Ən təhlükəli göz xəstəlikləri

Ən təhlükəli göz xəstəlikləriGöz xəstəlikləri nədir?

Göz həkimlərinə tez-tez verilən suallardan biri "Ən təhlükəli göz xəstəlikləri nələrdir?" sualıdır. Göz ən vacib hiss orqanı olub, görməyi itirmək şəxsin başına gələ biləcək ən təhlükəli hadisələrdən biridir.

Ən təhlükəli göz xəstəliklərinin əlamətləri və müalicəsi

Göz.az xəbər verir ki, bir çox təhlükəli göz xəstəliyi erkən diaqnoz sayəsində müalicə edilə bilir. Görmə itkisinə yol açma ehtimalı olan xəstəliklərdən və ya görmə itkisi yarandığında geri dönüşü olmayan vəziyyətlərdən bəhs edəcəyik.

Ən təhlükəli göz xəstəlikləri nələrdir?
Ən təhlükəli göz xəstəlikləriQlaukoma

Sarı nöqtə xəstəliyi

Retina dekolmani

Şəkər xəstəliyinə bağlı yaranan korluq

Gözdəki atar və toplar damar tıxanıqlıqları

Göz travmaları

Uşaqlarda katarakta

Göz təzyiqi

Göz infeksiyaları

Üveitə bağlı göz qızarması

Ağrısız görmə itkisi

Qlaukoma – Göz təzyiqi ya da tibbi adı glokom bu növ xəstəliklərin başında gəlir. Göz təzyiqi xəstəliyi əlamət vermədən uzun illər irəliləyici qalıcı korluqla nəticələnə bilər. Bunun önünə keçmənin tək yolu müntəzəm göz müayinələrinin edilməsi və bu müayinələrdə göz təzyiqinin ölçülməsidir. Gözün ön hissəsinin dar olması ilə xarakterizə olub, ani göz təzyiqinin yüksəlməsi və saatlar içində görmə itkisinin inkişafı ilə ortaya çıxar.
Ən təhlükəli göz xəstəlikləriŞəkər xəstəliyinə bağlı göz xəstəlikləri – Gözlərə təsir göstərən sistemik xəstəliklərin başında gəlir. Şəkər xəstəliyi gözə təsir etməyə başladığında görmə dərhal pozulmur, xəstə görmədə itki hiss etdiyində adətən iş işdən keçmiş olur. Bu səbəbdən heç bir şikayət olmasa da ildə bir dəfə göz dibi müayinəsi olunmalıdır.

Retina dekolmani – Başqa xəstəliyi olmayan gənc ya da yaşlı şəxslərdə birdən ortaya çıxa bilən, retinada bir deşik ya da yırtığın yaranması nəticəsində ağ təbəqənin yerindən ayrılması vəziyyətidir. Gecikilərsə cərrahiyyəyə ehtiyac olur və bəzən qalıcı görmə itkisi yarana bilər.

Göz travmaları – Ən təhlükəli göz problemləri arasındadır. Deşici travmalar daha da təhlükəlidir. Təcili əməliyyat edilib göz bütövlüyü təmin edilməli zədə bərpa edilməlidir. Gözə travma yarana biləcək vəziyyətlərdə qoruyucu eynək istifadə edilməli, təhlükəsizlik tədbirləri görülməlidir.

Göz infeksiyaları – Göz infeksiyaları çox qarşılaşılan, ancaq bəzi vəziyyətlərdə çox ciddi nəticələr doğura bilən patologiyalardır. Xüsusilə gözə cism vurması, ya da kontakt linza istifadəsi kim vəziyyətlərdə bu infeksiyalar gözün daxili təbəqələrinə irəliləyə bilir.

Bu səbəbdən görmə bulanıqlığı, həddindən çox palçıqlaşma, korneada ağ sahə görmə vəziyyətində zaman itirmədən oftalmoloqa müraciət edilməlidir.


GOZ.AZ
Göz Xəstəlikləri       Tarix: 06 oktyabr 2024

Oxşar xəbərlər

Kornea xəstəlikləri

Kornea 5 ayrı təbəqədən yaranır. Ən üstdəki təbəqə 24-48 saat içində özünü yeniləyən bir toxumadır. Kornea, quruluşunda bir çox sinir lifi olduğundan xarici faktorlara qarş çox həssasdır. Kornea xəstəlikləri nələrdir?. Korne

Korluq yaradan xəstəliklər

Korluq nədir?. Göz.az xəbər verir ki, korluq, gözün görmə funksiyasını yerinə yetirməməsi deməkdir. Ancaq tam korluqdan bəhs edilən şəxsin işığı görməməsi gecə-gündüz fərqini o gözlə edə bilməməsi deməkdir. Qismən görmədə

Üveit xəstəliyi nədir?

Üveit, göz kürəsi qabığının orta təbəqəsi olan və damardan zəngin olan uvea toxumasının iltihabıdır. Göz.az xəbər verir ki, üveitlərin gözdə olduğu yerə bağlı dəyişik adlarla adlandırılır. Əgər uveanın ön qismi olan iri

Göz üzərində kista, xalazyon xəstəliyi nədir?

Göz qapağının altında ya da üstündə yaranan kistalar şalazyon olaraq adlandırılır. Göz.az xəbər verir ki, gözdə mövcud olan yağ vəzlərinin tıxanması ya da iltihablanması ilə yaranan şalazyon ağrısızdır. Bu kistalar qısa müddətdə

Göz təzyiqi, Qlaukoma xəstəliyi

Göz təzyiqi adlandırılan qlaukoma, göziçi təzyiqinin yüksəlməsi nəticəsində yaranan göz siniri zədələnməsi fonunda xarakterizə edilir. Erkən aşkarlanıb müalicə edilmədiyi vəziyyətdə qalıcı görmə itkisinə yol açan göz xəstəliyidir

Astiqmatizm göz xəstəliyi

Astiqmatizm, bulanıq görməyə səbəb olan bir göz qüsurudur. Göz.az xəbər verir ki, astiqmatizmdə kornea tam olaraq yumru deyil, işıq natamam formada qırılır və bu da uzaq və ya yaxın fərq edilmədən görməni bulanıqlaşdırır

Gözün qanlanması, qan damarlarının partlaması nədir?

Bilinən tibbi adıyla subkonjonktival hemoraji xalq arasında gözə qan gəlməsi olaraq adlandırılır. Göz.az xəbər verir ki, gözə qan gəlməsi gözün bəyaz qismində yer alan incə damarlardan hansısa birinin yırtılması və içind

Diabetik retinopatiya

Diabet (şəkər xəstəliyi) olan şəxslərdə diabetin fəsadı olaraq ortaya çıxa biləcək olan göz problemlərinə diabetik göz xəstəliyi deyilir. Diabetik göz xəstəliyində görülə biləcək problemlər:. Diabetik retinopatiya: Retin

Göz qripinin əlamətləri

Gözlərin çəhrayı və qırmızıya bənzər rəngə bürünməsi ilə ortaya çıxan göz qripi, göz qapağı və göz kürəsini əhatə edən şəffaf zər olan konyuktivitın iltihablanması vəziyyətidir. Göz.az xəbər verir ki, allergiyalar və ya bakteria