Katararakta əməliyyatı (Mirvari suyu)
Katarakta nədir?
Gözümüzün rəngli qisminin arxasında və şəffaf olduğu üçün normalda görülməyən bir mərcək (linza) təbii olaraq mövcud olur. Bu mərcək şəffaf olduğu üçün bir göz bəbəyini qara olaraq görürük.
Göz.az xəbər verir ki, mərcək gözə gələn şüaları sinir təbəqəsinə göndərərək dəqiq görüntü yaranmasını təmin edir. İşığın mərcəyi keçərək sinir təbəqəsinə çata bilməsi üçün mərcəyin şəffaf olması gərəklidir.
Katarakta bir yaşlılıq xəstəliyidir?
Uşaqlar da daxil olmaq üzrə hər yaş insanda görülə bilər. Orta yaşlarda nadirdir. Yaş irəlilədikcə görülmə sıxlığı artar. 50-59 yaş arasında olanların təxminən yarısında, 80 yaş üzərində olanların isə çoxusunda bu xəstəlik mövcuddur.
Kataraktanın, mirvari suyunun səbəbləri
Uşaqlarda isə metabalik xəstəliklər, qohum evliliyi, ana bətnində keçirilən xəstəliklər, hamiləlikdə dərman istifadəsi, mikrobik vəziyyətlər və yaralanmalar bu problemə gətirib çıxara bilər. Gözə gələn zərbələr, şəkər xəstəliyi, gözdaxil iltihab, böyrək xəstəliyi, radiasiya, uzun müddət kartizonlu dərman istifadəsi kataraktanı yarada bilər.
Mirvari suyu dərmanla müalicə edilə bilər?
Cərrahi əməliyyatdan başqa hansısa müalicə üsulu yoxdur.
Gözdə mirvari suyunun əlamətləri:
Ağrısız formada irəliləyən bulanıq görmə
Gözdə qamaşma və ya işığa həssaslığın azalması
Tez-tez eynək nömrəsi dəyişmə
Maşın idarəsi zamanı çətinlik
Bir gözlə cüt görmə
Rənglərdə solğunlaşma
Nə zaman katarakta əməliyyatı göstərişdir?
Görmə miqdarı xəstənin gündəlik ehtiyaclarını qarşılamırsa
Gözdəki iltihab kimi narahatlıq katarakta yaradıb və müalicəni pozursa
Katarakta xəstənin göz təzyiqini yüksəldirsə...
Katarakta (Mirvari suyu ) əməliyyat üsulları nələrdir?
Uzun illərdir katarakta əməliyyatları, FAKO adı verillən üsulla edilir. İynəsiz, tikişsiz və ağrısız bir cərrahiyyədir. Xəstənin əməliyyat edilə biləcək olan gözü damla illə keyləşdirilərək gözə 2.2-2.4mm qədər kiçik kəsik edilir.
Bütün prosedurların bu kiçik kəsikdən daxil olunaraq edildiyi əməliyyatda, öncəliklə kataraktlı mərcəyi əhatə edən zərin ön qismindən yumru bir parça soyulur. Ardından FAKO deyilən və ultrasonik səs dalğaları ilə çalışan cihaz köməyi ilə kataraktlı mərcək kiçik parçalara ayrılır. Daha sonra yenə FAKO cihazı ilə bu kiçik parçalar sovrularaq təmizlənir.
Gözün içinə süni mərcək yerləşdirilir. Əməliyyatdan sonra göz daxilinə antibiotik inyeksiya edilir. Ən son olaraq kəsik yeri tikişsiz bir formada bağlanılır.
Son zamanlarda istifadə edilən müalicə üsullardan biri lazerli katarakta cərrahiyyəsidir. Lazer üsulunda da yenə xəstənin gözü damla ilə keyləşdirilir. Ayırma hərəkəti edilir. 30-45 saniyə davam edir. Daha sonra xəstə əməliyyat mikroskopu altına alınır. Burada lazerin yaratdığı kəsikdən daxil olunaraq lazerin parçaladığı mərcək parçaları Fako cihazı ilə sovrularaq qısa müddətdə təmizlənir. Ardından süni göz mərcəyi yerləşdirilir, göz daxilinə antibiotik inyeksiya edilir və əməliyyat sonlandırılır.
Femtonasiyə lazerli katarakta cərrahiyyəsinin, klassik Fako üsulunun üstünlükləri nələrdir?
Bıçaqsız olması (kəsik lazerlə açılır)
Kompüter texnologiyası ilə edilməsi
Əməliyyatda göz içində qalma müddətinin çox qısa olması və toxumaların qorunması
Kataraktlı mərcəyin önündəki zərin, lazerlə açılması sayəsində, yırtılma riski ortadan qalxar.
Kəsik açma, kataraktlı mərcəyi parmalama prosedurları saniyələr içində və gözə zərər vermədən edilməsi
Ən yaxşı üstünlüklərindən biri də kataraktlı mərcəyin çıxarıldığı zərin lazer sayəsində çox düzgün kəsilməsi və süni göz linzasının doğru formada içəriyə yerləşdirilməsidir.
Mirvari suyu əməliyyatından öncə nələr edilir?
Əməliyyatdan öncə xəstənin yaşı, digər xəstəlikləri, istifadə etdiyi dərmanlar araşdırılır. Həkim tövsiyəsi əsasında davam etdirilir və ya dayandırılır. Əməliyyata gələn zaman ən az 6saat öncəsi nəisə yeyilməməlidir. Gözdə makiyaj olmamalıdır.Əməliyyatdan sonra isə yazılan dərmanlar həkimin göstərişi üzrə zamanında qəbul edilməlidir.Əməliyyatdan sonra 1 gün, 1 həftə, 1 ay aralıqlarla yenidən müayinə edilməlidir.
GOZ.AZ