Göz altı göyərmələri

Göz altı göyərmələriGözaltı göyərmələri, yorğunluq, yuxusuzluq və ya stress kimi faktorlara bağlı olaraq ortaya çıxa biləcək bir vəziyyətdir.

Bütün bunlarla yanaşı gözaltı göyərmələri bəzən daha ciddi sağlamlıq problemlərinin bir əlaməti olma ehtimalına sahibdir.

Yorğunluq və yuxusuzluq

Göz.az xəbər verir ki, gözaltı göyərmələrinin ən geniş yayılmış səbəbi yorğunluq və yuxusuzluqdur.

Kifayət qədər yatmamaq, dəri altındakı qan damarlarının genişlənməsinə və tünd rəngdə görünməsinə səbəb olur. Həmçinin yorğunluq dərinin dolğun görünməsinə yol açaraq göyərmələrin daha görünür hala gəlməsinə kömək edir. Yuxu rejimi göyərmələrin azalmasına kömək edər.

Gözaltı göyərmələrin səbəbləri:

Allergiyalar – Allergik reaksiyalar da gözaltı göyərmələrinə səbəb ola bilən vəziyyətləri içərisində yer alır. Allergiyalar histamin adlanan bir kimyəvi maddənin istehsalına səbəb olur və bu da qan damarlarının genişlənməsinə və dərinin şişməsinə yol açar. Allergiyalar həmçinin göz qaşıntısına və gözlərin ovuşdurulmasına səbəb olur. Bu da göz altındakı həssas dərini zədələyərək göyərmələrin ortaya çıxmasına yol açar.

Allergiyaların idarə edilməsi və uyğun müalicə, bu növ göyərmələrin azalmasına kömək olur.

Genetik faktorlar – Bu irsiyyətdən asılıdır. Ailədə gözaltı göyərmədən əziyyət çəkənlər varsa şəxsdə görünmə ehtimalı yüksəkdir. Bu növ göyərmələr həyat boyu davam edər və digər faktorlarla bağlı olaraq daha görünür hala gələr.

Anemiya – Qandakı qırmızı qan hüceyrələrinin və ya hemoqlabinin çatışmazlığı səbəbiylə vücud toxumalarına kifayət qədər oksigen daşınmaması vəziyyətidir. Bu vəziyyət, gözaltı göyərmələrinə səbəb olur. Anemiyanın digər əlamətləri arasında solğun dəri, yorğunluq, baş gicəllənməsi və nəfəs darlığı mövcuddur.

Dəmir əksikliyi, B12 vitamini əksikliyi və xroniki xəstəliklər anemiyaya yol açar. Anemiyanın müalicəsi, altda yatan səbəbin müəyyənləşməsi və uyğun formada idarə edilməsini təşkil edir.

Tiroid xəstəlikləri – Tiroid vəzinin düzgün çalışmaması və ya həddindən çox çalışması vücudun metabalizminə təsir göstərərək müxtəlif əlamətlərə yol açar.
Gözaltı göyərmələr, tiroid xəstəliklərinin bir əlamətidir.

Böyrək xəstəlikləri – vücudun su və elektrolit tarazlığına təsir göstərərək gözlatı göyərmələrinə səbəb olur. Böyrəklərin düzgün çalışmaması vücudda maye toplanması və ödəm meydana gətirməsinə yol açır. Bu vəziyyət göz altındakı həssas dərinin şişməsinə və göyərməsinə yol açar.

Qocalma – Yaşlanma müddəti də gözaltı göyərmələrinin ortaya çıxmasına səbəb olur. Qocaldıqca dəri incəlir və kollagen istehsalı azalır.

Bu vəziyyət dərinin altındakı qan damarlarının daha müəyyən hala gəlməsinə və göyərmələrin ortaya çıxmasına yol açar.

Bundan əlavə gözaltı göyərmələrin səbəbləri:

Genetik səbəblər

Təbii qocalma müddəti

Atopik dermatit, allergik dermatit, dəri xəstəlikləri
Göz altı göyərmələriQlaukoma üçün istifadə edilən dərmanlar

Hamiləlik

K vitamini əksikliyi

Yuxusuzluq, həddindən çox yorğunluq

Ekran qarşısında çox oturmaq

Həddindən çox duz qəbulu

Yanlış qidalanma

Yetərli miqdarda su içmək.

Göz ətrafında qəhvəri rəng piqment artışına bağlı gözaltı göyərmələrin müalicəsi

Tropikal müalicə

Mezoterapiya

Kimyəvi pilinq

Lazer müalicələri.


GOZ.AZ
Göz Məlumatları       Tarix: 20 sentyabr 2024

Oxşar xəbərlər

Uşaqlarda göz infeksiyları

Uşaqlarda görülən göz infeksiyları nələrdir?. Göz.az xəbər verir ki, uşaqlarda tez-tez görülən göz infeksiyaları arasında konyuktivit, dakriyosistit və kornea infeksiyaları mövcud olur. Konyuktivit, gözün xarici səthini əhat

Göz yaralanması nədir?

Göz yaralanmaları arasında deşilmələr, yanıqlar və xətlər yer alır. Bunlar travmatik qəzalardan, kimyəvi maddələrə məruz qalmaqdan və ya gözə yad cismin qaçmasından qaynaqlana bilər. Göz.az xəbər verir ki, bir göz yaralanmas

Göz qapağının əsməsi

Bir ya da iki gözün sürətli şəkildə müxtəlif istiqamətlərə doğru hərəkət etməsi, əsməsi nistaqmus adlanır. Göz.az xəbər verir ki, bu, göz ilə beyin arasındakı yanlış bağlantıdan da qaynaqlanır. Göz titrəməsi ya da göz qapağ

Gözə yad cismin qaçması

Gözlər ən həssas orqanlardan biridir. Göz.az xəbər verir ki, bu səbəbdən xüsusilə gözə yad cismin qaça biləcəyi işlər edərkən qoruyucu eynək taxmaq çox əhəmiyyətlidir. Xüsusilə gözə sürətlə gələn metal, daş parçası kimi kiçi

Tetrasiklin göz mazı

Tetraskilin göz mazı nədir?. Tetrasiklin antibiotik hesab edilir. Göz.az xəbər verir ki, 1% Tetrasiklin məlhəmi infeksion lezyonlarda gözlərin müalicəsində istifadə edilir. Oftalmoloji problemlər zamanı istifadə edilir. Hans

Sulfasil göz damlası

Sulfasil damlasının tərkibi:. Natrium sulfasetamid. Köməkçi maddələr:. Natrium tiosulfat, 1 M xlorid turşusu məhlulu (pH 8,0-ə qədər), inyeksiya üçün su. İstifadə sahəsi:. Oftalmologiyada istifafə edilir. Antibakterial madd

Göz ağrısının səbəbləri

Göz ağrısı bir çox göz probleminə bağlı olaraq ortaya çıxa bilən şikayətdir. Göz.az xəbər verir ki, göz ağrısı bəzən ciddi göz problemlərinin əlaməti ola bilər. Göz ağrısının sebebleri nələrdir?. Çox yüksək göz təzyiqi. Skleri

Göz allergiyası

Son zamanlarda göz problemləri geniş vüsət alıb. Bu halların birdən çox səbəbi ola bilər. Əksər göz xəstəliklərində isə əlamətlər bənzər olur. Göz.az xəbər verir ki, mövsüm dəyişkənlikləri ilə bağlı gözdə allergiya hallar

Gözdə itdirsəyi niyə çıxır?

Gözdə itdirsəyi geniş yayılmış göz problemlərindən biridir. Göz.az xəbər verir ki, Herpes Simplex adı verilən bir virusun təsir göstərdiyi infeksiyadır. Təkrarlayan sızaqlara səbəb olur. Tez-tez dodaq, gözlər və genital orqanlar