edilə bilər.


GOZ.AZ
Göz Məlumatları       Tarix: 01 oktyabr 2024

Oxşar xəbərlər

Sulfasil göz damlası

Sulfasil damlasının tərkibi:. Natrium sulfasetamid. Köməkçi maddələr:. Natrium tiosulfat, 1 M xlorid turşusu məhlulu (pH 8,0-ə qədər), inyeksiya üçün su. İstifadə sahəsi:. Oftalmologiyada istifafə edilir. Antibakterial madd

Göz allergiyası

Son zamanlarda göz problemləri geniş vüsət alıb. Bu halların birdən çox səbəbi ola bilər. Əksər göz xəstəliklərində isə əlamətlər bənzər olur. Göz.az xəbər verir ki, mövsüm dəyişkənlikləri ilə bağlı gözdə allergiya hallar

Göz üçün eynək seçimi

Eynək, aksesuar olaraq istifadə edilə biləcəyi kimi ehtiyac olaraq da istifadə edilə bilər. Göz.az xəbər verir ki, uzaq və ya yaxın görməsində problem olan şəxslər və ya ancaq bəzək məqsədilə bu məhsulu istifadə edənlər günümüzd

Göz daşı əlamətləri

Vücudda daş ancaq böyrəkdə və ya öd kisəsində yaranmır. Gözlərdə yaranan yanma, batma və ya qaşıntının səbəbi gözdəki daş ola bilər. Göz.az xəbər verir ki, hər 10 şəxsdən birində görülən göz daşı, siqaret, spirtli içki istifadəsi

Göz üçün vitaminlər

Müasir həyat tərzi, qidalanma vərdişləri və artan digital ekran istifadəsi, göz sağlamlığına mənfi təsir göstərə bilər. Doğru qidalar və vitaminlərlə göz sağlamlığını dəstəkləmək mümkündür. Göz.az xəbər verir ki, sağlam gözlər

Göz yaralanması nədir?

Göz yaralanmaları arasında deşilmələr, yanıqlar və xətlər yer alır. Bunlar travmatik qəzalardan, kimyəvi maddələrə məruz qalmaqdan və ya gözə yad cismin qaçmasından qaynaqlana bilər. Göz.az xəbər verir ki, bir göz yaralanmas

Göz müayinəsinin qiyməti

Göz müayinəsi kiçikdən böyüyə hər kəsin müraciət etməli olduğu yoxlanışdır. Göz.az xəbər verir ki, göz müayinəsi 20 dəqiqə kimi davam edir. Müayinə nəticəsində torlu qişada problem aşkar edilərsə gözə damcı tökülərək gö

Göz səyirməsi nədir?

Göz səyirməsi, nəzarət edilə bilməyən göz əzələsi ya da göz qapağının anidən hərəkəti olaraq bilinir. Göz.az xəbər verir ki, tibbi adı miyokimi olan göz səyirməsində, qapaq bir neçə saniyədən bir hərəkət edə bilər. Bu vəziyyə

Göz qaşınmasının səbəbləri

Gündəlik işlər zamanı insanı narahat edən problemlərdən biri də gözlərin qaşınmasıdır. Bundan bir çox insan əziyyət çəkir. Göz qaşıntısının altında bir neçə faktorlar və xəstəliklər yata bilir. Göz qaşıntısının əsas faktor