Sağ göz ağrısı nədir?

Sağ göz ağrısı nədir?Gündəlik işlər, qayğılar göz sağlamlığını arxa plana ata bilər.

Göz.az xəbər verir ki, ancaq sağ göz ağrısı kimi problemləri görməzdən gəlmək daha ciddi problemlərə yol aça bilər.

Sağ göz ağrısı nədir?

Sağ göz ağrısı, xüsusilə sağ gözdə yaşanan narahatlıq və ya ağrını ifadə edən bir termindir. Bəsit göz problemi kimi görünə bilər, ancaq bu narahatlığa yol açan müxtəlif faktorlar ola bilər.

Sağ göz ağrısı nə üçün olur?

Uzun müddət ekranlardan istifadə etmək, allergiyalar, sinüs infeksiyaları, göz yorğunluğu və ya təmək sağlamlıq problemləri kimi müxtəlif səbəblər sağ göz ağrısına yol aça bilər. Ağrının səbəbinə görə müalicə planı tərtib edilir.

Digital göz yorğunluğu – Ağıllı telefonlar, tabletlər kimi ekranlara uzun müddət baxmaq da bu kimi ağrılara səbəb olur. Uzun müddət ekran müddəti, ekran parlaqlığı, azalan göz qırpma göz yorğunluğuna yol aça bilər. Bu da gözləri çətinə salar və ağrıya səbəb ola bilər.

Allergiyalar - Gözlər həssas orqan olduqları üçün ətrafda olan müxtəlif allergenlərə reaksiyanı tez verə bilərlər. Polen, toz, ev heyvanlarının tükləri, hava kirliliyi gözlərdə allergik reaksiyalara səbəb ola bilir.

Sinüs infeksiyaları – Sinüs infeksiyaları da göz problemlərinə zəmin yaradır. Sinüslər və gözlər bir-biri ilə əlaqəlidir. İnfeksiyalar gözdə ağrıya yol aça bilər.

Göz yorğunluğu – Digital göz yorğunluğuna bənzər formada ümumi göz yorğunluğu və sağ göz ağrısına yol aça bilər.
Sağ göz ağrısı nədir?Sağ göz ağrısının əlamətləri nələrdir?

Sağ göz ağrısı ilə bağlı əlamətləri tanımaq, uyğun hərəkət tərzini müəyyənləşdirmək üçün əhəmiyyətlidir.

Diqqət ediləcək əlamətlər:

Göz narahatlığı: Təməl simptom adətən sağ gözdə yüngül ağrı və ya kəskin ağrıdır.

Qızarıqlıq: Təsirlənən göz, iltihablanma səbəbiylə normaldan daha qırmızı görünə bilər.

Quruluq: Gözdə quruluq və qumlu bir hiss yarada bilər.

Bulanıq görmə: Bəzi şəxslərdə keçici bulanıq görmə yaşana bilər.

İşıq həssaslığı: İşıq həssaslığının artdığı, fotofobiya deyilən vəziyyət müşahidə edilə bilər.

Göz yaşarması: Göz problemi olan şəxslərdə bu hal tez-tez yaşanır.

Sağ göz ağrısına nə yaxşı təsir göstərir?

Bir neçə üsul mövcuddur.

İlıq kompreslər: Gözləri rahatlaşdırmaq üçün istifadə edə bilərsiniz. Təmiz bir bez və ya pambıqlı əskini ilıq suya batırın, yüngül formada sıxın və ardından gözlərinizin üzərinə yerləşdirin. Bu əzələlərin rahatlanmasına kömək ola bilər.

Göz hərəkətləri: Göz idman hərəkətləri edilə bilər. Gözləri yavaşca yuxarı, aşağı, sağa və sola doğru hərəkət etdirin.
Sağ göz ağrısı nədir?Dincəlmə və yuxu: Kifayət qədər yuxu almamaq da sağ göz ağrısına faydalı ola bilər.

Kafeindən qaçınma – Ağrınızı artıra bilər. Bu səbəbdən qəhvə, çay və enerji içkilərindən qaçınmaq sağ göz ağrısını yüngülləşdirə bilər.

Bol su içmək – Vücudunuzu yaxşı hidrate etmək, gözlərinizin nəmli qalmasına kömək ola bilər. Bol su içmək, göz quruluğunu azalda bilər və sağ göz ağrısını yüngülləşdirə bilər.

Göz damlaları – Apteklərdən əldə edə biləcəyiniz süni göz yaşı damlaları göz quruluğunu və zədələnməni yüngülləşdirə bilər.

Bundan başqa səbəbdən asılı olaraq allergik dərmanlar, süni göz damlaları, isti kompreslər göz ağrısına faydalı ola bilər.


GOZ.AZ
Göz Həkimi       Tarix: 05 oktyabr 2024

Oxşar xəbərlər

Göz qapaqlarının sallanması

Aşağı göz qapağı nədir?. Göz qapağı sallanması, gözün qapağının gözün alt qapağına doğru düşməsi formasıdır. Bu düşüklük isə gözün hansısa bir yaralanmağa, qocalmağa və ya doğuşdan asılı olaraq yarana bilər. Aşağı göz qapağını

Vitrektomiya əməliyyatı

Gözlə bağlı xəstəliklər anlatılarkən göz ikiyə ayrılır. Gözün ön və arxa seqmenti. Göz.az xəbər verir ki, ön qismində kornea və linza, arxa qismində vitreous və retina mövcuddur. Vitreus, göz kürəsinin daxili hissəsini dolduran

Lasik göz əməliyyatı nədir?

Lasik, laser-assisted in situ keratomileusis, bir göz əməliyyatıdır və gözlərdəki çəplik və ya eynək gərəkdirən refraktif xətaları düzəltmək üçün istifadə edilir. Göz.az xəbər verir ki, bu əməliyyat əsnasında, bir lazer istifad

Epiretinal membran əməliyyatı

Gözdə kəskin və rəngli görməyi təmin edən mərkəzi retina nahiyəsinin üzərində parlaq və şəffaf qişa formasında bir toxuma inkişaf etməsinə epiretinal membran adı verilir. Göz.az xəbər verir ki, epiretinal Membran (ERM) torl

Keratokonus nədir?

Ən əsas əlaməti mütəmadi olaraq irəliləyən eynək nömrəsidir. Keratokonus irəliləyici bir xəstəlik olduğu üçün, ilk olaraq xəstəliyin aşkar olunduqdan sonrakı məqsəd xəstəliyin dayandırılmasıdır. Kornea xəritəsi ən dəyərl

Blefaroplastika əməliyyatı

Göz qapağı estetikası ya da blefaroplastika, alt və üst göz qapaqlarına tətbiq edilən, sallanmış dəri və artıq əzələ toxumasının çıxarılması və göz ətrafı toxumalarının gərilməsi istiqamətində plastik cərrah tərəfindən edilə

Ağıllı linza nədir?

Hər insanın gözündə həm şəffaf həm də geniş olan təbii mərcək vardır. Hər yaxın və uzaq görüş ilə mərcək bu genişlik səbəbiylə formasını dəyişdirərək görülən məsafəyə cəmlənir. Beləliklə həm məsafə həm də yaxın görüş açı

No Touch lazer əməliyyatı

Eynək və linza kimi görməyə kömək edən vasitələr, şəxslərin həyat keyfiyyətinə mənfi istiqamətdə təsir göstərir. Göz.az xəbər verir ki, no touch lazer əməliyyatıyla bərabər görmə funksiyalarında sağalma görülür. Əməliyya

Horner sindromu nədir?

Göz qapağının düşdüyü, göz çuxurluğu, göz bəbəyində daralma və üzdə tərləyə bilməmə kimi problemlərlə özünü göstərən Horner sindromu, bir çox sağlamlıq problemi ilə əlaqədar inkişaf edə bilər. Göz.az xəbər verir ki, doğuşda