Uşaqlarda katarakta xəstəliyi

Uşaqlarda katarakta xəstəliyiDoğuşdan yaranan katarakta nədir?

Doğuşdan yaranan katarakta, doğumdan etibarən görülən, linzanın tək və ya cüt tərəfli olaraq şəffaflığını itirməsidir.

Göz.az xəbər verir ki, doğuşdan olan kataraktalar ananın hamiləlik əsnasında keçirdiyi infeksiyalara, istifadə edilən dərmanlara bağlı olaraq ortaya çıxa bildiyi kimi, heç bir səbəbə bağlı olmadan da yarana bilər. Bir sözlə uşağınn digərindən fərqli rəngdə olması və ya gözdə sürüşmə, çəpliyin olması, doğuşdan kataraktanın əlaməti ola bilər. Körpələrdə bu əlamətlər görüldüyü an, heç zaman itirmədən göz mütəxəssisinə müraciət edilməlidir. Doğuşdan gələn katarakta, görməyə maneə olursa və xüsusilə tək tərəflidirsə, diaqnoz qoyulan zaman əməliyyat edilməlidir. Doğuşdan yaranan kataraktlı gözdə ən vacib problem göz tənbəlliyidir. Göz tənbəlliyini aşmaq üçün əməliyyat, göz həkiminin tövsiyəsi əsasında mümkün olan ən qısa zamanda edilməlidir.

Doğuşdan uşaqda yaranan katarakta müalicəsi necə tətbiq edilir?

Doğuşdan katarakta müalicəsi də "FAKO" üsuluyla edilməkdədir və yaş uyğundursa göz içinə mərcək yerəşdirilir. Doğuşdan kataraktanın müalicəsində ən əhəmiyyətli hissə, əməliyyatdan sonra ediləcək olan göz tənbəlliyi ilə mübarizə hissəsidir. Bu hissədə ailə həkim birliyi çox vacibdir.

Əgər bu edilməzsə edilən əməliyyatın faydası olmaya bilər. Əməliyyatdan sonra ümumi analizlər nəticəsində uşağın eynək və ya linzadan istifadə etməsi gərəkli ola bilər.

Uşaqlarda kataraktanın səbəbləri

Ananın hamiləlik müddətində keçirmiş olduğu infeksiya, istifadə etdiyi dərmanlar, uşağa aid metabalik xəstəliklər bu problemin başlıca səbəbləri sırasında yer alır. Ancaq bunların heç biri olmadığı halda belə kataraktaya rast gəlinə bilər.
Uşaqlarda katarakta xəstəliyiUşaqlarda kataraktanın əlamətləri

Bir göz bəbəyinin digərindən fərqli olması, katarakta olan gözün bəyaz və donuq görünməsi

Göz sürüşməsi, çəplik – xüsusilə uşaqlıq çağlarında ortaya çıxan göz sürüşmələrinin əsas səbəbi "kongenital katarakta" ola bilər.

Uşaqlarda kataraktanın müalicəsi

Tək müalicə üsulu cərrahiyyədir. Əməliyyatın nə zaman edilməsi gərəkdiyinə, kataraktanın çoxluğuna, tək və ya cüt tərəfli olmasına görə detallı göz müayinəsindən sonra uzman göz həkimi tərəfindən qərar verilir.

Bütün kataraktalar eyni formada deyil. Katarakta adətən bütün linzanın bulanıqlaşması formasında yaranır. Bəzi katarakta növlərində isə öncə bir hissədə bulanıqlaşma yaradıb sonra linzanın digər hissələrinə yayılmağa başlayır. Əksər zaman kataraktanın inkişaf etməsi illər alarkən, bəzi vəziyyətlərdə isə bir neçə ay kimi qısa müddətdə gerçəkləşə bilər.

Katarakta iki gözdə də eyni anda amma fərqli ölçüdə inkişaf edə bilər.

Uşaqlarda katarakta əməliyyatı

Böyüklərdə tətbiq edilən katarakta əməliyyatının eynisidir. Qocalarda görülən kataraktadan fərqli olaraq şəffaflığını itirən göz mərcəyinin arxa pərdəsi də bu əməliyyatla alına bilər. Uşaq 2 yaşından kiçikdirsə mərcək yerləşdirilməz. 2 yaşından böyükdürsə mərcək yerləşdirilir.
Uşaqlarda katarakta xəstəliyiUşaqlarda əməliyyat texnikaları

Fakoemülsifikasiya (FAKO)

Planlaşmış ekstrakapsüler katarakta ekstraksiyası (PEKKE)

Katarakta, dərman, göz damlası, eynəklə yox edilə bilməz. Tək yolu gözdəki kataraktalı linzanın şəffaf gözdaxili linza ilə dəyişdirilməsidir. Katarakta əməliyyatı, uğur göstəricisi çox yüksək bir əməliyyatdır.


GOZ.AZ
Göz Həkimi       Tarix: 03 oktyabr 2024

Oxşar xəbərlər

Keratokonus nədir?

Ən əsas əlaməti mütəmadi olaraq irəliləyən eynək nömrəsidir. Keratokonus irəliləyici bir xəstəlik olduğu üçün, ilk olaraq xəstəliyin aşkar olunduqdan sonrakı məqsəd xəstəliyin dayandırılmasıdır. Kornea xəritəsi ən dəyərl

Katararakta əməliyyatı (Mirvari suyu)

Katarakta nədir?. Gözümüzün rəngli qisminin arxasında və şəffaf olduğu üçün normalda görülməyən bir mərcək (linza) təbii olaraq mövcud olur. Bu mərcək şəffaf olduğu üçün bir göz bəbəyini qara olaraq görürük. Göz.az xəbə

Epiretinal membran əməliyyatı

Gözdə kəskin və rəngli görməyi təmin edən mərkəzi retina nahiyəsinin üzərində parlaq və şəffaf qişa formasında bir toxuma inkişaf etməsinə epiretinal membran adı verilir. Göz.az xəbər verir ki, epiretinal Membran (ERM) torl

Sağ göz ağrısı nədir?

Gündəlik işlər, qayğılar göz sağlamlığını arxa plana ata bilər. Göz.az xəbər verir ki, ancaq sağ göz ağrısı kimi problemləri görməzdən gəlmək daha ciddi problemlərə yol aça bilər. Sağ göz ağrısı nədir?. Sağ göz ağrısı, xüsusil

Göz qapaqlarının sallanması

Aşağı göz qapağı nədir?. Göz qapağı sallanması, gözün qapağının gözün alt qapağına doğru düşməsi formasıdır. Bu düşüklük isə gözün hansısa bir yaralanmağa, qocalmağa və ya doğuşdan asılı olaraq yarana bilər. Aşağı göz qapağını

Retina dekolmani

Göz kürəsinin içi, adına "vitreus" adlanan gel maye ilə doludur. Göz.az xəbər verir ki, yaşın irəliləməsi ilə birlikdə vitreus mayesi gel miqdarını itirər və büzüşər. Bu büzüşmə ilə birlikdə vitreus, gözün arx

Blefaroplastika əməliyyatı

Göz qapağı estetikası ya da blefaroplastika, alt və üst göz qapaqlarına tətbiq edilən, sallanmış dəri və artıq əzələ toxumasının çıxarılması və göz ətrafı toxumalarının gərilməsi istiqamətində plastik cərrah tərəfindən edilə

Ağıllı linza nədir?

Hər insanın gözündə həm şəffaf həm də geniş olan təbii mərcək vardır. Hər yaxın və uzaq görüş ilə mərcək bu genişlik səbəbiylə formasını dəyişdirərək görülən məsafəyə cəmlənir. Beləliklə həm məsafə həm də yaxın görüş açı

Excimer lazer əməliyyatı (Eksimer lazer)

Görmə problemlərinə qarşı gün keçdikcə yeni müalicə üsulları inkişaf etdirilərək xəstələrin həyat tərzi standartları artırılmağa çalışılır. Göz.az xəbər verir ki, Eksimer lazer əməliyyatı da görmə problemlərinin müalicəsind