Göz qapaqlarının sallanması
Aşağı göz qapağı nədir?
Göz qapağı sallanması, gözün qapağının gözün alt qapağına doğru düşməsi formasıdır. Bu düşüklük isə gözün hansısa bir yaralanmağa, qocalmağa və ya doğuşdan asılı olaraq yarana bilər.
Aşağı göz qapağının səbəbləri
Göz.az xəbər verir ki, göz qapağında meydana gələn ödəm, şişliklər, kontakt linza istifadəsi, göz qapağının travmatik səbəblərlə ya da yaşa bağlı olaraq rahatlama vəziyyəti kimi bir çox səbəb ola bilər.
Bəzi nevroloji vəziyyətlər arasında isə göz qapağını qaldırma mövzusunda funksiyanı yerinə gətirən sinirin diabet və hipertoniya ilə bağlı olaraq zərər görməsi ya da beyin içindəki dövranı əsnasında yaranan təzyiq, sinir-əzələ qovşağındakı bəzi patologiyalar və göz əzələlərinə də təsir göstərən bir neçə əzələ xəstəlikləri ola bilər.
Bundan əlavə aşağı göz qapaqlarının səbəbləri aşağıdakılar ola bilər:
Kollagenin itməsi – Yaş artdıqca kollagen ehtiyyatı tükənir.
Elastikliyin itməsi – Bu adətən yaşlılarda ba verir.
Günəşə həddindən çox məruz qalma – Çünki günəşin ultrabənövşəyi şüalarına məruz qalmaq kollagenin və elastinin deqradasiyasına gətirib çıxarır, sallanma prosesini sürətləndirir.
Öncə göz qapağı sallanmasının səbəi təsbit edilməlidir. Əgər doğru diaqnoz edilmədən cərrahi müdaxilə edilirsə müalicə edilə bilməz vəziyyətə gələ bilər.
Göz qapağı sallanması əgər travmaya bağlı olaraq həyata keçibsə 6 ay gözləmək gərəklidir. Göz qapağı sallanması əməliyyatı isə qapağın yuxarı doğru tutan və ya qaldırmağı təmin edən əzələnin çalışmaması nəticəsində yaranan prosedurdur.
Əməliyyat müddəti və dərəcəsi isə göz qapağının çalışma vəziyyətə görə dəyişiklik göstərməkdədir. Uşaqlarda görülən göz qapağı sallanması isə əməliyyatla müsbət nəticələr ortaya qoyulan vəziyyətdədir.
Göz qapağı sallanmasını artıran səbəblər:
Diabet
Ağız əzələ spazmı
Sinir sisteminə aid xəstəliklər gözdəki qapağın riskini artıran səbəblər arasında yer alır.
Bəs göz dərisi sallanmalarının müalicə yolu hansıdır?
Bunu bir neçə üsulla etmək olar. Buna pasiyent həkimlə birlikdə qərar verəcəkdir.
Bu cərrahi üsullar hansılardır?
Blefaroplastika – Bu zaman artıq toxuma və piy qatı çıxarılır. Gözlərin daha gənc görünməsinə səbəb olur.
İp qaldırma – İplə dərini dartmaq və göz qapağı nahiyəsində liftinq effekti yaradaraq gözlərə yeni görünüş bəxş etmək mümkündür.
Bu qeyri-invaziv prosedur adlanır.
Lazer – Bu üsul, elastikliyin istehsalını stimullaşdırır, göz qapaqları ətrafındakı dəri tonunu yaxşılaşdıra və sallanmanı azalda bilər.
İnyeksiya - göz qapaqlarının konturunu yaxşılaşdırmağa və dərinin sallanmasını azaltmağa kömək edə bilər.
GOZ.AZ