Epiretinal membran əməliyyatı

Epiretinal membran əməliyyatıGözdə kəskin və rəngli görməyi təmin edən mərkəzi retina nahiyəsinin üzərində parlaq və şəffaf qişa formasında bir toxuma inkişaf etməsinə epiretinal membran adı verilir.

Göz.az xəbər verir ki, epiretinal Membran (ERM) torlu qişada, görmə mərkəzimiz sayılan makula üzərində yaranan incə pərdədir.

Epiretinal membran kimlərdə görülür?

50 ilə 70 yaş arasındakı şəxslərin təxminən 5 faizində səbəbi tam anlaşılmayan epiretinal membranın inkişaf riski vardır.

Epiretinal membranın səbəbi nədir?

Epiretinal membran əksər zaman arxa vitreus ayrılması səbəbiylə inkişaf edir. Bəzi vəziyyətlərdə retina dekolmani, retina damar xəstəlikləri və ya göz travması kimi xəstəliklərlə birlikdə izlənilir. Retina yırtıqlarını müalicə etmək üçün edilən lazer müalicələri və ya kriyoterapiyalar istəmədən xəstədə epiretinal membran yaranmasına səbəb ola bilir. Edilən retina dekolmani cərrahiyyələrinin sonrasında 2-3 faiz miqdarında epiretinal membranın inkişaf etdiyi aparılan araşdırmalarda tapılıb. Bəzən iltihabi göz xəstəlikləri də epiretinal membranın yaranmasına səbəb olur.

Epiretinal membranın əlamətləri nələrdir?

Epiretinal membran varlığında ilk simptom digər makula xəstəliklərində olduğu kimi mərkəzi görmədə pozulmadır. Xəstələr tipik olaraq santral görməyə maneə olan bir şeyin varlığından şikayət edərlər.
Görmə kəskinliyinin azalmasından sonra ən çox şikayət yazılı mətnləri oxuma və ya qarşılarında duran cismlərə baxma əsnasında yaşanır. Xəstələr cismləri olduqlarndan daha fərqli və əyri gerçəyindən daha böyük və kiçik gördüklərini anlatırlar.

Bu xəstəliyin digər retina xəstəlikləri ilə müqayisədə yaxşı tərəfi, xəstəliklərin bəyük əksəriyyətində tək tərəfli göz tutulmasının izlənilməsidir.

Makula retinanın nərkəzində 3-4 mm-lik bir hissədir. Uzaqdakı kiçik hissəni görmək, oxuma, yazma, rəngli görmə kimi ətraflı görmə funksiyaları makula ilə edilir. Epiretinal membran makula funksiyasını pozarsa mərkəzi görmə pozula bilər. Ətraflı və kəskin görmə zədələnə bilər.

Epiretinal membrane simptomları nələrdir?

Epiretinal membran əməliyyatıBəzi xəstələrdə görmə pozuntusu yaranmaz. Epiretinal membran illərlə əlamət vermədən görmə azalması olmadan sakit formada qala bilər. Ancaq makula funksiyası pozularsa mərkəzi görmə azalar. Uzaq və yaxını görmə funksiyaları azalır. Düz xətlər əyri görünər. Mərkəzi görmə sahəsində qaranlıq sahələr yaranır. Görmə funksiyaları gedərək azala bilər və ya dəyişmədən illərlə olduğu kimi qala bilər.

Epiretinal membran müalicəsi

Müalicə üçün göz damlaları ya da hansısa dərman yoxdur. Başlanğıcda görmə şikayətləri yüngül olduğundan və qabarıq görmə azalması olmadığından, retina cərrahiyyəsində təcrübəli bir göz həkimi nəzarətində retina tomoqrafiyası ilə edilən müntəzəm göz müayinəsi yetərlidir. Ancaq görmə keyfiyyəti və dərəcəsi gündəlik işlərimizi etməyə təsir göstərən qədər azalmışsa, əməliyyata qərar vermək, doğru və faydalı seçimdir.

Cərrahiyyə necə edilir?

Epiretinal membran müalicəsi üçün 3 girişli pars plana vitrektomiya əməliyyatı edilir. Bir girişdən maye verilir. Digər iki girişdən işıq və vitreus kəsicisi yerləşdirilir. Vitreus gözün böyük arxa boşluğunu dolduran gel miqdarında bir mayedir. Vitreus çox kiçik alət ilə parçacıklara bölünərək göz xaricinə sovrulur. Vitreus makula nahiyəsinə çox sıx olaraq yapışıkdır və yapışqan vitreus makuladan diqqətlicə ayrılır. Makula önündəki Epiretinal Membran soyularaq çəkintilər ortadan qaldırılır. Xəstənin bir müddət, 2-5 gün kimi üzü aşağı formada yatmağı istənilir.


GOZ.AZ
Göz Həkimi       Tarix: 23 sentyabr 2024

Oxşar xəbərlər

Vitrektomiya əməliyyatı

Gözlə bağlı xəstəliklər anlatılarkən göz ikiyə ayrılır. Gözün ön və arxa seqmenti. Göz.az xəbər verir ki, ön qismində kornea və linza, arxa qismində vitreous və retina mövcuddur. Vitreus, göz kürəsinin daxili hissəsini dolduran

Bakıda ən yaxşı göz həkimi kimdir?

Oftalmologiya göz quruluşunu, funksiyalarını öyrənən tibb sahəsidir. Bu sahə, gözün daxili xəstəliklərini, quruluşunu, fiziologiyasını öyrənir. Oftalmoloqa getmə səbəbləri:. Göz ağrıları, göz sulanması. Həddindən çox qaşıntı

Göz qapaqlarının sallanması

Aşağı göz qapağı nədir?. Göz qapağı sallanması, gözün qapağının gözün alt qapağına doğru düşməsi formasıdır. Bu düşüklük isə gözün hansısa bir yaralanmağa, qocalmağa və ya doğuşdan asılı olaraq yarana bilər. Aşağı göz qapağını

Epiretinal membran əməliyyatı

Gözdə kəskin və rəngli görməyi təmin edən mərkəzi retina nahiyəsinin üzərində parlaq və şəffaf qişa formasında bir toxuma inkişaf etməsinə epiretinal membran adı verilir. Göz.az xəbər verir ki, epiretinal Membran (ERM) torl

Katararakta əməliyyatı (Mirvari suyu)

Katarakta nədir?. Gözümüzün rəngli qisminin arxasında və şəffaf olduğu üçün normalda görülməyən bir mərcək (linza) təbii olaraq mövcud olur. Bu mərcək şəffaf olduğu üçün bir göz bəbəyini qara olaraq görürük. Göz.az xəbə

Retina dekolmani

Göz kürəsinin içi, adına "vitreus" adlanan gel maye ilə doludur. Göz.az xəbər verir ki, yaşın irəliləməsi ilə birlikdə vitreus mayesi gel miqdarını itirər və büzüşər. Bu büzüşmə ilə birlikdə vitreus, gözün arx

No Touch lazer əməliyyatı

Eynək və linza kimi görməyə kömək edən vasitələr, şəxslərin həyat keyfiyyətinə mənfi istiqamətdə təsir göstərir. Göz.az xəbər verir ki, no touch lazer əməliyyatıyla bərabər görmə funksiyalarında sağalma görülür. Əməliyya

Horner sindromu nədir?

Göz qapağının düşdüyü, göz çuxurluğu, göz bəbəyində daralma və üzdə tərləyə bilməmə kimi problemlərlə özünü göstərən Horner sindromu, bir çox sağlamlıq problemi ilə əlaqədar inkişaf edə bilər. Göz.az xəbər verir ki, doğuşda

Blefaroplastika əməliyyatı

Göz qapağı estetikası ya da blefaroplastika, alt və üst göz qapaqlarına tətbiq edilən, sallanmış dəri və artıq əzələ toxumasının çıxarılması və göz ətrafı toxumalarının gərilməsi istiqamətində plastik cərrah tərəfindən edilə