Hansı ağrılarda hansı göz damlası istifadə edilməlidir?

Hansı ağrılarda hansı göz damlası istifadə edilməlidir?İstər göz quruluğu, istər konyuktivit, göz qızarıqlığı və ya qaşıntı probleminiz varsa, əksər göz probleminin əlamətlərini yüngülləşdirmək üçün bir göz damlası və ya məlhəm mövcuddur.

Hansı göz damlasının və ya məlhəmin ən yaxşı olduğunu müəyyənləşdirmək, hansı növ göz narahatlığınızın olduğuna bağlıdır:

Quruluq

Qızarıqlıq

İnfeksiya

Allergiyalar

Qaşıntı

Ağrı

Şişlik

İltihablanma

Göz.az xəbər verir ki, göz damlaları və məlhəmlər iki kateqoriyaya ayrılırlar:

Reseptli və reseptsiz.

Reseptsiz təyin olunan damlalar bir çox vəziyyətdə uyğundur və adətən reseptlə qeyd edilən damlalardan daha çox istifadə edilir.

Göz qızarıqlığı üçün göz damlaları

Dekonjestan göz damlaları və ya ağardıcı göz damlalarının tərkibində, gözlərinizin bəyaz qismindəki kiçik qan damarlarını kiçildərək daha az görünür hala gətirmək səbəbiylə gözlərdəki qızarıqlığı ortadan qaldıran vazokonstriktörlər mövcuddur.
Hansı ağrılarda hansı göz damlası istifadə edilməlidir?Bu növ göz damlaları qızarıqlıqdan xilas olmada effektli olsa da əsas altda yatan problemə diqqət yetirin. Bir göz damlası həkimin tövsiyə etdiyi müddət qədər istifadə edilməlidir. Gözləriniz yorğunluq, quruluq, yuxusuzluq, zədələnmə səbəbiylə qızarırsa, reseptsiz göz damlası güvənli rahatlama təmin edə bilir. Gözləriniz allergiya səbəbiylə qızarırsa, allergik vəziyyətlər üçün istifadə edilən damlalar gözünüzdən allergeni təmizləyərək əhəmyyətli dərəcədə kömək ola bilər.

Ağrılı gözlər, şişlik və ya axıntı üçün göz damlaları

Ağrı üçün göz damlası istifadə etməyi düşünmədən öncə təmədə yatan səbəbi müəyyən etmək vacibdir. Adətən gözlər, quru, gərgin, yorğun və ya sadəcə həddindən çox istifadə nəticəsində ağrı yaradır. Ancaq gözlərinizdəki ağrı artarsa, dərhal oftalmoloqa müraciət etmək lazımdır.

Süni göz yaşı olaraq da bilinən damlalar, ağlama, allergiyalara bağlı göz axıntısı və iltihablanmadan qaynaqlanan şişlik, gözdəki streslərdən qaynaqlanan göz zədələnməsində rahatlama təmin edə bilər.

Konyuktivit və digər infeksiyalar üçün göz damlaları

Müxtəlif konyuktivit tipləri üçün fərqli göz damlası tipləri gərəkli ola bilər, bu səbəbdən uyğun müalicəni müəyyənləşdirmək üçün oftalmoloqa mürciət etməlisiniz.

Bakterial konyuktivit adətən qalın, sarı axıntı ilə birlikdə gözlərinizdə qızarıqlıq, yanma, ağrı halları yarada bilir. Bu hal sadəcə oftalmoloqun müayinəsi əsasında təyin ediləcək damlalarla müalicə edilməlidir.

Virus konyuktivit isə yoluxucudur. Bəzi virus tiplərdəki konyuktivit öz-özünə keçər, ancaq şiddətli tiplər ağ göz axıntısı ilə birlikdə qırmızı, sulu, ağrılı gözlərə səbəb olur. Hətta bulanıq görmə də yarada billər. Soyuq buz kompreslər simptomları yüngülləşdirə bilər. Ancaq əlamətlər pisləşərsə əlavə müalicə üçün həkiminizə müayinə olunun.

Allergik konyuktivit göz qızarıqlığının ən geniş yayılan səbəblərindəndir və adətən qaşıntı, göz qapaqlarında şişlik və göz sulanmasına yol açır. Bu isə yoluxucu deyil. Bu halların qarşısını almaq üçün allergik təsiri aradan qaldıran və reseptsiz satılan göz damlalarından istifadə edə bilərsiniz.


GOZ.AZ
Göz Məlumatları       Tarix: 17 sentyabr 2024

Oxşar xəbərlər

Uşaqlarda göz infeksiyları

Uşaqlarda görülən göz infeksiyları nələrdir?. Göz.az xəbər verir ki, uşaqlarda tez-tez görülən göz infeksiyaları arasında konyuktivit, dakriyosistit və kornea infeksiyaları mövcud olur. Konyuktivit, gözün xarici səthini əhat

Göz yaralanması nədir?

Göz yaralanmaları arasında deşilmələr, yanıqlar və xətlər yer alır. Bunlar travmatik qəzalardan, kimyəvi maddələrə məruz qalmaqdan və ya gözə yad cismin qaçmasından qaynaqlana bilər. Göz.az xəbər verir ki, bir göz yaralanmas

Göz qapağının əsməsi

Bir ya da iki gözün sürətli şəkildə müxtəlif istiqamətlərə doğru hərəkət etməsi, əsməsi nistaqmus adlanır. Göz.az xəbər verir ki, bu, göz ilə beyin arasındakı yanlış bağlantıdan da qaynaqlanır. Göz titrəməsi ya da göz qapağ

Gözə yad cismin qaçması

Gözlər ən həssas orqanlardan biridir. Göz.az xəbər verir ki, bu səbəbdən xüsusilə gözə yad cismin qaça biləcəyi işlər edərkən qoruyucu eynək taxmaq çox əhəmiyyətlidir. Xüsusilə gözə sürətlə gələn metal, daş parçası kimi kiçi

Tetrasiklin göz mazı

Tetraskilin göz mazı nədir?. Tetrasiklin antibiotik hesab edilir. Göz.az xəbər verir ki, 1% Tetrasiklin məlhəmi infeksion lezyonlarda gözlərin müalicəsində istifadə edilir. Oftalmoloji problemlər zamanı istifadə edilir. Hans

Sulfasil göz damlası

Sulfasil damlasının tərkibi:. Natrium sulfasetamid. Köməkçi maddələr:. Natrium tiosulfat, 1 M xlorid turşusu məhlulu (pH 8,0-ə qədər), inyeksiya üçün su. İstifadə sahəsi:. Oftalmologiyada istifafə edilir. Antibakterial madd

Göz ağrısının səbəbləri

Göz ağrısı bir çox göz probleminə bağlı olaraq ortaya çıxa bilən şikayətdir. Göz.az xəbər verir ki, göz ağrısı bəzən ciddi göz problemlərinin əlaməti ola bilər. Göz ağrısının sebebleri nələrdir?. Çox yüksək göz təzyiqi. Skleri

Göz allergiyası

Son zamanlarda göz problemləri geniş vüsət alıb. Bu halların birdən çox səbəbi ola bilər. Əksər göz xəstəliklərində isə əlamətlər bənzər olur. Göz.az xəbər verir ki, mövsüm dəyişkənlikləri ilə bağlı gözdə allergiya hallar

Gözdə itdirsəyi niyə çıxır?

Gözdə itdirsəyi geniş yayılmış göz problemlərindən biridir. Göz.az xəbər verir ki, Herpes Simplex adı verilən bir virusun təsir göstərdiyi infeksiyadır. Təkrarlayan sızaqlara səbəb olur. Tez-tez dodaq, gözlər və genital orqanlar