Göz qızarması

Göz qızarmasıGöz qızarıqlığı nədir?

Sağlam şəxslərdə göz, təməldə üç əsas təbəqədən meydana gəlir. Bu təbəqələr xaricdən içə doğru, gözün bəyaz qismini yaradan sklera, gözə aid qan damarlarının yer aldığı üvea və retina təbəqələridir.

Gözə aid müxtəlif xüsusiyyətdəki toxumalar bu təbəqələrlə bağlı olaraq göz içinə yerləşmiş vəziyyətdədir.

Göz qapağı, daxili qismini yaradan konyuktiva, kirpiklər və göz yaşı vəzi ilə göz yaşı kanalları gözün lazımı hissələrini yaradır.

Gözdə yaranan qızarıqlıq geniş yayılmış göz problemlərindən biridir.

Göz qızarıqlığı nə üçün olur?

Göz və ətrafındakı damar quruluşlarının iltihablanması yer çox müşahidə edilir.

Bu baxımdan aşağıdakı vəziyyətlər bənzər mexanizm üzərindən göz qızarıqlığı şikayəti ilə nəticələnə bilər:

Gözün zədələnməsi: Quru hava, günəşə baxmaq, toz, allergik təsirlər, kontakt linzaların uzun müddət çıxarılmadan istifadəsi kimi göz toxumalarında zədələnməyə səbəb olan faktorlar göz damarlarında iltihablanma ilə birlikdə genişlənmə və göz qızarıqlığına da yol aça bilər.

Göz infeksiyaları: Göz toxumaları və ətrafında inkişaf edən virus, bununla yanaşı bakterial infeksiyaları gözdə qızarıqlığa ən çox səbəb olan faktorların başında gəlir. Bu baxımdan hər növ kornea, konyuktivit və ya kirpik kimi ətraf toxumalarda yaranan infeksiya da qızarıqlığa yol aça bilir.

Travma: Gözə gələn fiziki travmalar nəticəsində damarlar zədələnərək qızartı yaranır.

Qlaukoma: Göz təzyiqi olaraq bilinən xəstəlik gözdaxili quruluşunda təzyiq ilə yanaşı zədələnməyə də yol açdığından qızarıqlıq yaradır.

Digər xəstəliklər də göz qızarıqlığı yarada bilir:

Üveit

Keratit

Qanaxma

Sklerit

Bəzi revmatoloji xəstəliklər.

Göz qızarıqlığının əlamətləri:

Göz ağrısı

Gözdə batma hissi

Yanma hissi

Gözdə sulanma

Bulanıq görmə

Göz hərəkətlərində məhdudiyyət

İşığa qarşı həssaslıq

Hərarət

Qusma

Bu əlamətləin yanında gözdə qızarıqlıq şikayəti ilə əlaqəli aşağıdakı vəziyyətlərin inkişaf etməsi halında vaxt itirmədən həkimə müraciət etmək lazımdır:
Göz qızarmasıGöz qızarıqlığın 1 həftədən uzun davam etməsi

Görmə itkisi

Gözdə ağrı

İşığa həssaslıq

Fiziki travma hekayəsi

Tək göz və ya hər ikisində iltihablı axıntı varlığı.

Göz qızarıqlığı necə keçir?

Evdə nəzarət: Kirpiklərdə iltihablanma və ya bəsir konyuktivit əlamətlərində ciddi problemllərə yol açmayan vəziyyətlərdə evdə müalicəni tətbqi etmək olar. Həmçinin ilıq kompres yaxşı təsir göstərə bilər.

Dərman müalicəsi: Göz infeksiyaları, müxtəlif faktorlara bağlı iltihablanmalar kimi daha ciddi göz problemlərində həkimin uyğun gördüyü antibiotik göz damlaları yazıla bilər. Daha ciddi vəziyyətlərdə dərmanlar ağızdan tablet formasında alına bilər.

Cərrahi: Bəzi göz xəstəlikləri zamanı cərrahi yolla göz toxumalarının bərpası gündəmə gələ bilər.

Göz linzları da bəzi göz problemlərində tövsiyə edilə bilər.


GOZ.AZ
Göz Məlumatları       Tarix: 26 sentyabr 2024

Oxşar xəbərlər

Uşaq göz xəstəlikləri

Uşaqlarda göz xəstəlikləri son zamanlar geniş formada vüsət alıb. Göz.az xəbər verir ki, göz xəstəlikləri müxtəlif faktorlardan qaynaqlana bilər. Bəs ən çox görülən uşaq göz xəstəlikləri hansılardır?. Gözdə qanaxma – Körpələrd

Göz səyirməsi nədir?

Göz səyirməsi, nəzarət edilə bilməyən göz əzələsi ya da göz qapağının anidən hərəkəti olaraq bilinir. Göz.az xəbər verir ki, tibbi adı miyokimi olan göz səyirməsində, qapaq bir neçə saniyədən bir hərəkət edə bilər. Bu vəziyyə

Göz üçün vitaminlər

Müasir həyat tərzi, qidalanma vərdişləri və artan digital ekran istifadəsi, göz sağlamlığına mənfi təsir göstərə bilər. Doğru qidalar və vitaminlərlə göz sağlamlığını dəstəkləmək mümkündür. Göz.az xəbər verir ki, sağlam gözlər

Göz yorğunluğunun qarşısını alan vasitələr

Bir çox orqan kimi gözləri də yormamaq, yükləməmək lazımdır. Göz, insan orqanizmində yadda qalan nişan hesab edilir. Gözləri bir çox faktor yora bilər:. Gərgin iş rejimi. Monitora çox baxmaq. Xəstəliklər. İnfeksiylar. Gö

Kontakt linza istifadəsi

Linza taxma üsulu. Linzanı qabından çıxardın. Linzanın daxili səthinin xaricə dönməmiş olmasına diqqət edin, dönübsə düzəldin. (Kənarları yuxarı baxmalıdır). Sol orta barmağınızla göz qapağınızı qaşınıza doğru çəkin. Sa

Allergik konyuktivit bu problemə yol açır

Allergik konyuktivit gözaltı göyərmlərə səbəb ola bilər. Göz.az xəbər verir ki, quru və ilıq iqlimlərdə daha çox görülür. Allergiya gözaltı göyərmə kimi ciddi həssaslıqlar yaradır. Göz altı göyərmələri göz altndakı dəridək

Göz yaralanması nədir?

Göz yaralanmaları arasında deşilmələr, yanıqlar və xətlər yer alır. Bunlar travmatik qəzalardan, kimyəvi maddələrə məruz qalmaqdan və ya gözə yad cismin qaçmasından qaynaqlana bilər. Göz.az xəbər verir ki, bir göz yaralanmas

Göz qaralması nə üçün olur?

Göz qaralmasının bir çox növü ola bilər. Göz.az xəbər verir ki, gündəlik həyatda tez-tez qarşılaşılan, bəzən baş gicəllənməsi ilə birlikdə olan görmədə azalma vəziyyətinə, göz ətrafında tündləşməyə də göz qaralması deyil

Gözə çay kompresi etmək olarmı?

Göz müayinəsində göz həkimləri tez-tez "Gözümə çay kompresi etdim" ya da "Etsəm olar" deyə ifadələr eşidir. Bəs gözə çay kompresi faydalıdırmı?. Göz.az xəbər verir ki, elmi cəhətdən xüsusilə yaşıl çayı