Gözün yaxşı görməsi üçün nə etməli?

Gözün yaxşı görməsi üçün nə etməli?Gözlərin sağlamlığı bir çox orqanlar kimi vacibdir.

Göz.az xəbər verir ki, göz sağlamlığında qidalanma, göz məşqləri əsas rol oynayır. Göz üçün vitaminlər sayılan qidaları qəbul etmək göz sağlamlığı üçün olduqca əhəmiyyətlidir. Bununla siz göz xəstəlikləri riskini ən aza endirmiş olarsınız.

Bəs göz sağlamlığı üçün hansı qidalar tövsiyə edilir?

İspanaq

Çovdar

Sitrus meyvələri

Kahı

Buğda

Yaşıl yarpaqlı bitkilər.

Bununla yanaşı sinklə zəngin qidalardan hesab edilən qırmızı ət, noxud, lobya, kartof, soğan yemək də tövsiyə edilir. Bu növ qidalar gözü işığın zərələrindən qorumağa kömək ediərək görməni yaxşılaşdırır.

Kök, kəvər, cəfəri süd, yumurta, balıq növləri isə A vitamini ilə zəngin olduğundan gözlər üçün birbaşa effektiv rola malikdir.

Yumurta sarısı, kök, brokoli kimi qidalar sarı ləkə xəstəliyinin profilaktikasında rol oynayır.

Bəs qidalanma ilə görmənin dərəcəsini artırmaq olarmı?

Bəzi qidalar var ki bu istiqamətdə təsirə malikdir.

C vitamini ilə zəngin qidalar, həmçinin lutein, tərkibində E, Beta karotin, sink, selen olan qidalara üstünlük verilməlidir.

C vitamini ilə zəngin qidalar – Naringi, portağal, albalı, çiyələk, kətan toxumu, avokado, moruq, rəngli bibərlər və s.

Sink və selen tərkibli qidalar – noxud, dəniz məhsulları, püstə və s.

Beta karotinlə zəngin qidalar – kartof, portağal, manqo, ispanaq, ərik, bibər, gül kələmi və s.

E ilə zəngin qidalar – Badam, püstə, fındıq, avokado, yumurta və s.

Bəs gündəlik həyat tərzində hansı dəyişikliklər edilməlidir?
Gözün yaxşı görməsi üçün nə etməli?Xanımlar gecə makiyajla yatmamalıdırlar. Bu göz üçün zərərlidir. Həmçinin alan zaman makiyaj məhsullarının tərkibi yoxlanılmalıdır. Belə ki, bakteriyalar keyfiyyətsiz məhsullar sayəsində çoxala bilir. Göz sağlamlığını qorumaq üçün makiyaj məhsullarına diqqət etmək lazımdır.

Göz infeksiyası keçirən xəstələr isə istifadə etdikləri makiyaj məhsullarını atmalı, göz qələmindən uzun müddət istifadə etməməlidirlər. Kirpik xəttinin daxili hissəsində gözyaşı ifrazat kanalları var. Bunlarda tıxanmalara və infeksiyalara səbəb ola bilər.

Göz qələmindən istifadə edilsə belə gecə yatmazdan öncə göz təmizləyici vasitələrlə gözlər silinməlidir.

Televiziya, kompüter, planşet qarşısında da çox zaman keçirtmək tövsiyə edilmir. Gözlər yorulur, sinirlər gərginləşir. Bununla zəifləməyə zəmin yaranır. Tez-tez gözlərə istirahət verilməlidir. 20 dəqiqədən bir 20 saniyə gözlər ekrandan uzaqlaşmalıdır. Bu şüalar da əsasən gözün qurumasına və yorğun düşməsinə yol açır.

Bununla yanaşı gözləri tez-tez qırpmaq gərəklidir. Göz sağlamlığı üçün hər 20 dəqiqədən bir, 20 saniyə uzağa baxmaq, ekranı 50 sm məsafədə və yuxarı kənarını göz səviyyəsindən aşağıda saxlamaq, əks olunan işığın qarşısını almaq məsləhətdir.

Mənfi vərdişlərdən uzaq durulmalıdır. Çünki nə qədər düzgün qidalanmağa diqqət yetirilsə də, siqaret, içki kimi mənfi vərdişlər gözün zəifləməsinə yol aça bilər. Siqaretin yaşdan asılı olaraq makula degenerasiyası üçün ciddi risk təşkil edir. Bununla yanaşı katarakta kimi göz xəstəliyinin yaranma riskini artırır.


GOZ.AZ
Göz Məlumatları       Tarix: 10 sentyabr 2024

Oxşar xəbərlər

Gözə çay kompresi etmək olarmı?

Göz müayinəsində göz həkimləri tez-tez "Gözümə çay kompresi etdim" ya da "Etsəm olar" deyə ifadələr eşidir. Bəs gözə çay kompresi faydalıdırmı?. Göz.az xəbər verir ki, elmi cəhətdən xüsusilə yaşıl çayı

Oftamax göz damlası

Oftamaks göz damlası. Oftamax damlasının tərkibi:. Çobanyastığı – 150 mq. Ginko Biloba – 100 mq. Natrium xlorid – 0,90 %. Qaragilə - 100 mq. Oftamax damlası hansı vəziyyətlərdə istifadə edilir:. Bütün növ əzələ astenopiyalar

Göz yaralanmaları

Bəzi göz yaralanmaları dərhal müdaxilə edilməzsə qalıcı zədə və görmə itkisi ilə nəticələnə bilər. Göz.az xəbər verir ki, bəsit bəzi yaralanmalarda isə sadəcə infeksiyasından qoruyucu damlalar yetərlidir. Göz yaralanmalar

Göz yaralanması nədir?

Göz yaralanmaları arasında deşilmələr, yanıqlar və xətlər yer alır. Bunlar travmatik qəzalardan, kimyəvi maddələrə məruz qalmaqdan və ya gözə yad cismin qaçmasından qaynaqlana bilər. Göz.az xəbər verir ki, bir göz yaralanmas

Göz qapağının əsməsi

Bir ya da iki gözün sürətli şəkildə müxtəlif istiqamətlərə doğru hərəkət etməsi, əsməsi nistaqmus adlanır. Göz.az xəbər verir ki, bu, göz ilə beyin arasındakı yanlış bağlantıdan da qaynaqlanır. Göz titrəməsi ya da göz qapağ

Uşaqlarda göz şişməsi

Göz qapağı, allergiya, göz infeksiyası, göz yaralanması, göz qripi kimi səbəblərlə ortaya çıxa bilir. Göz.az xəbər verir ki, hər yaş qrupu insanlarda göz qapağı şişməsi meydana çıxa bilər. Uşaqlarda göz qapağı şişməsi n

Uşaq göz xəstəlikləri

Uşaqlarda göz xəstəlikləri son zamanlar geniş formada vüsət alıb. Göz.az xəbər verir ki, göz xəstəlikləri müxtəlif faktorlardan qaynaqlana bilər. Bəs ən çox görülən uşaq göz xəstəlikləri hansılardır?. Gözdə qanaxma – Körpələrd

Gözdə itdirsəyi niyə çıxır?

Gözdə itdirsəyi geniş yayılmış göz problemlərindən biridir. Göz.az xəbər verir ki, Herpes Simplex adı verilən bir virusun təsir göstərdiyi infeksiyadır. Təkrarlayan sızaqlara səbəb olur. Tez-tez dodaq, gözlər və genital orqanlar

Göz allergiyası

Son zamanlarda göz problemləri geniş vüsət alıb. Bu halların birdən çox səbəbi ola bilər. Əksər göz xəstəliklərində isə əlamətlər bənzər olur. Göz.az xəbər verir ki, mövsüm dəyişkənlikləri ilə bağlı gözdə allergiya hallar