Göz rəngləri necə yaranır?

Göz rəngləri necə yaranır?Əksər zaman göz rəngi, uşaq inkişafında valideynlərə təsir göstərən genetik xüsusiyyətdir.

Göz.az xəbər verir ki, uşağın gözləri qara, qəhvəyi rəng, mavi, boz, yaşıl, ala və ya bu rənglərin bir birləşməsi ola bilər.

Uşağın necə göründüyü, hər valideynin uşağa təsir göstərdiyi genetika ilə bağlıdır. Hər valideynin təsirləri uşaq doğulana qədər bilinmir.

Göz rəngi necə yaranır?

Gözün rəngli qisminə iris adı verilir və iris göz rəngini müəyyən edən piqmentasiyaya sahibdir.

İnsan gözünün rəngi, ikisi yaxşı anlaşılmış olan üç gendən qaynaqlanır. Bu genlər ən yayğın rəngləri müəyyənləşdirər. Boz, ala və digər rənglər tam olaraq anlaşılmayıb və açıqlanmayıb. Göz rəngi sadəcə valideynlərin göz rənglərinin bir qarışımı deyil. Valideynlərin hər biri, hər xromosom üzərində iki cüt genə sahibdir və bu genetik məlumatın göz rəngi olaraq necə ifadə edildiyinə dair bir çox ehtimallar mövcuddur. Yeni doğulandan sonra uşaqlarda göz rəngi dəyişə bilir.
Göz rəngləri necə yaranır?Hispanik olmayan "Bəyaz" uşaqların əksəriyyəti mavi gözlə doğular və həyatlarının ilk üç ilində gözlərinin rəngi tündləşir. Adətən doğuş anında görünməyən qəhvəyi rəng bir piqment olan melanin yaşla birlikdə inkişaf etdikcə gözlərin rəngi tündləşər.

Uşaqlar, valideynlərindən ikisindən də tamamilə fərqli göz rənglərinə sahib ola bilir. Ancaq hər iki valideynin də gözləri qəhvəyi rəngdirsə böyük ehtimalla uşaqlarının da gözləri qəhvəri rəng olacaqdır. Daha tünd rənglər çox zaman görülür. Bu səbəbdən qəhvəyi rəng yaşıl rəngə, yaşıl isə mavi rəngə görə daha çox görülə bilər.

Bəzi uşaqlar rəngləri uyuşmayan irislərlə doğulur. Heterokromi adı verilən bu narahatlığa ümumilikdə xətalı piqment daşınması, rəhmdəki lokal travma və ya doğuşdan qısa bir müddət sonra və ya xoşxassəli genetik pozuntu səbəb olur.

Digər səbəblər arasında irisdə xal və horner sindromu yer alır. Göz rənginizdə vərdiş etmədiyiniz görüntü görsəniz oftalmoloqa müraciət etməkdən çəkinməyin.

Göz rəngində dəyişikliklər

İris, göz bəbəyi ölçüsünə nəzarət etmək üçün genişləyən və daralan bir əzələdir. Göz bəbəyi düzgün işıq olmayan zaman böyüyür və parlaq işıqda kiçilir. Göz bəbəyinin ölçüsü dəyişdiyi zaman iris içindəki piqmentlər də sıxışır və ya yayılır bu da göz rəngini bir az dəyişdirir.

Göz rəngi yaşla bağlı olaraq da dəyişə bilər. Bir zamanlar çox qəhvəyi rəngi olan gözlərin artıq qəhvəyi rəng, yaşıl və alanın bir birləşməsi ola bilər. Ancaq bəzi ala gözlər əslində qocaldıqca tündləşir.

Qeyd edək ki, gözlərinizdən birinin rəngi qəhvəri rəngdən yaşıla və ya mavidən qəhvəyi rəngə dəyişirsə oftalmoloq müayinəsi vacibdir.

Göz rəngi mutasiyası

Göz rəngi mutasiyaları, gözlənilməyən göz rənglərinin ortaya çıxmasına səbəb olan genetik dəyişikliklərdir. Bu mutasiyalar adətən nadir olsa da bəzi insanlarda fərqli göz rəngləri müşahidə edilib.
Göz rəngləri necə yaranır?Rəngli gözlü olmaq Avropa ölkələrində nə üçün geniş yayılıb?

Tam dəqiq bilinməsə də ehtimal edilən faktorlar mövcuddur.

Köç etmələr və genetik qarışım əsas rol oynayır. Fərqli genetik xüsusiyyətlərin birləşməsi və müxtəlifliyinin artması bu nəticəyə səbəb ola bilər. Fərqli etnik qruplardan gələn insanların bir araya gəlməsi, köçlər nəticəsində rəngli gözlərin yayğınlaşmasına kömək edərək genetik müxtəlifliyi artırmış ola bilir.

Həmçinin hər iki valideynin rəngli gözlərə sahib olması vəziyyətində uşaqların da rəngli gözə sahib olma ehtimalı arta bilər.


GOZ.AZ
Göz Məlumatları       Tarix: 17 sentyabr 2024

Oxşar xəbərlər

Uşaqlarda göz infeksiyları

Uşaqlarda görülən göz infeksiyları nələrdir?. Göz.az xəbər verir ki, uşaqlarda tez-tez görülən göz infeksiyaları arasında konyuktivit, dakriyosistit və kornea infeksiyaları mövcud olur. Konyuktivit, gözün xarici səthini əhat

Göz yaralanması nədir?

Göz yaralanmaları arasında deşilmələr, yanıqlar və xətlər yer alır. Bunlar travmatik qəzalardan, kimyəvi maddələrə məruz qalmaqdan və ya gözə yad cismin qaçmasından qaynaqlana bilər. Göz.az xəbər verir ki, bir göz yaralanmas

Göz qapağının əsməsi

Bir ya da iki gözün sürətli şəkildə müxtəlif istiqamətlərə doğru hərəkət etməsi, əsməsi nistaqmus adlanır. Göz.az xəbər verir ki, bu, göz ilə beyin arasındakı yanlış bağlantıdan da qaynaqlanır. Göz titrəməsi ya da göz qapağ

Gözə yad cismin qaçması

Gözlər ən həssas orqanlardan biridir. Göz.az xəbər verir ki, bu səbəbdən xüsusilə gözə yad cismin qaça biləcəyi işlər edərkən qoruyucu eynək taxmaq çox əhəmiyyətlidir. Xüsusilə gözə sürətlə gələn metal, daş parçası kimi kiçi

Tetrasiklin göz mazı

Tetraskilin göz mazı nədir?. Tetrasiklin antibiotik hesab edilir. Göz.az xəbər verir ki, 1% Tetrasiklin məlhəmi infeksion lezyonlarda gözlərin müalicəsində istifadə edilir. Oftalmoloji problemlər zamanı istifadə edilir. Hans

Sulfasil göz damlası

Sulfasil damlasının tərkibi:. Natrium sulfasetamid. Köməkçi maddələr:. Natrium tiosulfat, 1 M xlorid turşusu məhlulu (pH 8,0-ə qədər), inyeksiya üçün su. İstifadə sahəsi:. Oftalmologiyada istifafə edilir. Antibakterial madd

Göz ağrısının səbəbləri

Göz ağrısı bir çox göz probleminə bağlı olaraq ortaya çıxa bilən şikayətdir. Göz.az xəbər verir ki, göz ağrısı bəzən ciddi göz problemlərinin əlaməti ola bilər. Göz ağrısının sebebleri nələrdir?. Çox yüksək göz təzyiqi. Skleri

Göz allergiyası

Son zamanlarda göz problemləri geniş vüsət alıb. Bu halların birdən çox səbəbi ola bilər. Əksər göz xəstəliklərində isə əlamətlər bənzər olur. Göz.az xəbər verir ki, mövsüm dəyişkənlikləri ilə bağlı gözdə allergiya hallar

Gözdə itdirsəyi niyə çıxır?

Gözdə itdirsəyi geniş yayılmış göz problemlərindən biridir. Göz.az xəbər verir ki, Herpes Simplex adı verilən bir virusun təsir göstərdiyi infeksiyadır. Təkrarlayan sızaqlara səbəb olur. Tez-tez dodaq, gözlər və genital orqanlar