Göz xəstəliklərinin əlamətləri

Göz xəstəliklərinin əlamətləriGöz xəstəlikləri, ətraf ya da genetik faktorlara bağlı olaraq inkişaf edən və müxtəlif görmə problemlərinə yol aça bilən fiziki narahatlıqdır.

Göz.az xəbər verir ki, göz qapaqlarında, gözü xarici faktorlara qarşı qoruyan göz zərində, göz yaşı kanallarında, göz mərcəyində ya da gözü əhatə edən sinir toxumalarında meydana gələn hər növ xəstəlik göz xəstəlikləri olaraq adlandırılır.

Göz xəstəliklərinin elametleri nələrdir?

Vücudun ən əhəmiyyətli orqanlarından biri olan gözlərdə ortaya çıxan hansısa bir problem görmə hissində geriləməyə ya da göz içərisində batma, yanma və bənzəri şikayətlərə yol açdığı üçün göz xəstəliklərinin əlamətləri asanlıqla fərq edilə bilər.

Gözdə ağırlıq və ağrı

Gözə yad cism batmış hissi

Gözlərin sulanmas, ağlama formasında göz yaşının gəlməsi

Şiddətli göz qaşıntıları

Gözdə qızarıqlıq, yanma hissi

Aşağı göz qapağı

Gözləri qıyaraq baxmaq və s.

Göz xəstəliklərinin səbəbləri nələrdir?

Görməyi çətinləşdirən az ya da çox işıqda çalışmaq

Gözə yad cism qaçması nəticəsində yaranan göz zədəsi

Sinüzit, baş ağrısı, qrip

Diabet, ürək xəstəliyi kimi problemlər

Genetika

Göz xəstəliklərinin növləri nələrdir?
Göz xəstəliklərinin əlamətləriQlaukoma: Gözdaxili mayeni xaricə buraxan kanallarda meydana gələn tıxanıqlıq mayenin xaricə kifayət miqdarda boşaldılmamasına səbəb olub təzyiqi artırır. Bu da şiddətli baş ağrısına, görmə pozuntularına gətirib çıxarır.

Katarakta – Digər adı ilə desək mirvari suyu. Bir çox şəxslərdə görülür. İşığa qarşı həssaslıq yaradır, gözdən sanki pərdə asılmış hiss verir və görmə pozuntusu yaradır.

Rəng korluğu: Görmə mərkəzində rəngi ayırd etməməyi təmin edən özəl piqmentlərin olmaması ya da kifayət qədər piqmentin mövcud olmamasına bağlı inkişaf edir.

Çəplik: Doğuşdan gələn və ya yüksək hərarətli xəstəliklərdən sonra yaranan problemdir.

Allergik konyuktivit – Cəmiyyətdə çox görülən göz xəstəliklərinin göz allergiyasındadan qaynaqlanaraq yarandığı söylənə bilər. Dərmanlara və makiyaj məhsullarına qarşı inkişaf edən təmas göz allergiyası, isti və quru iqlimdən qaynaqlanan Bahar göz allergiyası, mövsümi allergik konyuktivitin ən çox görülən allergik göz xəstəliklərindəndir.

Bundan əlavə miopiya, astiqmatizm də geniş yayılan göz xəstəlikləri sırasındadır.

Göz xəstəliklərinin müalicəsi üçün ilkin olaraq düzgün diaqnoz qoymaq əsas şərtdir. Bundan sonra qaynaqlanan göz probleminə uyğun müalicə tərtib edilə bilər.


GOZ.AZ
Göz Xəstəlikləri       Tarix: 07 sentyabr 2024

Oxşar xəbərlər

Hipermetropiya xəstəliyi

Hipermetropiya cəmiyyətdə miopiyadan sonra çox böyük bir faizi təşkil edir. Göz.az xəbər verir ki, hipermetropiyalı göz uzaqdakı əşyaya baxarkən gələn görüntünün retinann arxasında cəmlənməsidir. Hipermetropiya nədir?. Hipermetropiy

Ən təhlükəli göz xəstəlikləri

Göz xəstəlikləri nədir?. Göz həkimlərinə tez-tez verilən suallardan biri "Ən təhlükəli göz xəstəlikləri nələrdir?" sualıdır. Göz ən vacib hiss orqanı olub, görməyi itirmək şəxsin başına gələ biləcək ən təhlükəl

Astiqmatizm göz xəstəliyi

Astiqmatizm, bulanıq görməyə səbəb olan bir göz qüsurudur. Göz.az xəbər verir ki, astiqmatizmdə kornea tam olaraq yumru deyil, işıq natamam formada qırılır və bu da uzaq və ya yaxın fərq edilmədən görməni bulanıqlaşdırır

Göz üzərində kista, xalazyon xəstəliyi nədir?

Göz qapağının altında ya da üstündə yaranan kistalar şalazyon olaraq adlandırılır. Göz.az xəbər verir ki, gözdə mövcud olan yağ vəzlərinin tıxanması ya da iltihablanması ilə yaranan şalazyon ağrısızdır. Bu kistalar qısa müddətdə

Diabetik retinopatiya

Diabet (şəkər xəstəliyi) olan şəxslərdə diabetin fəsadı olaraq ortaya çıxa biləcək olan göz problemlərinə diabetik göz xəstəliyi deyilir. Diabetik göz xəstəliyində görülə biləcək problemlər:. Diabetik retinopatiya: Retin

Göz təzyiqi, Qlaukoma xəstəliyi

Göz təzyiqi adlandırılan qlaukoma, göziçi təzyiqinin yüksəlməsi nəticəsində yaranan göz siniri zədələnməsi fonunda xarakterizə edilir. Erkən aşkarlanıb müalicə edilmədiyi vəziyyətdə qalıcı görmə itkisinə yol açan göz xəstəliyidir

Gecə korluğu

Cəmiyyətdə tez-tez izlənilən görmə problemləri bəzən müəyyən vəziyyətlərdə özünü daha qabarıq göstərir. Erkən zaman təsbit edilən bu əlamətlər, işarət etdiyi ciddi sağlamlıq problemlərinin erkən müdaxilə ilə müalicə edil

Göz qapağı iltihabı, blefarit nədir?

Göz qapaqları, gözlərin üzərini örtən və yad maddələrin girişinə, qurumağa, yaralanmalara qarşı gözləri qoruyan dəri zədələnməsidir. Göz.az xəbər verir ki, bu qapaqlar, kənar qismlərində yer alan incə və qıvrım tüklərdə

Korluq yaradan xəstəliklər

Korluq nədir?. Göz.az xəbər verir ki, korluq, gözün görmə funksiyasını yerinə yetirməməsi deməkdir. Ancaq tam korluqdan bəhs edilən şəxsin işığı görməməsi gecə-gündüz fərqini o gözlə edə bilməməsi deməkdir. Qismən görmədə